"Qarabağ"ın sabiq futbolçusu Kamilo Duran Şotlandiya Premyer Liqasında avqust ayının ən yaxşı futbolçusu seçilib.
İdman.Biz xəbər verir ki, kolumbiyalı hücumçu "Seltik"dəki uğurlu çıxışına görə "William Hill Premiership Player of the Month" mükafatına layiq görülüb.
Duran yay transfer pəncərəsində "Qarabağ"dan "Seltik"ə keçib. O, yeni klubunda qısa müddətdə əsas hücumçulardan birinə çevrilib.
26 yaşlı futbolçu son turda "Falkirk"lə görüşdə dubl edərək komandasının 2:1 hesablı qələbəsində əsas pay sahibi olub. Ardınca "Aberdin"lə matçda da fərqlənib. Bununla da Duran "Seltik"in heyətində bütün turnirlərdə keçirdiyi 7 oyunda 6 qol vurub.
Kolumbiyalı hücumçunun çıxışı "Seltik"in Şotlandiya çempionatında uğurlu startında mühüm rol oynayıb.