"Sabah"ı çətin bir oyun gözləyir. "Borussiya" (Dortmund) Bakıya çox iddialı gəlib. Son matçlardakı uğursuzluqları bu görüşlə bitirməyə çalışacaq".
Bu sözləri Azərbaycan futbol milli komandasının sabiq baş məşqçisi Şahin Diniyev "Sabah"ın UEFA Çempionlar Liqasını əsas mərhələsində "Borussiya"ya (Dortmund) qarşı keçirəcəyi matçı dəyərləndirərkən deyib.
Təcrübəli mütəxəssis Almaniya klubunun motivasiyasını və qarşılaşmadan gözləntilərini diqqətə çatdırıb.
"Budo-Qlimt"ə məğlub olması onların ÇL-dəki şansını azaldıb. Ona görə də rəqib bu matça tam şəkildə köklənəcək və üç xal almaq üçün mübarizə aparacaq. Güclərə baxdıqda, qarşı tərəf daha üstündür. Amma sürpriz nəticə də ola bilər. Proqnozum "Borussiya"nın (Dortmund) lehinədir", - deyə o fanat.az-a açıqlamasında söyləyib.
Qeyd edək ki, "Sabah" - "Borussiya" (Dortmund) qarşılaşmasının start fiti bu gün saat 20:45-də Bakı Olimpiya Stadionunda səsləndiriləcək.