top
Şəfa bilet qiymətini bahalaşdırdı, Şahdağ Qusar fanatları narazılıqlarını bildirdi Qol.az
28 aprel 2025, 13:04
- ↺ +

"Şəfa" bilet qiymətini bahalaşdırdı, "Şahdağ Qusar" fanatları narazılıqlarını bildirdi

İkinci liqada çempionluğun taleyini həll edəcək "Şəfa" – "Şahdağ Qusar" oyunundan öncə meydan sahibi komandanın biletlərin qiymətini artırması qarşı tərəfin narazılığına səbəb olub.

QOL.az saytına müraciət edən qusarlı azarkeşlər qonaq komanda üçün biletin qiymətinin 10 manata olduğunu bildiriblər, "Şəfa" rəhbərliyinin bu qərarına etiraz etdiklərini deyiblər.

Qeyd edək ki, hətta Misli Premyer Liqasının oyunlarında belə ən ucuz biletin qiyməti "Şəfa"nın təyin etdiyi qiymətdən ucuz olur: 2 manatdan 5 manata qədər.

Məsələ ilə bağlı qafqazinfo.az saytı isə yazıb ki, qusarlı azarkeşlərin bir çoxu komandalarına dəstək olmaq üçün avtobuslarla səfərə yollanmaq istəyib. Lakin çempionluq üçün mübarizə aparan "Şəfa" rəqibin azarkeş dəstəyi ilə üstünlük əldə edəcəyini düşünərək süni şəkildə biletlərin qiymətini qaldırıb.

Maraqlıdır ki, "Şəfa" öz azarkeşləri üçün biletləri pulsuz edib. 10 manatlıq biletlər isə yalnız qonaq komandanın tərəfdarları üçündür.

"Şəfa"nın prezidenti Sərdar Salamzadə məsələyə bu cür şərh verib: "İlk dövrədə "Şahdağ Qusar" klubu bizim azarkeşləri stadiona ancaq bilet əldə etdikdən sonra buraxacağını bildirmişdi. Biz isə öz növbəmizdə niyə məhz bizim azarkeşlər üçün bilet tələb olunduğunu və digər oyunlarda bilet olmadığını soruşanda dedilər ki, qərar belədir. Ardından 2 dəfə bilet qiymətini qaldırdılar. Biz problem etmədik, 200 bilet alıb oyuna getdik.

Biz də öz növbəmizdə "Şahdağ Qusar" ilə oyuna biletlə giriş olacağını elan etdik. Öz azarkeşlərimizə bilet və dəvətnaməni özümüz əldə edəcəyik. Bizim addımımızın onlara cavab olduğunu deməzdik, amma ümumi qərar budur. Və düşünürəm ki, biz Premyer Liqaya çıxandan sonra "Şəfa"nın, "Qarabağ"ın, "Neftçinin və s. oyunlarına azarkeşlər bilet alaraq gələcəklər. Biz klub olaraq bu istiqamətdədə işlər aparırıq".

Qeyd edək ki, 23-cü turun "Şəfa" - "Şahdağ Qusar" oyunu mayın 4-də keçiriləcək. Hazırda "Şahdağ Qusar" 22 oyundan 64 xalla 1-ci, "Şəfa" isə 61 xalla 2-ci yeri tutur.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Cüdo
Bu gün, 11:48

Azərbaycanın üç cüdoçusu Neapolda U-23 Avropa çempionatında mübarizə aparacaq

Futbol
Bu gün, 11:28

Qalatasaray, rusiya yarımmüdafiəçisi Matvey Kislyak transferinə maraq göstərir

Futbol
Bu gün, 11:00

Dodo: Azərbaycan çempionatında oyun həmişə çətin olub, gələcəkdə yenidən çıxmaq istəyir

Futbol
Bu gün, 10:30

Everton qış dönəmində Manchester United hücumçusunu, Markus Rashfordu, icarəyə götürmək istəyir

Boks
Bu gün, 10:28

Tural Rahimov ‘Dəmir adam’ Düşənbədə Rusiyalı rəqibini məğlub etdi

Digər
Bu gün, 10:08

Tahir Abdullayev UFC Yolunda: İlk Addımlar, Çətinliklər və Həyat Hekayəsi

Cüdo
Bu gün, 10:00

Böyük Dəbilqə: Azərbaycan üçüncü cüdoçusunu mübarizəyə təqdim edəcək

Qarabağ FK
Bu gün, 10:00

“Qarabağ”ın sabiq futbolçusu Adama Diakabi Azərbaycana təklif olundu, amma heç kim maraqlı deyildi

Futbol
Bu gün, 09:58

“Barselona” El Klassikoda rekord gəlir əldə etdi

Futbol
Bu gün, 09:40

Lisandro Martines Manchester United ilə müqaviləsini uzatmayacaq

Futbol
Bu gün, 09:20

Belçika futbolçusu Nainqolan iki il həbsə cəlb edildi

Futbol
Bu gün, 09:08

Barselona, icarədəki Ronald Araújonun qış transferini Liverpoola satmaq istəyir

Qarabağ FK
Bu gün, 09:00

"Qəbələdə 'Qarabağ' ilə üz-üzə: Ağdam zirvəyə qalxa bilər"

Futbol
Bu gün, 08:40

Fənərbaxça, Olimpiakosun keçmiş baş məşqçisi Jose Luis Mendilibara yüksək maaşlı təklif göndərib

Futbol
Bu gün, 08:20

Araz‑Naxçıvan “Zirə”ni qəbul edir

Basketbol
Bu gün, 08:09

Stefen Karri NBA-nın ilk dörd oyununda 100% cərimə atışları ilə rekord qırdı

Futbol
Bu gün, 08:00

FIFA 2027-ci ildə Braziliyada keçiriləcək qadınlar dünya çempionatının mükafat fondunu iki dəfə artıracaq

Futbol
Bu gün, 07:03

Unai Simon: “Biz futbolun düşmənləriyik” – dünyanın ən yaxşı qapıçısı

Futbol
Bu gün, 06:15

Portuqaliya millisinin yarımmüdafiəçisi Konseysau hakimi təhqir etdiyi üçün üç oyunluq diskvalifikasiya aldı

Digər
Bu gün, 05:11

İslam Mahaçev UFC-də son döyüşlərindən birini planlayır

Futbol
Bu gün, 04:08

Luis Enrike PSJ-dəki 127-ci qalibiyyəti barədə danışdı: “Bu, bəxtim gətirir”

Futbol
Bu gün, 03:37

Eto Real Madridə ilk gəlişində Barajas hava limanında kimsə tərəfindən qarşılanmadığını açıqladı

Futbol
Bu gün, 02:30

“Chelsea”nin keçmiş sahibi Roman Abramoviç Baku International Art Festivaldə ukraynalı model ilə göründü

Futbol
Bu gün, 01:58

Vilyarreal Ev Sahasında Espanyol'a 0-1 məğlubiyyət aldı

Oxşar xəbərlər