Futbol üzrə dünya çempionatının İspaniya - Səudiyyə Ərəbistanı oyununda hesab açılıb.
"Report"un məlumatına görə, Atlanta stadionunda keçirilən H qrupunun II turunun matçında avropalılar hesabda irəli çıxıblar - 1:0.
11-ci dəqiqədə Lamin Yamal dəqiq zərbə müəllifi olub.
20:00
Futbol üzrə dünya çempionatının İspaniya - Səudiyyə Ərəbistanı oyunu başlayıb.
"Report"un məlumatına görə, H qrupunun II turunun matçı Atlanta stadionunda keçirilir.
Qarşılaşmanı braziliyalı FIFA referisi Rafael Klaus idarə edir.