İngiltərənin "Arsenal" klubu niderlandlı futbolçu Yurrien Timberlə yeni müqavilə imzalamaq barədə razılığa gəlib.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər 2031-ci ilin iyun ayınadək qüvvədə olacaq müqavilənin şərtlərini razılaşdırıblar.
Yaxın günlərdə London təmsilçisinin mətbuat xidməti bu barədə rəsmi açıqlama yayacaq.
Qeyd edək ki, "Arsenal" 2023-cü ildə Timberi Niderlandın "Ayaks" klubundan 40 milyon avroya transfer edib. 25 yaşlı futbolçu cari mövsümdə bütün turnirlərdə 10 oyunda iştirak edərək 1 qolla yadda qalıb.
"Transfermarkt" portalı müdafiəçinin qiymətini 70 milyon avro olaraq dəyərləndirir.