top
Natalya Vallek Ankaradakı GranFondo Başkənt Yarışında Tarixi Qələbə Qazandı Report.az
02 sentyabr 2025, 15:40
- +

Natalya Vallek Ankaradakı "GranFondo" Başkənt Yarışında Tarixi Qələbə Qazandı

Azərbaycan velosipedçisi Natalya Vallek Türkiyənin paytaxtı Ankarada keçirilmiş "GranFondo" Başkənt velosiped yarışında tarixi nəticə əldə etdiyi üçün şad olduğunu bildirib.

İdmançı bu barədə "Report"a açıqlama verib.

Gənc Peşəkar Velosipedçilər İctimai birliyinin üzvü qalib gəldiyi turnirlə bağlı təəssüratlarını bölüşüb:

"Mənim bu uğurum məşqçim Musa Mikayılzadənin tərtib etdiyi düzgün proqram və göstərdiyim əzmlə bağlıdır. Tarixi nəticə əldə etdiyim üçün şadam. Çətin yarış oldu. Çünki orada çox güclü rəqiblər var idi. Onlar da həmişə turnirlərdə iddialı olublar və ilk yeri tutmaq üçün mübarizə aparırlar. Məşqçim qarşıma strateji vəzifə qoymuşdu. Ölkəmiz və komandam üçün bu qələbəni əldən verməmək üçün hər şeyi etdim".

N.Vallek qarşıdakı hədəflərindən də söz açıb:

"Qatıldığım bütün turnirlərdə qalib olmaq istəyirəm. Bunu etmək üçün isə mümkün olan hər şeyi etməyə hazıram. İdmançı bir dəfə uğur qazananda yeni nailiyyətlər əldə etməyə çalışmalıdır. Hazırda da məşqlərə davam edirəm. Böyük yarışlarda da mükafatçılar sırasına düşməyi planlaşdırıram".

Qeyd edək ki,Natalya Vallek Azərbaycan velosipedi tarixinə ilk dəfə beynəlxalq "GranFondo" yarışında birinci yeri tutan idmançı kimi düşüb. Təmsilçimiz 91 km məsafəni əhatə edən yarışda 1300 metr yüksəklik qazanmaqla dağlıq yollardan keçərək finişə hamıdan əvvəl çatıb. O, həmçinin öz yaş kateqoriyasında da 1-ci olub.

velosipedçi Natalya Vallek Turnir tarixi nəticə
Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 16:27

Bakıda 19 yaşadək gənc və yeniyetmə badmintonçular arasında beynəlxalq turnir

Futbol
Bu gün, 16:20

Səbail Türkiyədə növbəti yoxlama matçını keçirəcək

Qarabağ FK
Bu gün, 16:11

Koxalski azyaşlı azarkeşlərin davranışına görə narazılıq bildirib

Futbol
Bu gün, 16:00

„Qarabağ” futbolçusu „Tvente” ilə oyun haqqında danışdı

Futbol
Bu gün, 15:56

Yeni Zelandiya Futbol Assosiasiyası İnfantinonun namizədliyini dəstəkləməyəcək

Boks
Bu gün, 15:40

Azərbaycan boksçuları Avropa çempionatında uğur qazanıb

Futbol
Bu gün, 15:20

„Yuventus“ „Bolonya“dan Con Lukuminin transferini 20 milyon avro qarşılığında bağlayacaq

Digər
Bu gün, 15:00

Marafon Baku Sportinqi məğlub etdi

Qarabağ FK
Bu gün, 14:50

"Qarabağ" - "Tvente" oyununun hakimləri

Basketbol
Bu gün, 14:20

"Sabah" basketbolçusu ilə müqavilə imzalayıb

Cüdo
Bu gün, 13:59

Avropa çempionatında paracüdoçumuz 1/4 finala yüksəlib

Basketbol
Bu gün, 13:40

Tariyel Yusifzadə „Gəncə“yə qayıdıb

Futbol
Bu gün, 13:31

Barselona Luis Suares ilə maraqlanır

Futbol
Bu gün, 13:20

Arsenal Viktor Osimhenin Transferi İle Bağlı Qalatasarayla Danışıqlar Aparır

Basketbol
Bu gün, 13:04

"Sabah" 213 santimetrlik amerikalı basketbolçu ilə müqavilə imzalayıb

Voleybol
Bu gün, 12:40

Murov Az Terminal yeni voleybolçu ilə müqavilə bağlayıb

Futbol
Bu gün, 12:20

İpsviç Derri Şerhantın transferini istəyir

Futbol
Bu gün, 12:19

“Sabahın Ulduzları” Bakı Kubokunun U-15 yaş qrupunda IV turun ilk oyunları keçirilib

Futbol
Bu gün, 12:03

Qarabağ Dinamonun 20 illik seriyasını qırdı

Futbol
Bu gün, 11:20

Atletiko "Arsenal"ın Mark Pubilli ilə bağlı təklifini rədd etdi

Basketbol
Bu gün, 10:48

Tariyel Yusifzadə “Gəncə”yə qayıdıb

Futbol
Bu gün, 10:32

Alvares səhvini etiraf edib: Kluba bağlılığı tam olacaq

Qarabağ FK
Bu gün, 10:20

Azərbaycanın UEFA reytinqindəki əmsalı artıb

Futbol
Bu gün, 10:04

Turan Tovuz və Qəbələ arasında ilk qarşılaşma

Oxşar xəbərlər