top
AKOF-un baş katibi Fərid Xəlilov ABŞ-da idman idarəçiliyi üzrə təcrübə mübadiləsi aparıb Report.az
Today, 16:21
- ↺ +

AKOF-un baş katibi Fərid Xəlilov ABŞ-da idman idarəçiliyi üzrə təcrübə mübadiləsi aparıb

Azərbaycan Kamandan Oxatma Federasiyasının (AKOF) baş katibi Fərid Xəlilov ABŞ-də işgüzar səfərdə olub.

Bu barədə "Report"a federasiyanın mətbuat xidmətindən bildirilib.

Səfərin əsas məqsədi idman sahəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi, idman idarəçiliyi üzrə müasir yanaşmalarla tanışlıq və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsidir.

Kolorado-Sprinqsdə baş tutan görüşdə F.Xəlilov şəhər Şurasının 6-cı dairə üzrə üzvü Roland Reyni ilə bir araya gəlib. Tərəflər idmanın inkişafı, gənclərin bu sahəyə cəlb olunması, idman təşkilatlarının idarə edilməsi və peşəkar strukturların fəaliyyəti istiqamətində təcrübə mübadiləsi aparıblar. Futbol sahəsində geniş təcrübəyə malik R.Reyni idman təşkilatlarının yaradılması, gənclərin inkişafının dəstəklənməsi və idmanın təşviqi istiqamətində gördüyü işlər barədə məlumat verib.

Vaşinqtonda isə AKOF rəsmisi ABŞ Kamandan Oxatma Federasiyasının ("USA Archery") icraçı direktoru Meri Emmons ilə görüşüb. Müzakirələr zamanı kamandan oxatma idman növünün inkişaf perspektivləri, idmançıların hazırlıq sistemi, məşq prosesinin təşkili, müasir infrastruktur imkanları və qarşılıqlı təcrübə mübadiləsi diqqət mərkəzində olub. Həmçinin iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Bu səfər federasiyanın beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi, ABŞ-ın idman və oxatma sahəsindəki təcrübəsinin öyrənilməsi, eləcə də qabaqcıl yanaşmaların ölkədə tətbiqi imkanlarının qiymətləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Qeyd edək ki, səfər ABŞ Konqres Kitabxanası tərəfindən dəstəklənən və ABŞ-nin Azərbaycandakı səfirliyi ilə tərəfdaşlıq çərçivəsində həyata keçirilən "Open World" proqramının "İdman vasitəsilə iqtisadi inkişaf" (Economic Development through Sports) layihəsi çərçivəsində təşkil olunub. Proqramda Azərbaycan Güləş Federasiyası ilə yanaşı, Azərbaycan Su İdmanı Növləri Federasiyası, Azərbaycan Üzgüçülük Federasiyası, Azərbaycan Oxatma Federasiyası və Azərbaycan Minifutbol Federasiyasının rəhbər şəxsləri də iştirak ediblər.

AKOF-un baş katibi Fərid Xəlilov ABŞ-də idman idarəçiliyi sahəsində təcrübə mübadiləsi aparıb AKOF-un baş katibi Fərid Xəlilov ABŞ-də idman idarəçiliyi sahəsində təcrübə mübadiləsi aparıb AKOF-un baş katibi Fərid Xəlilov ABŞ-də idman idarəçiliyi sahəsində təcrübə mübadiləsi aparıb AKOF-un baş katibi Fərid Xəlilov ABŞ-də idman idarəçiliyi sahəsində təcrübə mübadiləsi aparıb

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Latest news

Football
Today, 16:00

Santos, Real'dan Rodriqu 2027 yayına qədər icarəyə götürmək üçün danışıqlara başladı

Judo
Today, 15:10

Daşkənddə keçirilən gənclərarası dünya çempionatında Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyən olundu

Football
Today, 14:08

Azərbaycan yığması FIFA reytinqində 124-cü yerdə qərarlaşıb

Wrestling
Today, 13:55

Sumqayıtda şəhid polkovnik Vüqar Yusifovun xatirəsinə həsr olunan güləş turniri keçiriləcək

Football
Today, 13:24

Xuan Mata, 38 yaşında İspaniya yığmasının sabiq futbolçusu, karyerasını başa vurdu

Basketball
Today, 13:07

Donovan Donaldson ABŞ-dan "Gəncə" basketbol klubuna qatıldı

Others
Today, 12:33

AMADA və TRİM təmiz idman prinsiplərinin təbliği üçün maarifləndirici tədbir keçirdi

Others
Today, 11:31

Ayxan Xəkili Cenevrədə Avropa Atletikası Təhlükəsizlik Seminarına qatıldı

Qarabagh FC
Today, 11:12

"Qarabağ" qış təlimini Antalya, Belekde 11-20 yanvar tarixlərində keçirəcək

Football
Today, 11:01

Braziliyada futbolçulara maaş borcu olan klublara 3 xalı silinəcək

Boxing
Today, 10:31

Avropa U-23 Boks Çempionatında Azərbaycanlı Səbuhi Əlizadənin erməni rəqibi diskvalifikasiyaya məruz qalır

Football
Today, 10:24

Milan, Virgil van Dijk-ı transfer etməyə çalışır

Basketball
Today, 09:33

Gəncə basketbol klubu Kolossos qarşısında FIBA Avropa Kubokunda qonaq olacaq

Basketball
Today, 09:11

LANDAU Lions FIBA Avropa Kubokunda Prievidza ilə görüşəcək

Basketball
Today, 09:00

Neftçi basketbol komandası bu gün Latviya Riqa ilə FIBA Avropa Kubokunun VII turunda qarşılaşacaq

Football
Today, 02:33

Millətlər Liqası pley-off mərhələsində iştirak edən 8 milli komanda açıqlanıb

Others
Yesterday, 22:39

Azərbaycanın su idmançuları Türkiyədə beynəlxalq surfkastinq yarışının qalibi oldular

Football
Yesterday, 21:47

PSV, Napoli yarımmüdafiəçisi Kevin De Brüyne üçün 2 milyon avroluq transfer təklifi irəli sürdü

Football
Yesterday, 20:57

Azərbaycan U-20 komandası İraq U-20 ilə 0:0 bərabərliyə nail oldu

Football
Yesterday, 20:53

Azərbaycan U-19 futbolçuları Farer adalarında 2:0 qalib gəldi

Basketball
Yesterday, 19:34

ABL-də təxirə salınmış oyunların yeni vaxtları açıqlanıb

Football
Yesterday, 18:55

Azərbaycan U-21 Milli Takımı Oman's U-23 Yığmasını 4:2 ilə yendi

Football
Yesterday, 18:11

İspaniya məhkəməsi Mbappeyə qarşı təhqir edən azarkeşi 11 ay həbsə cəzalandırdı

Related news