top
Elgiz Kərəmli: Bir qələbə bütün problemləri həll etmir, komandanın inkişafı önəmlidir Report.az
Today, 17:16
- ↺ +

Elgiz Kərəmli: Bir qələbə bütün problemləri həll etmir, komandanın inkişafı önəmlidir

Avropa çempionatının seçmə mərhələsində bir qələbənin bütün problemləri həll etdiyini düşünmək düzgün deyil.

Bunu "Report"a açıqlamasında Azərbaycanın U-19 yığmasının baş məşqçisi Elgiz Kərəmli deyib.

Mütəxəssis seçmə mərhələnin II raundunda qarşılaşdıqları Monteneqro və Serbiya ilə matçlardakı çatışmazlıqlara toxunub:

"İlk növbədə, nəticələrin qənaətbəxş olmadığını qəbul etməliyik. Xüsusilə Monteneqro ilə oyunda buraxdığımız qolların sayı müdafiə təşkilatçılığında və fərdi qərarvermədə problemlərimizin olduğunu göstərdi. Serbiya və Monteneqro kimi rəqiblərlə müqayisədə fiziki hazırlıq və oyun tempi baxımından fərqlər də hiss olunurdu. Əsas məsələ bu fərqləri görmək, təhlil etmək və aradan qaldırmaqdır".

Baş məşqçi hücum oyunu və rəqib təzyiqinə qarşı çıxış barədə danışıb:

"Monteneqro ilə oyunda iki qol vurmağımız hücum potensialımızın müəyyən elementlərini göstərdi. Serbiya ilə qarşılaşmada isə rəqibin təzyiqi altında hücumda istədiyimiz oyunu nümayiş etdirə bilmədik. Bizim üçün əsas məsələ yalnız qol vurmaq deyil, rəqibin təzyiqinə baxmayaraq öz oyun prinsiplərimizi qorumaq, düzgün qərarlar vermək və oyunun müxtəlif mərhələlərində rəqabət aparmaqdır. Bu istiqamətdə hələ ciddi inkişaf etməliyik".

E.Kərəmli ardıcıl məğlubiyyətlərdən sonra Farer adaları ilə matça hazırlıq prosesini dəyərləndirib:

"Ardıcıl iki böyükhesablı məğlubiyyətin futbolçulara psixoloji təsir etməsi təbiidir. Belə vəziyyətdə məşqçi heyətinin əsas vəzifəsi futbolçuların özünəinamını qorumaq və onları növbəti oyuna düzgün hazırlamaqdır. Futbolçulara izah etdik ki, hər bir oyun yeni bir imkandır və meydanda komanda olaraq düzgün reaksiya vermək lazımdır. Farer adaları ilə görüş bizim üçün təkcə turniri xalla başa vurmaq imkanı deyildi. Həm də əvvəlki nəticələrdən sonra kollektivin xarakterini, toparlanmaq bacarığını və mübarizə əzmini göstərmək baxımından vacib idi".

O, son qarşılaşmadakı taktiki dəyişikliklərə və qələbəyə münasibət bildirib:

"İlk iki oyunun təhlilindən sonra həm oyunçuların funksional vəziyyətini, həm də rəqibin oyun xüsusiyyətlərini nəzərə alaraq bəzi taktiki və heyət dəyişikliklərinə getdik. Futbolçular tapşırıqları daha intizamlı yerinə yetirdilər. 2:0 hesablı qələbə bizim üçün müsbət nəticədir. Ən vacibi isə komandanın əvvəlki məğlubiyyətlərdən sonra düzgün reaksiya göstərməsi və oyunun sonuna qədər mübarizə aparması idi. Bununla belə, bir qələbənin bütün problemləri həll etdiyini düşünmək olmaz. Üzərində dayanılası və inkişaf etdirilməsi vacib olan çox istiqamət var".

