"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov ötən gün çempion olduqları "Sabah"la matçdan sonra paltardəyişmə otağında futbolçularla görüşərək onları təbrik etsə də, müdafiəçi Bəhlul Mustafazadə ilə görüşməyib.
QOL.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, təcrübəli mütəxəssislə futbolçu arasında olan bu görüntülə sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.
Klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev açıqlamasında məsələyə bu cür aydınlıq gətirib: "Hər hansı problem yoxdur. Komanda daxilində baş məşqçi Qurban Qurbanov və futbolçular arasında qarşılıqlı hörmət və inam var. Həmin məqama gəldikdə, Qurban Qurbanov klubun bəzi işçiləri və futbolçuları ilə stadionda təbrik etdiyi üçün onlarla ikinci dəfə paltardəyişmə otağında görüşməyib. Bəhlulla da ona görə görüşməyib. Həmçinin futbolçu həmin vaxt əlindəki sarğını açırdı. Yəni baş məşqçimiz və futbolçular arasında hansısa problem yoxdur. Hər zaman komanda daxilində ab-hava yüksək olub, baş məşqçi ilə futbolçular arasında da isti münasibət var".
Sportnews.az — idman dünyasında baş verən əsas hadisələrə həsr olunmuş aparıcı idman portalıdır. Biz hər gün ən son xəbərləri, oyun nəticələrini, müsahibələri, analizləri və proqnozları təqdim edirik.
Saytımızda siz tapa bilərsiniz:
Futbol: yerli və beynəlxalq liqalar, xüsusi diqqət — "Qarabağ" FK
Tennis, şahmat, gimnastika, voleybol, basketbol
Döyüş növləri: boks, güləş, cüdo
Formula 1 və Olimpiya Oyunları
Eləcə də diqqətəlayiq digər idman növləri
Biz azərbaycanlı idmançıların uğurlarını izləyirik, mühüm turnirləri işıqlandırırıq, yığmaların hazırlığı və fərdi nailiyyətlər barədə məlumat veririk. Bütün materiallar faktlara, ekspert şərhlərinə və keyfiyyətli təqdimata əsaslanır.
Niyə məhz Sportnews.az:
Yalnız aktual və etibarlı xəbərlər
Azərbaycan və dünya idmanının tam əhatəsi
Rahat struktur, müntəzəm yenilənmələr, obyektiv baxış
Əsas idman xəbərlərindən xəbərdar olmaq üçün bizimlə qalın.
Sportnews.az — burada idman ucadan danışır.