top
AFFA İntizam Komitəsinin iclası keçirilib Sport24.az
Bu gün, 18:10
- ↺ +

AFFA İntizam Komitəsinin iclası keçirilib

AFFA İntizam Komitəsinin iclası keçirilib. Sport24.az xəbər verir ki, yığıncaqda aşağıdakı qərarlar qəbul edilib:

 

Misli Premyer Liqası VIII tur

 

16.10.2026-cı il tarixində Misli Premyer Liqasında VIII turun "Şamaxı"– "Şəfa" oyununun 85-ci dəqiqəsində "Şamaxı" komandasının məşqçisi Araz Bağırov hakimin qərarına etiraz etdiyinə görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, "Şamaxı" komandası 2500 manat cərimə edilsin (maddə 51.2);

 

16.10.2026-cı il tarixində Misli Premyer Liqasında VIII turun "Şamaxı"– "Şəfa" oyununda "Şəfa" komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün "Şəfa" komandası 700 manat cərimə edilsin (maddə 43.1);

 

16.10.2026-cı il tarixində Misli Premyer Liqasında VIII turun "Sumqayıt"– "Araz-Naxçıvan" oyununun 86-cı dəqiqəsində "Araz-Naxçıvan" komandasının 9 nömrəli futbolçusu Ağadadaş Salyanskiy ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, "Araz-Naxçıvan" komandası 500 manat cərimə edilsin (maddə 17.5, 17.7);

 

17.10.2026-cı il tarixində Misli Premyer Liqasında VIII turun "Qarabağ"– "Neftçi" oyununda "Qarabağ" komandasının azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə "Qarabağ" komandası 5000 manat cərimə edilsin (maddə 52.5);

 

17.10.2026-cı il tarixində Misli Premyer Liqasında VIII turun "Qarabağ"– "Neftçi" oyununda "Neftçi" komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün "Neftçi" komandası 700 manat cərimə edilsin (maddə 43.1);

 

17.10.2026-cı il tarixində Misli Premyer Liqasında VIII turun "Qarabağ"– "Neftçi" oyununda "Neftçi" komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə "Neftçi" komandası 3000 manat cərimə edilsin (maddə 86.3);

 

17.10.2026-cı il tarixində Misli Premyer Liqasında VIII turun "Qarabağ"– "Neftçi" oyununun 90+4-cü dəqiqəsində "Neftçi" komandasının mətbuat katibi Asəf Zeynallı tərəfindən stadiona kiçik zərər vurulduğuna, dəymiş zərər yerində ödənildiyinə görə Asəf Zeynallıya xəbərdarlıq edilsin (maddə 99, 94, 20);

 

18.10.2026-cı il tarixində Misli Premyer Liqasında VIII turun "İmişli"– "Turan Tovuz" oyununda "Turan Tovuz" komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün "Turan Tovuz" komandası 700 manat cərimə edilsin (maddə 43.1);

 

I Liqa V tur

 

15.10.2026-cı il tarixində I Liqada V turun "Xankəndi"– "Şahdağ Qusar" oyununda "Xankəndi" komandasında 7 nəfər sarı vərəqə aldığı üçün "Xankəndi" komandası 210 manat cərimə edilsin (maddə 43.1);

 

15.10.2026-cı il tarixində I Liqada V turun "Mingəçevir"– "Şimal" oyununda "Şimal" komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün "Şimal" komandası 210 manat cərimə edilsin (maddə 43.1);

 

16.10.2026-cı il tarixində I Liqada V turun "Karvan-Yevlax"– "Gəncəbasar" oyununda "Gəncəbasar" komandasında 5 nəfər sarı vərəqə aldığı üçün "Gəncəbasar" komandası 210 manat cərimə edilsin (maddə 43.1);

 

Əvəzedicilər Liqası VI tur

 

17.10.2026-cı il tarixində Əvəzedicilər Liqasında VI turun "Turan Tovuz-2" – "Zirə-2" oyununda "Turan Tovuz-2" komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün "Turan Tovuz-2" komandası 70 manat cərimə edilsin (maddə 43.1);

 

17.10.2026-cı il tarixində Əvəzedicilər Liqasında VI turun "Şamaxı-2" – "Araz-Naxçıvan-2" oyununda "Şamaxı-2" komandasında 5 nəfər sarı vərəqə aldığı üçün "Şamaxı-2" komandası 70 manat cərimə edilsin (maddə 43.1);

 

17.10.2026-cı il tarixində Əvəzedicilər Liqasında VI turun "Şamaxı-2" – "Araz-Naxçıvan-2" oyununun 86-cı dəqiqəsində "Şamaxı-2" komandasının 66 nömrəli futbolçusu Ceyhun Bağırzadə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, "Şamaxı-2" komandası 50 manat cərimə edilsin (maddə 17.5, 17.7);

 

