İspaniya La Liqasının prezidenti Xavyer Tebas çempionatda hakimlərə göstərilən təzyiqlə bağlı danışıb.
QOL.az xəbər verir ki, funksioner bu məsələdə əsas təzyiqin Madrid "Real"ından qaynaqlandığını bildirib.
Tebasın sözlərinə görə, həm "Real", həm də "Barselona" hakimliklə bağlı narazılıqlarını dilə gətirir. Lakin onun fikrincə, Madrid təmsilçisinin bu məsələdəki davranışı Kataloniya klubundan ciddi şəkildə fərqlənir.
"Arbitrlər həm "Real", həm də "Barselona" tərəfindən təzyiq altında saxlanılır. Hər iki klub digərinin etdikləri barədə danışır. Xüsusilə də "Real". Ən böyük təzyiq "Real Madrid TV"dən gəlir. "Real"ın davranışı "Barselona"nın yanaşmasından tamamilə fərqlənir", - deyə Tebasın sözlərini "The Touchline" X sosial şəbəkəsində yayıb.