Türkiyə Superliqasının XII turunda "Qalatasaray" "Samsunspor"u 2:1 hesabı ilə məğlub edərək çempionatda ardıcıl altıncı qələbəsini qazanıb.
Oxu.Az xəbər verir ki, görüş "Başakşehir Fatih Terim" stadionunda keçirilib.
"Qalatasaray"ın qollarını 4-cü dəqiqədə Lukas Torreyra, 53-cü dəqiqədə isə Yunus Akgün vurub.
"Samsunspor"un yeganə qolunun müəllifi isə 57-ci dəqiqədə Məhəmməd Bayo olub.
Ardıcıl altıncı qələbəsini qazanan "Qalatasaray" xallarının sayını 31-ə çatdıraraq liderliyini qoruyub. 7 xalı olan "Samsunspor" isə turu 17-ci pillədə başa vurub.