UFC-nin yarımyüngül çəkidə (65 kq-dək) çempionu Aleksandr Volkanovski Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən UFC 333 turnirində Movsar Yevloyev üzərində qazandığı qələbəni şərh edib.
İdman.Biz xəbər verir ki, avstraliyalı döyüşçü CODE Sports nəşrinə müsahibəsində qarşılaşmadan əvvəl həyat yoldaşına verdiyi sözdən danışıb.
"Döyüşdən bir neçə gün əvvəl evlilik ildönümümüz idi. Amma mənim hədiyyəm yox idi, çünki beş həftə evdən uzaqda olmuşdum. Ona dedim ki, hər şeyi tez bitirməyə çalışacağam və bu, sənin hədiyyən olacaq. O da mənə dedi ki, hər şeyi tez bitir, bu da mənim hədiyyəm olsun", - deyə Volkanovski söyləyib.
Döyüşçü həyat yoldaşına verdiyi sözü yerinə yetirdiyini bildirib:
"Bəli, biz hər şeyi gözəl və tez başa çatdırdıq. Onun da çox narahat olmasına ehtiyac qalmadı. Düşünürəm ki, bu, hamı üçün yaxşı oldu".
Qeyd edək ki, Volkanovski oktyabrın 24-də keçirilən UFC 333 turnirində Yevloyevi texniki nokautla məğlub edərək çempionluq titulunu qoruyub.