top
Orxan Səfərov Hidayət Heydərova verdiyi məsləhəti açıqlayıb İdman.biz
30 iyul 2024, 14:55
- ↺ +

Orxan Səfərov Hidayət Heydərova verdiyi məsləhəti açıqlayıb

"Çox xoşbəxtəm ki, bizimlə bir yerdə güləşən insan Olimpiya Oyunlarında qızıl medal qazandı".

Bunu "İdman.bizdə" verilişinin qonağı olan Azərbaycan millisinin sabiq cüdoçusu Orxan Səfərov deyib.

İlin idman səfiri Hidayət Heydərovun Paris-2024-də qazandığı qızıl medalı şərh edib. O bildirib ki, finaldakı rəqib Joan-Benjamin Qaba öz imkanlarından daha üst səviyyədə güləşib: "Hidayətlə səhər görüntülü danışdıq. Mənə Olimpiya medalını da göstərdi. Hələ özü də inanmır. Ona Parisdə "hər şeyə hazır olmasını" demişdim. O yarışdan sonra dedi ki, sənin niyə belə dediyini başa düşdüm. 5-6 dəfə döyüşdüyüm, qalib gəldiyim idmançılara qarşı Olimpiadada mübarizədə çox çətinliklər çəkdim. Halal olsun ki, sona qədər dözdü. Hər bir döyüşə diqqətlə, qətiyyətlə yanaşdı və qalib oldu. Hidayətin güləş tərzi dözümlülük üstündə dayanıb. Ondan da əlavə texniki-taktiki tutuşlarla güləşi daha maraqlı edir. Heydərov buna hazır idi. Fransızın günü idi. Bəlkə o bir daha belə güləşməyəcək. Bundan sonra 10 dəfə qarşılaşsalar da, Hidayət hər birində onu ipponla məğlub edəcək. Amma dünən ona olan dəstək, yerli publika önündə güləşməyi stimul vermişdi. Hiss edirdi ki, hər şeyi bacaracaq. Heydərov onu susdurdu. Onunla söhbətimiz zamanı deyirdi ki, görüş gedə-gedə rəqibin cüdokasının arxasında qızıla icazə verməyəcəyimi düşünürdüm. Onun adını qızıl yazıyla görsəm ürəyim partlayar. Cüdoda Olimpiya çempionlarının adı və ölkəsi 4 il ərzində qızıl hərflərlə yazılır. Heydərov da rəqibin bəxtini sındırıb qalib gəldi".

Səfərov bu qələbə ilə Hidayətin çəkisinin ən güclüsü olduğunu da sübuta yetirdiyin deyib: "Hidayət nəinki Azərbaycan cüdo tarixinin, idmanımızın ən güclülərindən biridir. Onun 4 Avropa, 4 də dünya medalı var. Olimpiya medalını saysaq, dediyimizi görərik. Bu günə kimi görməmişdim ki, idmançı 1 il ərzində hər bir yarışda qalib olsun. Atletlər il ərzində maksimum 2 dəfə pik nöqtədə olurlar. Amma bunu 3 dəfə etmək onun nə qədər formada olmasının göstəricisidir. Olimpiya öncəsi dünya çempionu tituluna yiyələnmək artıq hamının diqqətini üzərinə çəkmək deməkdir. Güləşini də əzbərləyirlər. Ardınca Olimpiya çempionu olmaq isə cüdo tarixində yoxdur. Rahatlıqla deyə bilərik ki, Hidayət Heydərov dünyanın ən güclü cüdoçusudur".

Qeyd edək ki, cüdoçumuz Heydərov Fransada Azərbaycanın ilk medalını qazanıb.

Emin Ağa
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər