top
Makron hökumətinin keyfiyyətsiz medallarda əksini tapan “siması” - ŞƏRH Report.az
21 yanvar 2025, 11:19
- ↺ +

Makron hökumətinin keyfiyyətsiz medallarda əksini tapan “siması” - ŞƏRH

Paris-2024 Yay Olimpiya və Paralimpiya Oyunları beş aydan çoxdur ki, tarixin yaddaşına qovuşub. Xoşagəlməz hadisələrlə, xüsusilə açılış mərasimindəki rüsvayçı səhnələrlə xatirələrdə dərin iz buraxan yarışla bağlı qanqaraldıcı olaylar isə səngimək bilmir. Artıq bir neçə aydır ki, medalların keyfiyyəti, daha doğrusu, keyfiyyətsizliyi ilə bağlı xəbərlər dünya mətbuatını bəzəyir. "Nəhəng iş"in nəticəsi olaraq 100-dən çox medal keyfiyyətini itirdiyinə görə geri qaytarılıb. Xüsusilə "bürünc"lərin daha çox zədələnməyə və paslanmaya məruz qaldığı bildirilir.

Halbuki Paris-2024-ün startından əvvəl bəh-bəhlə yarışın medallarının təqdimat mərasimi keçirilmişdi. Yerli Təşkilat Komitəsinin mənzil-qərargahında baş tutan tədbirdə qurumun sədri Toni Estanqe medalların böyük zəhmət bahasına və çətinliklə başa gəldiyini açıqlamışdı. Sitat: "Qızıl, gümüş və bürünc medalların Eyfel qülləsinin qiymətli metalı ilə eyni qarışıqda olması üçün nəhəng iş görülüb".

Əslində, ilk narazılıq hələ olimpiadanın gedişində ortaya çıxmışdı. ABŞ-dən olan skeytbordçu Nayca İmani Hyustonun qazandığı bürünc medalın keyfiyyətsiz olması ilə bağlı paylaşdığı video həmin vaxt xeyli müzakirələrə səbəb olmuşdu. Daha sonra başqa idmançılar da eyni problemdən gileyləndilər. Fransalı üzgüçülər Kleman Sekki ilə Yohann Ndoy Bruar da narazılar ordusunun sıralarına qoşuldular. Onlar olimpiadanın estafet yarışında bürünc mükafata yiyələnmişdilər. Yohann Ndoy Bruar ölkəsinin yarıtmaz təşkilatçılığını lağ-lağı obyektinə çevirməkdən belə çəkinmədi. Belə ki, o, "Paris 2024" əvəzinə "Paris 1924" yazaraq təşkilatçıları ələ saldı. Kleman Sekki isə medalları "timsah dərisi"nə bənzətdi...

"Report"un araşdırması nəticəsində bəlli oldu ki, Azərbaycan millisinin iki üzvü də analoji problemlə üzləşib. Söhbət Paris-2024-ün gümüş mükafatçısı, taekvondoçu Qaşım Maqomedov (58 kq) və yunan-Roma güləşində üçüncü olan Həsrət Cəfərovdan (67 kq) gedir. Q.Maqomedov medalın keyfiyyətinin arzuolunan səviyyədə olmadığını "Report"a açıqlamasında təsdiqləmişdi: "İlk günlərdən ona çox diqqətlə yanaşırdım. Medal bütün bu müddət ərzində xüsusi çantada saxlanılırdı. Təxminən iki ay çantada qaldı, yaxınlaşıb baxırdım, bəzən heyran olurdum. Bir neçə gün əvvəl Azərbaycana təlim-məşq toplanışına getməli olanda düşündüm ki, ehtiyat üçün özümlə götürüm. Bəlkə haradasa lazım olar, bəlkə hansısa tədbirdə Gənclər və İdman Nazirliyi və ya Taekvondo Federasiyasından onu özümlə götürməyi deyərlər. Mən onu götürməyi qərara aldım və çantadan çıxaranda gördüm ki, bir az korlanıb. Başa düşə bilmirəm, niyə? Toxunmuram da, əksinə, həmişə ehtiyatla yanaşmışam. Qısası, bəli, mən də bu pis keyfiyyətlə qarşılaşdım".

