FIFA İndoneziyanın "Semen Padanq" klubunun hazırda "Araz-Naxçıvan"da çıxış edən qapıçı Artur Auqusto da Silvaya 154 min ABŞ dolları ödəməli olduğu barədə qərar çıxarıb. Sport24.az xəbər verir ki, FIFA-nın Mübahisələrin Həlli Palatası futbolçunun şikayətini qismən təmin edib.
Qərara əsasən, məbləğin 39 min dolları ödənilməmiş əməkhaqqı, 115 min dolları isə müqavilənin vaxtından əvvəl pozulmasına görə kompensasiyadır. Bu məbləğlərə əlavə olaraq illik 5 faiz faiz də hesablanmalıdır.
Məsələ futbolçunun İndoneziya klubundan maaşını vaxtında ala bilməməsi ilə bağlıdır. 2025-ci ilin iyulunda "Semen Padanq"la müqavilə imzalayan braziliyalı oyunçu 2026-cı ilin iyununda klubun ona olan borcunu ödəmədiyini əsas gətirərək müqaviləyə birtərəfli qaydada xitam verib və FIFA-ya müraciət edib.
FIFA araşdırma zamanı klubun borcu və müqavilənin futbolçu tərəfindən haqlı səbəbdən dayandırılması ilə bağlı mövqeyini qəbul edib.
Qurum qərara gəlib ki, klub futbolçuya 39 min dollar əməkhaqqı borcu və 115 min dollar kompensasiya ödəməlidir.
Qeyd edək ki, "Araz-Naxçıvan" iyulda Artur Auqustonu heyətinə qatdığını açıqlayıb.