U-19-un çalışdırıcısı gələcək planlardan söz açıb:

"Bu oyunlar bizə bir daha göstərdi ki, beynəlxalq səviyyədə rəqabət aparmaq üçün futbolçularımızın bir sıra istiqamətlərdə inkişafına ehtiyac var. İlk növbədə, oyun tempi, fiziki hazırlıq, fərdi mübarizələrdə davamlılıq, yüksək təzyiq altında düzgün qərarvermə və bir çox komponent üzərində daha çox işləməliyik. Digər mühüm məqam futbolçuların yerli çempionatda aldığı oyun təcrübəsidir. Beynəlxalq matçlarda tələb olunan intensivlik və rəqabət səviyyəsinə hazır olmaq üçün oyunçuların gündəlik məşq və yarış mühitinin də bu tələblərə uyğun inkişaf etməsi vacibdir. Əsas məqsədimiz bu təcrübədən düzgün nəticə çıxarmaq və növbəti mərhələlərdə daha rəqabətədavamlı komanda formalaşdırmaqdır".

Qeyd edək ki, Serbiyanın paytaxtı Belqradda təşkil olunan Avropa çempionatının II raundunda Azərbaycan millisi Monteneqroya 2:7, Serbiyaya 0:4 hesabı ilə uduzub. Komanda qrupdakı son görüşdə Farer adalarını 2:0 hesabı ilə məğlub edib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Latest news

Football
Today, 16:45

Nikola Nanni San-Marino millisinin tarixində rəsmi oyunda iki qol vuran ilk futbolçu olub

Others
Today, 16:21

AKOF-un baş katibi Fərid Xəlilov ABŞ-da idman idarəçiliyi üzrə təcrübə mübadiləsi aparıb

Football
Today, 16:00

Santos, Real'dan Rodriqu 2027 yayına qədər icarəyə götürmək üçün danışıqlara başladı

Judo
Today, 15:10

Daşkənddə keçirilən gənclərarası dünya çempionatında Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyən olundu

Football
Today, 14:08

Azərbaycan yığması FIFA reytinqində 124-cü yerdə qərarlaşıb

Wrestling
Today, 13:55

Sumqayıtda şəhid polkovnik Vüqar Yusifovun xatirəsinə həsr olunan güləş turniri keçiriləcək

Football
Today, 13:24

Xuan Mata, 38 yaşında İspaniya yığmasının sabiq futbolçusu, karyerasını başa vurdu

Basketball
Today, 13:07

Donovan Donaldson ABŞ-dan "Gəncə" basketbol klubuna qatıldı

Others
Today, 12:33

AMADA və TRİM təmiz idman prinsiplərinin təbliği üçün maarifləndirici tədbir keçirdi

Others
Today, 11:31

Ayxan Xəkili Cenevrədə Avropa Atletikası Təhlükəsizlik Seminarına qatıldı

Qarabagh FC
Today, 11:12

"Qarabağ" qış təlimini Antalya, Belekde 11-20 yanvar tarixlərində keçirəcək

Football
Today, 11:01

Braziliyada futbolçulara maaş borcu olan klublara 3 xalı silinəcək

Boxing
Today, 10:31

Avropa U-23 Boks Çempionatında Azərbaycanlı Səbuhi Əlizadənin erməni rəqibi diskvalifikasiyaya məruz qalır

Football
Today, 10:24

Milan, Virgil van Dijk-ı transfer etməyə çalışır

Basketball
Today, 09:33

Gəncə basketbol klubu Kolossos qarşısında FIBA Avropa Kubokunda qonaq olacaq

Basketball
Today, 09:11

LANDAU Lions FIBA Avropa Kubokunda Prievidza ilə görüşəcək

Basketball
Today, 09:00

Neftçi basketbol komandası bu gün Latviya Riqa ilə FIBA Avropa Kubokunun VII turunda qarşılaşacaq

Football
Today, 02:33

Millətlər Liqası pley-off mərhələsində iştirak edən 8 milli komanda açıqlanıb

Others
Yesterday, 22:39

Azərbaycanın su idmançuları Türkiyədə beynəlxalq surfkastinq yarışının qalibi oldular

Football
Yesterday, 21:47

PSV, Napoli yarımmüdafiəçisi Kevin De Brüyne üçün 2 milyon avroluq transfer təklifi irəli sürdü

Football
Yesterday, 20:57

Azərbaycan U-20 komandası İraq U-20 ilə 0:0 bərabərliyə nail oldu

Football
Yesterday, 20:53

Azərbaycan U-19 futbolçuları Farer adalarında 2:0 qalib gəldi

Basketball
Yesterday, 19:34

ABL-də təxirə salınmış oyunların yeni vaxtları açıqlanıb

Related news