H.Cəfərov isə medalın üzərindəki müəyyən hissənin qopduğunu diqqətə çatdırdı. O, olimpiadada verilən mükafatın çox keyfiyyətsiz olduğunu vurğuladı. Milli Olimpiya Komitəsindən isə "Report"un sorğusuna cavab olaraq olimpiadanın digər mükafatçıları ilə də əlaqə saxlanılacağı və araşdırma tamamlandıqdan sonra lazımi addımlar atılacağı açıqlandı. MOK-un vitse-prezidenti Çingiz Hüseynzadənin "Report"a müsahibəsində söylədikləri Fransanın yarıtmaz təşkilatçılığına dair növbəti tutarlı nümunədir: "Yay Olimpiya Oyunlarında qazanılan 7 medalın hər birini araşdırıb, daha sonra Beynəlxalq Olimpiya Komitəsinə müraciət ünvanlayacağıq. Yeganə addım budur. İlk dəfədir ki, belə halla üzləşirik. Bunu olimpiadanın təşkilatçılığındakı qüsurların davamı saymaq olar. Bu, Paris-2024-ün Təşkilat Komitəsinin fəaliyyəti ilə bağlı məsələdir. Aydın məsələdir ki, Təşkilat Komitəsinin zəifliyi bir çox məsələlərdə özünü göstərdi. Buna görə də ümumi problemdir. Müxtəlif problemlər var idi. Ümumiyyətlə, başqa ölkələrlə müqayisədə Paris olimpiadasında problemlərin sayı daha çox idi".

Kütləvi etirazlardan sonra Beynəlxalq Olimpiya Komitəsi də məsələyə münasibət bildirdi. Qurum zədələnmiş bütün medalların istehsalçı "Monnaie de Paris" tərəfindən sistemli şəkildə əvəzlənəcəyini, prosesə yaxın həftələrdə başlanılacağını açıqladı.

Arayış üçün qeyd edək ki, Fransanın tanınmış zinət əşyaları brendi "Chaumet" tərəfindən dizayn olunan medallar Eyfel qülləsindən götürülmüş dəmir hissəciklərlə zənginləşdirilib. Olimpiya və Paralimpiya medallarının üz hissəsi eynidir. Ümumilikdə 5084 medal hazırlanıb ki, onların hər birinin diametri 85 mm, qalınlığı 9,2 mm-dır. Qızıl medal 529, gümüş 525, bürünc 455 qramdır. Hər birinin tərkibinə Eyfel qülləsinin konstruksiyasından 18 qram əlavə edilib.

Ümumiyyətlə, Beynəlxalq Olimpiya Komitəsinin medallarla bağlı konkret standartları var və bundan olimpiadaya ev sahibliyi edən hər bir təşkilatçı ölkə xəbərdardır:

- Qızıl medal ən azı 925 əyarlı gümüşdən hazırlanır, 6 qram qızıl örtüklü olmaqla

- Gümüş medal 925 əyarlı gümüşdən hazırlanır

- Bürünc medal əsasən mis, qalay və sinkdən hazırlanır

Amma görünən budur ki, Fransa bu məsələdə də saxtakarlığa yol verib. 100-dən çox medalın keyfiyyətini itirməsi belə düşünmək üçün kifayət edir. Üstəlik, onu da nəzərə almaq lazımdır ki, olimpiadalar tarixində medalların keyfiyyəti ilə bağlı bu cür kütləvi narazılıq olmayıb. Bəli, Azərbaycana qarşı düşmən mövqeyində olduğunu Olimpiya dəyərlərini heçə sayaraq yarışın açılış mərasimi zamanı belə büruzə verən, hələ də müstəmləkəçilik siyasətindən əl çəkməyən, utanmadan dünyaya demokratiya dərsi keçən Fransa növbəti dəfə gülməli duruma düşüb. Əlbəttə, medallarla bağlı məsələ nüfuzu sıfıra yaxınlaşan Makron və onun hökuməti üçün ciddi zərbədir. Bu, iyulun 26-dan avqustun 11-dək davam edən yarışın təşkilatçılığında qeydə alınan çoxsaylı qüsurların məntiqi davamı da sayıla bilər. Onu da qeyd edək ki, bir qızıl medalın qiyməti 950, gümüş medalın 486, bürünc mükafatın isə 13 dollara bərabərdir. Hələlik 100-dən çox medalın xarab olduğunu, bu prosesin davam etdiyini və onların dəyişdiriləcəyini nəzərə alsaq, Fransanın büdcəsinə əlavə ziyan dəyəcəyi şübhə doğurmur. Bu bir növ Fransanın və Makron hökumətinin keyfiyyətsiz medallarda əksini tapan "simasıdır"!

