"Udineze"nin avstriyalı futbolçusu David Alaba yenidən zədələnib.
İdman.Biz xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
"David Alabanın sağ baldır əzələsində dartılma aşkarlanıb. Futbolçu artıq reabilitasiya prosesinə başlayıb və onun vəziyyəti hər həftə qiymətləndiriləcək", - deyə klubun açıqlamasında bildirilir.
"Real Madrid"in sabiq futbolçusu sentyabr ayında azad agent kimi "Udineze"yə qoşulub. Lakin o, yeni komandasında cəmi iki matçda iştirak edə bilib.
34 yaşlı müdafiəçi zədə səbəbindən həftəsonu "Milan"a qarşı keçiriləcək A Seriyası matçını buraxacaq. Onun yaşıl meydanlara qayıdacağı dəqiq tarix hələ məlum deyil.
Qeyd edək ki, Kosta Runyaiçin rəhbərlik etdiyi "Udineze" son beş qarşılaşmada qələbə qazana bilməyib.