17.10.2026-cı il tarixində Əvəzedicilər Liqasında VI turun "Şamaxı-2" – "Araz-Naxçıvan-2" oyununun 90+2-ci dəqiqəsində "Şamaxı-2" komandasının 96 nömrəli futbolçusu Nicat Qaragözlü təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün  3 oyun oyuna buraxılmasın, "Şamaxı-2" komandası 300 manat cərimə edilsin (maddə 45.1);

 

18.10.2026-cı il tarixində Əvəzedicilər Liqasında VI turun "Qəbələ-2" – "Neftçi-2" oyununda "Qəbələ-2" komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün "Qəbələ-2" komandası 70 manat cərimə edilsin (maddə 43.1);

 

19.10.2026-cı il tarixində Əvəzedicilər Liqasında VI turun "Qarabağ-2" – "Şəfa-2" oyunu təhlükəsizlik nümayəndəsinin olmaması səbəbindən gec başladığına görə "Qarabağ-2" komandası 200 manat cərimə edilsin (maddə 57.2);

 

19.10.2026-cı il tarixində Əvəzedicilər Liqasında VI turun "Kəpəz-2" – "Sumqayıt-2" oyunu Təcili Tibbi Yardım avtomobilinin olmaması səbəbindən gec başladığına görə "Kəpəz-2" komandası 200 manat cərimə edilsin (maddə 57.2);

 

19.10.2026-cı il tarixində Əvəzedicilər Liqasında VI turun "Kəpəz-2" – "Sumqayıt-2" oyununun 90+2-ci dəqiqəsində "Sumqayıt-2" komandasının 91 nömrəli futbolçusu Mirəli Hüseynov hakimin qərarına etiraza görə ikinci sarı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun oyuna buraxılmasın, "Sumqayıt-2" komandası 1000 manat cərimə edilsin (maddə 52.4).

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 18:59

Leao zədə səbəbindən İstanbul derbisini buraxacaq

Futbol
Bu gün, 18:59

Borussiya 7 gündə 11,300 km səyahət etdi – ‘Sabah’la oyuna hazır

Futbol
Bu gün, 18:53

Real Madrid İngiltərə Premyer Liqası klublarından 80 milyon avro tələb edir

Digər
Bu gün, 18:50

“Qaradağ Lökbatan” və “Zəngəzur”dan darmadağın

Digər
Bu gün, 18:41

Mourinyo Vinisiusa xəbərdarlıq etdi: “Real Madrid”də toxunulmaz futbolçu yoxdur

Digər
Bu gün, 18:29

“Beşiktaş” və “Trabzonspor”un oyunlarına hakim təyinatları açıqlanıb

Digər
Bu gün, 18:24

“Bavariya”nın baş məşqçisi “Arsenal”la oyun öncəsi xəstələndi

Digər
Bu gün, 18:11

“Əl-Nəsr” borca görə satışa çıxarılır: Ronaldo klubun ortağı olacaq

Futbol
Bu gün, 18:00

FIFA Araz-Naxçıvan futbolçusuna 154k USD ödəniş qərarı

Digər
Bu gün, 17:39

NBA-da 81-ci mövsüm başlayır: favoritlər kimlərdir və çempion necə müəyyənləşəcək? - İDMAN.BİZ-in İCMALI

Digər
Bu gün, 17:28

Şahin Diniyev “Sabah” - “Borussiya” oyunu barədə proqnoz verdi

Digər
Bu gün, 17:20

Millinin mövqeyi dəyişmədi

Digər
Bu gün, 17:12

"Liverpul" səs-küylü qış transferinə hazırlaşır

Digər
Bu gün, 17:01

Naxçıvan stadionu təmirə bağlanır? - KLUBDAN AÇIQLAMA

Futbol
Bu gün, 17:00

Mauro İkardi Qalatasaray'dan ayrıldı, Beşiktaş və İngiltərə klubları maraqlanır

Futbol
Bu gün, 16:53

Mourinyonun etirazından sonra El‑Klasiko üçün hakim dəyişdirildi, yeni hakim hələ açıqlanmayıb

Digər
Bu gün, 16:40

Son dəqiqələrin qəhrəmanı: Tellur Mütəllimovun hekayəsi - VİDEO

Digər
Bu gün, 16:34

Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə ne-vaza üzrə ACF Kuboku keçiriləcək

Qarabağ FK
Bu gün, 16:26

Xəyal etdi, inandı, qazandı - “Sürətlə Yeni Mövsümə” lotereyasının “Changan Q07” qalibi danışdı - VİDEO

Digər
Bu gün, 16:24

“Kəpəz” Birinci Liqanın bombardirini transfer etmək istəyir

Futbol
Bu gün, 16:20

İnтер "Flamenqo"nun hücumçusunu transfer etmək istəyir

Futbol
Bu gün, 16:12

Coy-Lens Mikels: “Almaniyada alınmadı” – Dortmund klubuna dair açıqlamalar

Futbol
Bu gün, 15:50

Borussiya futbolçuları Bakıda futbol-tennis oynadı

Oxşar xəbərlər