top
NTD-nin basketbolçusu: İnanıram ki, qarşıda bizi böyük uğurlar gözləyir Report.az
24 yanvar 2025, 12:37
- ↺ +

NTD-nin basketbolçusu: "İnanıram ki, qarşıda bizi böyük uğurlar gözləyir"

İnanıram ki, qarşıda bizi böyük uğurlar gözləyir.

"Report" xəbər verir ki, bunu NTD-nin basketbolçusu Tayri Boykin klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, ötən tur qarşılaşdıqları "Abşeron"la oyuna toxunub:

"Abşeron"a qarşı matçda komanda kimi böyük irəliləyişə nail olduq. Bu görüşdə topun meydançada necə hərəkət etdiyini görə bilərsiz. Oyundan zövq alırdıq. Belə oynadığınız zaman qələbələr də gəlir. Biz məşqlərdə çox çalışırıq. Komanda kimi birlikdə inkişafa davam edəcəyik. İnanıram ki, qarşıda bizi böyük uğurlar gözləyir".

Oyunçu hər komandaya qarşı rəqabət aparmaq gücündə olduqlarını bildirib:

"Növbəti rəqibimiz "Naxçıvan"dır. Məşqçilər bizi matça çox yaxşı hazırlayıblar. Bilirik ki, "Naxçıvan" güclü klubdur və yaxşı oyunçuları var. Bizim üçün prioritet güclü tərəflərimizdən istifadə etməkdir. Bu halda hər komandaya qarşı rəqabət apara bilərik. Məşq həftəsi çox yaxşı keçdi".

O, Bakı klubuna transferindən də danışıb:

"NTD-yə keçidim çox tez baş verdi. Məşqçilər menecerimlə əlaqə saxladı və biz demək olar ki, dərhal qərar verdik. Klubun mənə güvəndiyinə və bu imkanı verdiyinə görə minnətdaram. NTD böyük tarixə malik güclü klubdur. Komandanın əvvəlki nəticələrini yenidən göstərməsi üçün əlimdən gələni edəcəyəm. Hər dəfə meydançaya çıxanda bacardığımdan daha artığını ortaya qoyuram. Komandada özüm kimi səy göstərən oyunçularla birlikdə çıxış etmək böyük xoşbəxtlikdir. Bir-birimiz, ailələrimiz və azarkeşlərimiz üçün ən yaxşı oyunu nümayiş etdirməyə çalışırıq".

T.Boykin komandasının mövsümün ilk yarısındakı çıxışı ilə bağlı sualı cavablandırıb:

"Mövsümün ilk yarısı gözlədiyimiz kimi keçmədi. Amma bunu artıq arxada qoymuşuq. Komandanın heyəti yenilənib. Oyunçular bir-birini yaxşı anlamağa başlayıblar. Məşqçilər yeni oyunçuların komandanın oyun üslubuna tez uyğunlaşması üçün böyük iş görüblər. Biz qələbələr üçün hazırlaşırıq".

Qeyd edək ki, NTD Azərbaycan Basketbol Liqasının A qrupunda 13 xalla sonuncu - 6-cı yerdə qərarlaşıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 08:20

ÇL: Qalatasarayın futbolçusu “həftənin oyunçusu” namizədi

Futbol
Bu gün, 08:06

“Nyukasl” klubunun futbolçuları baş məşqçinin taktik tələblərini anlamırlar

Futbol
Bu gün, 08:00

Kostanayda Tobolun oyunçusuna silahlı hücum

Futbol
Bu gün, 07:14

"Aston Villa" Unai Emery-ə yeni müqavilə təklif edir

Futbol
Bu gün, 06:13

Nikolas Pas Çempionlar Liqasının ən məhsuldar futbolçusu oldu

Futbol
Bu gün, 05:11

Erlinq Holand UEFA Çempionlar Liqasında 62-ci qolunu vurdu, Raulun rekorduna yaxınlaşır

Futbol
Bu gün, 04:12

"Komo" Çempionlar Liqasının səfər oyununda 55 illik rekordunu təkrarladı

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Oxşar xəbərlər