top
Lamin Yamalın əvəzinə Bakıya o gətirilib - 18 yaşlı istedad kimdir? Qol.az
Today, 10:59
- ↺ +

Lamin Yamalın əvəzinə Bakıya o gətirilib - 18 yaşlı istedad kimdir?

"Barselona"nın baş məşqçisi Hans-Diter Flik UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda "Sabah"la keçiriləcək oyun üçün 18 yaşlı belçikalı hücumçu Jesse Bisivunu ilk dəfə əsas komandanın rəsmi matç üçün heyətinə daxil edib.

QOL.az xəbər verir ki, İspaniyanın "Marca" nəşri Kataloniya klubunun gələcək üçün böyük ümidlər bəslədiyi futbolçu haqqında geniş məqalə dərc edib.

Bisivu Bakıya səfər etməyən Lamin Yamalın əvəzinə heyətə cəlb olunub.

18 yaşlı futbolçu bu ilin iyulun 31-də Belçikanın "Brügge" klubundan 8,5 milyon avroya transfer edilib.

Futbolçu karyerasına 2014-cü ildə "Leven"də başlayan Bisivu 2020-ci ildə "Brügge"yə keçib. O, 2023-cü ildə, hələ 15 yaşı olarkən klubun əvəzedici komandasında çıxış etməyə başlayıb və Belçikanın ikinci divizionunda 36 oyun keçirib.

Belçikanın U-21 millisinin üzvü olan hücumçu ölkəsinin bütün aşağı yaş qrupları üzrə yığmalarında çıxış edib. O, 2025-ci ildə keçirilən U-17 Avropa çempionatının rəmzi heyətinə seçilib.

Hər iki cinahda oynamağı bacaran Bisivu "Barselona"nın əvəzedici komandasında keçirdiyi 8 matçın hamısında start heyətində meydana çıxıb və 1 qol ötürməsi edib.

Flik belçikalı futbolçunun Kataloniya klubuna gəlişindən etibarən onun inkişafını yaxından izləyir. Mövsümöncəsi hazırlıq prosesində əsas komandaya cəlb olunan Bisivu İsveçrənin "Bazel" klubu ilə görüşdə dubl etməklə diqqət çəkib.

Gənc hücumçu sürəti, driblinq bacarığı, təkbətək mübarizələrdə üstünlüyü, komanda yoldaşları ilə əlaqəli oyunu, zərbələri və fiziki gücü ilə seçilir. Məhz bu keyfiyyətlər Flikin onu "Sabah"la oyun üçün heyətə daxil etməsində mühüm rol oynayıb. "Barselona" ilə 2031-ci ilin iyununa qədər müqaviləsi olan Bisivu Bakıda əsas komandanın heyətində rəsmi debütünü edə bilər.

Qeyd edək ki, Lamin Yamal sağ ayağının topuq nahiyəsindəki yüngül narahatlıq səbəbindən ehtiyat tədbiri olaraq "Sabah"la matçı buraxacaq. Onun bazar günü "Deportivo" ilə görüşdə iştirak edəcəyi gözlənilir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Latest news

Basketball
Today, 11:18

NBA-da müntəzəm mövsümün ilk ayında tamaşaçı sayına görə rekord qeydə alınıb

Football
Today, 10:50

Osimhen "Aston Villa"ya qarşı oynayacaq?

Football
Today, 10:35

UEFA İspaniya-İngiltərə matçında irqçi davranışa görə İngiltərə Futbol Assosiasiyasına 15 min avro cərimə verdi

Football
Today, 10:20

Səudiyyə Ərəbistanı liqasında əcnəbi futbolçu limiti ləğv edilə bilər

Football
Today, 09:45

Cerrard Poçettinonu tənqid etdi: "Hörmətsizlikdir"

Football
Today, 09:28

"Mançester Yunayted" qışda transferlərə 50 milyon funt sterlinqdən az vəsait ayıracaq

Football
Today, 09:01

UEFA Çempionlar Liqası: "Qalatasaray" bu gün "Aston Villa"nı qəbul edəcək

Football
Today, 09:00

Çelsi rəhbərliyi Xabi Alonsoyu göndərməyəcək

Basketball
Today, 07:00

Kobi Brayant: 81 xallıq gecə, beş çempionluq üzüyü və "Mamba" fəlsəfəsi

Football
Today, 01:18

Real Madrid Hakimlərə Ən Böyük Təzyiqi Yaratdığını Tebas Açıqladı

Football
Today, 00:46

Zlatan İbrahimoviç seriala çəkiləcək

Football
Today, 00:22

İlin ən yaxşı gənc oyunçusu oldu

Football
Yesterday, 22:51

Martin Edeqorun "Arsenal"la yeni müqavilə imzalaması gözlənilir

Football
Yesterday, 22:38

İnterin yarımmüdafiəçisi Hakan Çalhanoğlunun zədəsi ilə bağlı xəbər

Football
Yesterday, 22:08

Azarkeşlərin şəxsi məlumatları oğurlandı

Others
Yesterday, 21:44

Argentina millisinin baş məşqçisi Lionel Skaloni velosiped üzrə dünya çempionatına vəsiqə qazanıb

Football
Yesterday, 20:15

FIFA 2031 və 2035-ci il dünya çempionatlarına ev sahibliyi edəcək ölkələri açıqlayıb

Minifootball
Yesterday, 19:42

Futzal üzrə 2026/2027 mövsümü başladı — 10 qarşılaşmada 133 qol vurulub

Football
Yesterday, 19:20

Puxaç Yamalın Sabah-Barcelona mətnində iştirak etməyəcəyi xəbərinə videoda şərh verdi

Football
Yesterday, 19:07

"Barselona" oyunçuları hakimə təzyiq göstərir"

Football
Yesterday, 19:07

PSJ “Atletiko”nın hücumçusu Xulian Alvaresi transfer planı

Football
Yesterday, 18:22

“Mançester Yunayted”dən qırmızı vərəqə ilə bağlı etiraz

Tennis
Yesterday, 18:12

Bakıda yeniyetmə və gənc stolüstü tennisçilərin ölkə kuboku yarışı start götürüb

Related news