top
Paris-2024-ün açılış mərasimi keçirilib - YENİLƏNİB İdman.biz
27 iyul 2024, 01:26
- ↺ +

Paris-2024-ün açılış mərasimi keçirilib - YENİLƏNİB

Paris-2024 Yay Olimpiya Oyunlarının rəsmi açılış mərasimi keçirilib.

İdman.biz xəbər verir ki, tədbir tarixdə ilk dəfə stadiondan kənarda təşkil olunub.

Rəsmi və bədii hissələrdən bir-birini əvəz etməsi açılışın əsas özəyi olub. Əfsanəvi futbolçu Zinədin Zidanın iştirakı ilə Olimpiya məşəli 3 uşaqdan ibarət qrupun köməyi ilə Sena çayında qayıqda gözləyən bilinməyən qəhrəmana çatdırılıb. Təşkilatçılar son anadək məşəli alovlandıracaq şəxsi gizli saxlamaq qərarına veriblər.

Beynəlxalq Olimpiya Komitəsi prezidenti Tomas Bax və Fransa preizdenti Emmanuel Makronun tamaşaçıları salamlamasından sonra açılış mərasiminə start verilib.

Sena çayında təşkil olunan mərasim minlərlə idmançını daşıyan 85 gəminin Austerlits körpüsündən hərəkətə başlaması ilə start götürüb. İlk olaraq Olimpiadanın yaradıcıları hesab olunan Yunanıstan fəxri kürsünün önündən keçib.

Parisdə səhnədə yer alan ilk sənət nümayəndəsi Ledi Qaqa olub. O, "Mulen Ruj" tarixi rəqs qrupunun iştirakı ilə klassik Fransa kabaresindən mahnı səsləndirib. Fransanın müasir musiqi ulduzu Ayya Nakamura İncəsənət Körpüsündə çıxış edib. O, respublika qvardiyasının orkestri müşayiət edib.

XXXIII Yay Olimpiya Oyunları gender bərabərliyi ilə əvvəlkilərdən fərqlənir. Fransanın inkişafında tarixi imza atan qadınlara həsr olunmuş səhnə nümayiş etdirilib. 10 tarixi şəxsiyyətin heykəli tamaşaçılara təqdim olunub.

Parisin dünyanın moda paytaxtı olması da unudulmayıb. Təşkilatçılar xüsusi qurulmuş səhnədə rəngarəng geyimlərin nümayişi izlənilib.

Olimpiya bayrağının dalğalanmasında sonra yarışın Təşkilat Komitəsinin sədri Toni Estanqe və Beynəlxalq Olimpiya Komitəsinin iştirakçıları çıxış edərək, idmançılara uğurlar arzulayıblar.

Sonra Olimpiya məşələnin alovlandırılması prosesinə start verilib. Dünyanın və Fransanın tanınmış idmançılarının məşəli daşımasından sonra hava şarı alovlanaraq, Paris səmalarında büləndə qərq olub.

Selin Dionun "Hymne a l'amour" ("Sevgi himni") sədaları altında Olimpiadanın açılış mərasiminə yekun vurulub.

Paris-2024-ə 48 idmançı ilə yollanan Azərbaycan millisi də paradda iştirak edəcək. Yığmamız tamaşaçılar önündən 16-cı keçəcək. Komandamızın bayraqdarları cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev olacaq.

Qeyd edək ki, Olimpiadanın bağlanış mərasimi avqustun 11-də baş tutacaq. Oyunlarda 206 ölkədən olan 11 minə yaxın idmançı 32 idman növü üzrə ümumilikdə 329 dəst medal uğrunda mübarizə aparacaq.

-----------

21:30

Paris-2024 Yay Olimpiya Oyunlarının rəsmi açılış mərasimi başlayıb.

İdman.biz xəbər verir ki, tədbir tarixdə ilk dəfə stadiondan kənarda təşkil olunub.

Sena çayında təşkil olunan mərasim minlərlə idmançını daşıyan 85 gəminin Austerlits körpüsündən hərəkətə başlaması ilə start götürüb.

Tədbiri 300 mindən çox tamaşaçı izləyir. Bütün dünyaya yayımlanan mərasimə giriş əsasən sərbəst olduğu üçün Fransa paytaxtının sakinləri və qonaqları möhtəşəm mərasimə canlı şahidlik edir.

