top
Coy-Lens Mikels: Mövsümün əvvəlində qızıl dubl edəcəyimizi düşünmürdük - MÜSAHİBƏ Report.az
14 May 2026, 10:48
- ↺ +

Coy-Lens Mikels: "Mövsümün əvvəlində qızıl dubl edəcəyimizi düşünmürdük" - MÜSAHİBƏ

"Sabah"ın futbolçusu Coy-Lens Mikels "Report"a müsahibə verib. Almaniyalı hücumçu Misli Premyer Liqasında və Azərbaycan Kubokunda qazandıqları çempionluqdan danışıb. "Zirə" ilə ölkə kubokunun final matçında qələbə qolunu vuran 32 yaşlı forvard 2025/2026 mövsümü ilə bağlı təəssüratlarını da bölüşüb. O, həmçinin komandasının avrokubok perspektivinə toxunub.

- Finalda "Zirə" üzərində qələbə qazanaraq Azərbaycan Kubokunu qazandınız. Təəssüratlarınız necədir?

- Düşünürəm ki, yaxşı oyun oldu. Matç boyu topa sahib olan tərəf biz idik. Amma təəssüf ki, rəqib qapıya ilk zərbəsində qol vurdu. Bu baxımdan bir az bəxtimiz gətirmədi. Lakin sona qədər döyüşdük, xarakter göstərərək qələbə qazandıq. Məncə, qələbəyə layiq idik. Çünki ən təhlükəli epizodları bizim komanda yaradırdı. Matç boyunca "Zirə"nin cəmi bir qol epizodı oldu. Bu səbəbdən qələbəyə layiq olan tərəf "Sabah" idi.

- Bir çox oyunlarda olduğu kimi, bu matçda da qol vuracağınızı düşünürdünüz?

- Bəli, qol vuracağımı hiss edirdim. Amma bunun nə vaxt olacağını bilmirdim. İlk hissədə qol vurmağa çox yaxın oldum, 2 dəfə təhlükəli vəziyyət yaratdım. Bir epizodda top dirəyə dəydi. Matçın sonlarında rəqib qapısına doğru irəliləyərkən topu başqa futbolçuya ötürməyi düşünmədim. Çünki hiss edirdim ki, bu, mənim parlayacağım andır. Və beləcə, öz qolumu vurdum. Çox gözəl hiss idi.

- Bu qolun cari mövsümdə ən vacib qolunuz olduğunu deyə bilərik?

- Bəli, məncə də elədir. Bu, ən vacib qolum idi.

- Həm Misli Premyer Liqasında, həm də Azərbaycan Kubokunda öz missiyanızı uğurla başa vurmusunuz. UEFA Çempionlar Liqasından gözləntiləriniz nələrdir?

- Komandanın vəziyyəti çox yaxşıdır. Düşünürəm ki, yaxşı oyunlar keçirəcəyik. Çünki sərgilədiyimiz futbol həqiqətən keyfiyyətlidir. Siz də gördünüz ki, "Qarabağ" belə bizə qarşı çətinlik yaşadı. Ümid edirəm ki, avrokuboklarda da qələbələr qazanacağıq.

- Ümumiyyətlə, bu mövsüm "Sabah"dan hansısa qitəmiqyaslı turnirin əsas mərhələsində iştirak etməsini gözləyə bilərik?

- Düşünürəm ki, bunu bacara bilərik. Çünki həmişə özümüzə inanır və güvənirik. Hesab edirik ki, turnirlərin birinin əsas mərhələsinə yüksələ bilərik. "Sabah" tarixində ilk dəfə Liqa mərhələsində oynaya bilər. Sadəcə, bunun hansı turnirdə olacağını bilmirik.

- Cari mövsümün əvvəlində qızıl dubl edəcəyinizə inanırdınız?

- Xeyr. Sözün düzü, mövsümün əvvəlində çempion olacağımızı belə düşünmürdük. Açıq danışsaq, belə bir düşüncə yox idi. Lakin baş məşqçimiz Valdas Dambrauskas "İmişli" ilə oyundan sonra bizə dedi ki, buna inanmalıyıq. O bildirdi ki, qış fasiləsinə qədər birinci yerdə ola bilərik və buna inansaq, istədiyimizi reallaşdırarıq. Belə desək, baş məşqçimiz "İmişli" ilə oyundan sonra bizə çempion ola biləcəyimizi söylədi.

