"Qalatasaray"ın baş məşqçisi Okan Buruk UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Aston Villa" ilə keçiriləcək oyun öncəsi zədəli futbolçularının vəziyyəti barədə danışıb.
QOL.az xəbər verir ki. türkiyəli mütəxəssis görüşdən əvvəl təşkil edilən mətbuat konafransında əsas qol silahlarından olan Viktor Osimhenin qarşılaşmada iştirak etməyəcəyini bildirib. O, həmçinin zdədən əziyyət çəkən Yakobsun meydana çıxmaq ehtimalının olduğunu qeyd edib:
"Osimhen oynamayacaq. Yakobs üçün son yoxlama aparacağıq. Onu oyunun iştirak ərizəsinə daxil edə bilsək, yaxşı olar. Osimhen və Sallainin "Beşiktaş"la növbəti matçda oynayıb-oynamayacağını vəziyyətə uyğun müəyyənləşdirəcəyik. Həmin görüşə qədər 6 gün vaxtımız var. Hazırda heyətə düşmək şansı olan futbolçu Yakobsdur. Məşqə qoşula bilsə, heyətdə yer ala bilər".
Qeyd edək ki, bu gün keçiriləcək "Qalatasaray" - "Aston Villa" matçı Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.