Ukrayna və Polşa futbol üzrə dünya çempionatının keçirilməsi üçün birgə namizədliklə çıxış etmək imkanını nəzərdən keçirir.
İdman.Biz xəbər verir ki, Ukraynanın idman naziri Matvey Bednı "Politico"ya bildirib ki, tərəflər belə bir imkan üzərində düşünür və 2012-ci ildə Avropa çempionatının keçirilməsində əldə olunan uğurlu əməkdaşlıq təcrübəsini əsas götürürlər.
O vurğulayıb ki, söhbət, böyük ehtimalla, 2040-cı illərdə keçiriləcək dünya çempionatından gedir.
Qeyd edək ki, 2030-cu il dünya çempionatına İspaniya, Portuqaliya və Mərakeş, 2034-cü il mundialına isə Səudiyyə Ərəbistanı ev sahibliyi edəcək.