- Bu mövsümün hazırkı bombardirisiniz. Əla mövsüm keçirmisiniz. Avropadan yaxşı təklif alsanız bunu dəyərləndirəcəksiniz?

- Mən "Sabah"da qalmaq istəyirəm. "Sabah" mənim ailəmdir. Bakıda özümü evimdəki kimi hiss edirəm. Ümid edirəm ki, yeni müqavilə ilə bağlı ortaq məxrəcə gələcəyik. Sonrasını zaman göstərəcək. Amma mən qalmağın tərəfdarıyam.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Latest news

Football
Yesterday, 11:51

Nearly 51,000 tickets sold for the “Sabah” vs “Slavia” match – statement to KLUBDAN İDMAN.BİZ

Football
Yesterday, 11:07

Harry Kane could extend his contract with Bayern until the summer of 2030.

Football
Yesterday, 09:44

Real Madrid's forward Vinicius Junior has split from his girlfriend

Football
Yesterday, 09:33

Duşan Vlahoviç debütündən sonra 4 ardıcıl matçda qol vurar, Beşiktaşın XXI əsr rekordunu qırdı

Football
11 October 2026, 22:55

Turan Tovuz beat Şəfa 0:1 - Video review

Qarabagh FC
11 October 2026, 22:25

İmişli – Qarabağ (0:2) match video recap

Judo
11 October 2026, 20:11

Azərbaycan Güləş Federasiyası Cüdo Federasiyasını dünya çempionatındakı tarixi nəticələr münasibətilə təbrik edib

Qarabagh FC
11 October 2026, 09:35

Misli Premyer Liqasında VII turun iki oyunu bu gün yekunlaşdırılacaq

Basketball
10 October 2026, 22:58

"Neftçi" started the season by defeating "Ordu" 83-79, while "LANDAU Lions" beat NTD 102-68;

Basketball
10 October 2026, 09:49

Azərbaycan Basketbol Liqasının II turunda "LANDAU Lions" NTD və "Neftçi" "Ordu" ilə qarşılaşacaq

Football
10 October 2026, 00:41

Azerbaijan women's national team defeated Antalyaspor 2-1.

Football
10 October 2026, 00:33

Video presentation of the 0:0 draw of the Neftçi‑Sabah match

Football
09 October 2026, 21:23

Premyer Liqanın VII turunda Sabah ilə Neftçi arasında bərabərlik

Football
09 October 2026, 19:49

Turkish Football Federation dismissed Montella

Football
09 October 2026, 17:52

Premyer Liqa VII turunda Kəpəz, Araz‑Naxçıvanı 2‑0 məğlub etdi

Football
09 October 2026, 12:55

Asif Əliyev: Neftçi və Sabah arasındakı matçda nəticənin heç‑heçə olacağını gözləyir

Football
09 October 2026, 11:31

Mikel Arteta, Arsenalla yeni müqavilə imzalayaraq, dünyanın ən yüksək maaşlı baş məşqçisi oldu

Basketball
09 October 2026, 10:39

ABL will host Sumqayıt against Nakhchivan at home in the second round;

Football
09 October 2026, 05:14

Ancelotti broke a record in Brazil's national team by achieving the lowest win percentage

Football
08 October 2026, 22:59

Barcelona müdafiəçisi Xavi Esparta ilə müqaviləsini 2030-cu ilə qədər uzatdı

Judo
08 October 2026, 22:46

Judo World Championship held in Baku: Azerbaijan in third place

Football
08 October 2026, 21:23

UEFA appoints AFFA chief for Women's World Cup 2027 qualifying match

Judo
08 October 2026, 19:39

Murad Fətiyev: Dünya çempionatında medallarımızın sayı artacaq

Football
08 October 2026, 19:25

"Imishli" PFK – Zamir Hasanov and Rasul Allahverdiyev part ways;

Related news