top
Report “Zəfər” 2024 Beynəlxalq İdman Mükafatına layiq görülüb Report.az
24 yanvar 2025, 21:22
- ↺ +

"Report" “Zəfər” 2024 Beynəlxalq İdman Mükafatına layiq görülüb

"Sportsman" jurnalı ötən ilin ən yaxşıları nominasiyası üzrə qalibləri mükafatlandırıb.

"Report" xəbər verir ki, tədbirdə Olimpiya, dünya və Avropa çempionlarının mükafatçıları, federasiya və klubların təmsilçiləri, eləcə də idman ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.

"Sportsman" jurnalının baş redaktoru Rəşad Qəmərşahoğlu çıxış edərək ötən il Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandığı uğurlardan danışıb. 2025-ci ildə əldə olunacaq nailiyyətlərin sayının daha çox olacağına şübhə etmədiyini bildirən R.Qəmərşahoğlu Prezident İlham Əliyevin Azərbaycan idmanının inkişafında xüsusi payı olduğunu diqqətə çatdırıb.

Sonra "Sportsman" jurnalının "Zəfər" 2024 Beynəlxalq İdman Mükafatının təqdimetmə mərasimi keçirilib. Ötən ilin yekunlarına əsasən müxtəlif nominasiyalar üzrə qaliblərin adları açıqlanıb.

Mükafatlandırılanlar arasında "Report" İnformasiya Agentliyi də yer alıb. Belə ki, "Report" "İlin İnformasiya Agentliyi" nominasiyası üzrə "Zəfər" 2024 Beynəlxalq İdman Mükafatına layiq görülüb.

Bundan başqa ilin ən yaxşı qolu nominasiyasında "Qarabağ" klubunun futbolçusu Toral Bayramov mükafatlandırılıb. O, UEFA Avropa Liqasının Liqa mərhələsində "Bodo Qlimt"lə (Norveç) matçda vurduğu baxımlı qola görə təltif edilib.

Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının taekvondo yarışlarında gümüş medal qazanan Qaşım Maqomedov ilin əzmkar idmançısı seçilib.

Mərasimdə digər nominasiyalar üzrə də qaliblər müəyyənləşib, fərqlənənlərə mükafatlar və hədiyyələr təqdim edilib.

Qeyd edək ki, "Sportsman" jurnalının ilk sayı 2004-cü il yanvarın 31-də işıq üzü görüb. Jurnal idmanın və Olimpiya Hərəkatının təbliği ilə yanaşı, 2007-ci ildə Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Zəfər" Yüksək İdman Nailiyyətləri Mükafatını təsis edib. Bu mükafat ən yüksək idman nailiyyətləri qazanan idmançılara, məşqçilərə, mütəxəssislərə, Azərbaycan idmanına dəstək olan müxtəlif qurumlara verilir.

Foto: Vüqar Xanlarov

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 08:20

ÇL: Qalatasarayın futbolçusu “həftənin oyunçusu” namizədi

Futbol
Bu gün, 08:06

“Nyukasl” klubunun futbolçuları baş məşqçinin taktik tələblərini anlamırlar

Futbol
Bu gün, 08:00

Kostanayda Tobolun oyunçusuna silahlı hücum

Futbol
Bu gün, 07:14

"Aston Villa" Unai Emery-ə yeni müqavilə təklif edir

Futbol
Bu gün, 06:13

Nikolas Pas Çempionlar Liqasının ən məhsuldar futbolçusu oldu

Futbol
Bu gün, 05:11

Erlinq Holand UEFA Çempionlar Liqasında 62-ci qolunu vurdu, Raulun rekorduna yaxınlaşır

Futbol
Bu gün, 04:12

"Komo" Çempionlar Liqasının səfər oyununda 55 illik rekordunu təkrarladı

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Oxşar xəbərlər