Rəsmi və bədii hissələrdən ibarət açılışın əsas özəyi idmançıların paradı olacaq. Tarixə ən irimiqyaslı açılış mərasimi kimi düşən tədbirdə parad da fərqli olacaq. İdmançılar Sena çayı ilə qayıqlarda şərqdən qərbə təxminən 6 km məsafə qət edəcəklər. Böyük heyətə malik yığmalar bir deyil, iki qayığa yerləşdiriləcək.

Paris-2024-ə 48 idmançı ilə yollanan Azərbaycan millisi də paradda iştirak edəcək. Yığmamız tamaşaçılar önündən 16-cı keçəcək. Komandamızın bayraqdarları cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev olacaq.

Qeyd edək ki, Olimpiadanın bağlanış mərasimi avqustun 11-də baş tutacaq. Oyunlarda 206 ölkədən olan 11 minə yaxın idmançı 32 idman növü üzrə ümumilikdə 329 dəst medal uğrunda mübarizə aparacaq.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 08:20

Fiorentina David de Xea ilə yollarını ayırmağı planlaşdırır

Futbol
Bu gün, 08:13

Pep Qvardiola ABŞ futbol millisinə rəhbərlik edə bilər

Futbol
Bu gün, 08:00

ABŞ Futbol Federasiyası Manchester United-dan 10 milyon dollar tələb edə bilər

Futbol
Bu gün, 07:09

Mançini Mbappe-nin zədələnməsindən risk etməməsini tövsiyə etdi

Futbol
Bu gün, 06:14

Klopp: Azarkeşlərimin sayı artıb, aptekdə 80-90 yaşlı qadınlar mənə uğurlar arzulayırlar

Futbol
Bu gün, 05:15

Barselona, 20 milyon avroluq 18 yaşlı müdafiəçi Rud Neystadı hədəfə alıb

Futbol
Bu gün, 04:11

Çexiya millisi baş məşqçisinin Yamalın çıxmaması ilə bağlı açıqlaması

Boks
Bu gün, 03:11

Gülər Hüseynova finala çıxan rəqibi qarşısında qələbəni əmin hesab edir

Olimpiada
Bu gün, 02:07

Adil Kazımlı: Gümüş medal qazanaraq təşkilata minnətdarlığını bildirir

Basketbol
Bu gün, 01:50

Neftçi basketbol komandası Mikonosun beş oyunlu qələbə seriyasına son verdi

Şahmat
Bu gün, 00:36

Şəhriyar Məmmədyarov qrup mərhələsində 3 xal ilə başladı

Futbol
Bu gün, 00:23

Britaniya nəşri Azərbaycan millisinin qrup mərhələsində məğlubiyyətsiz lider olduğunu qeyd edir

Futbol
Bu gün, 00:09

Tuxel: 7:0 məğlubiyyət Xorvatiyanın gücünü əks etdirmir

Futbol
Dünən, 23:51

De la Fuente: Yamalın vəziyyəti və mediadakı yanlış iddialar

Olimpiada
Dünən, 23:48

Azərbaycan taekwondoçusu Adil Kazımlı gümüş medal qazanıb

Futbol
Dünən, 23:37

Tçuameninin “Selta” ilə qarşıdakı oyunda iştirakının qeyri-müəyyənliyi

Futbol
Dünən, 23:12

Real Madrid, Endrik'i komandada saxlamaq üçün planlaşdırır

Cüdo
Dünən, 22:55

Coşqun Əliyev -60 kg çəki sinifində Avropa çempionu

Basketbol
Dünən, 22:52

Kostas Vasiliadis: ‘Neftçi və Azərbaycan basketbolu üçün sevinc dolu’

Digər
Dünən, 22:41

Dvalişvili Usman və Umar Nurməhəmmədovun arxadan hücum etdiyini iddia edir

Futbol
Dünən, 22:29

“Roma” Ermosonun maaşını azaltaraq müqaviləni uzatmaq istəyir

Şahmat
Dünən, 22:05

Nərmin Abdinova 8 qələbə ilə Avropa çempionu oldu

Futbol
Dünən, 22:01

Atletiko 17 futbolçu və Simeon olmadan məşq etdi

Futbol
Dünən, 21:46

Peres, Bernar Arnonun Real Madridi investisiya etməsini təklif edir

Oxşar xəbərlər