Sonda onu da xatırladaq ki, Paris-2024-də 15 idman növündə 48 idmançı ilə təmsil olunan Azərbaycan 7 medalla 30-cu yerdə qərarlaşmışdı ki, bu da tarixi nəticə idi. Cüdoçular Hidayət Heydərovla (73 kq) Zelim Kotsoyev (100 kq) Olimpiya çempionu olmaqla Paris publikasını Azərbaycanın Dövlət Himnini ayaqüstə dinləməyə məcbur etmişdi. Taekvondoçu Qaşım Maqomedov (58 kq) və boksçu Alfonso Dominqes (92 kq) yalnız finalda uduzaraq gümüş medal qazanmışdı. Yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq), sərbəst güləşçilər Maqomedxan Maqomedov (97 kq) və Giorgi Meşvildişvili (125 kq) də fəxri kürsünün üçüncü pilləsində yer almaqla Parisdə üçrəngli bayrağımızı dalğalandırmışdılar.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 08:20

Paulo Fonseka “Sportinq” klubunun baş məşqçisinə təyin edildi

Futbol
Bu gün, 08:05

Raul Albiol UEFA B məşqçi lisenziyası alaraq məşqçiliyə başladı

Futbol
Bu gün, 07:50

Ten Haq yenidən Ronalduyu tənqid etdi: Son 7‑8 ildə nəticə vermir

Futbol
Bu gün, 06:43

“Udineze”də baş məşqçi Kosta Runyayç istefa etdi, yeni məşqçi namizədi Paolo Zanetti

Futbol
Bu gün, 05:37

"Sportinq" futbol klubunun baş məşqçisinin vəzifəsindən çıxarılması azarkeşlərin ağ bayraqlı etirazı nəticəsində

Futbol
Bu gün, 03:21

İstanbulda “Fənərbağça” azarkeş lideri Cem Gölbaşına qarşı silahlı hücum planı aşkar edildi, beş nəfər həbs edildi

Formula 1
Bu gün, 02:33

Ferstappen qalib gəldi, Antonelli isə dünya çempionluğunu qazandı

Futbol
Bu gün, 01:35

Valdas Dambrauskas “Sabah” komandasını tərk edib “Fənərbağça” klubuna baş məşqçi ola bilər

Cüdo
Bu gün, 01:18

İbrahim Talıbov, Dakarda Azərbaycan üçün ilk qızıl medal qazandı

Futbol
Bu gün, 01:06

Unay Emeri, Barselona qarşısında oynamağından əvvəl Aston Villa futbolçularına xəbərdarlıq etdi

Futbol
Bu gün, 00:51

Jose Mourinho Real Madrid‑in 3‑0 qələbəsindən sonra açıqlama verdi

Digər
Bu gün, 00:31

Konor McGregor son döyüşünü planlayır, karyerasını bitirəcək

Formula 1
Bu gün, 00:18

FIA, Antonelli'nin Meksika Grand Prix'sində çempionluk kubokunu təqdim etmə xahişini rədd etdi

Tennis
Bu gün, 00:06

Karlos Alkaras Vyanada ATP 500 turnirini qazandı, karyerasının 28-ci titulunu əldə etdi

Futbol
Dünən, 23:32

“Qızıl top” mükafatının nəticələrini əvvəlcədən təxmin edənlər 200 min dollar qazandı

Cüdo
Dünən, 23:26

Dakar 2026-da Azərbaycan judoçusu İbrahim Talıbovun ilk qızıl medalı

Futbol
Dünən, 22:57

Zamiq Əliyev Qələbəni Qorudu

Cüdo
Dünən, 22:53

Cüdo millisinin baş məşqçisi: Olimpiya çempionu yetişdirmək mənim üçün böyük uğurdur

Futbol
Dünən, 22:31

Arsenal, Liverpul'u səfərdə 1-0 məğlub edərək Premyer Liqada liderliyini möhkəmləndirdi

Futbol
Dünən, 22:27

Malişeva 0:0-dan sonra birincilik mövqeyini qoruyur

Futbol
Dünən, 21:59

Eldar Tağızadə “Bistritsa”nın “Krşko”ya qarşı qələbəsində qapısını möhürlədi

Futbol
Dünən, 21:57

Premyer Liqada "Kəpəz" "İmişli"ni 1:0 hesabı ilə məğlub etdi - Videoicmal

Qarabağ FK
Dünən, 21:50

Azərbaycan Premyer Liqasının ilk üçdəbir hissəsində əsas beş iddiasının statusu: "Neftçi" liderliyə yüksəlsə də, "Sabah" temp və balansla öndədir

Futbol
Dünən, 21:35

Juventusun səkkiz futbolçusu Napoli ilə qarşılaşmadan məhrum olacaq

Oxşar xəbərlər