Azərbaycan millisinin futbolçusu Mahir Əmrelinin çıxış etdiyi "Rakov" komandasının yeni baş məşqçisi açıqlanıb.
"Report" xəbər verir ki, bu barədə Polşa təmsilçisi məlumat yayıb.
David Szvarqa ilə anlaşma əldə olunub. Onun klubla müqaviləsinin müddəti 2027/2028 mövsümünün sonunadək nəzərdə tutulub.
36 yaşlı mütəxəssis bu postda Tomaşa Kaçmarekini əvəzləyib.
Xatırladaq ki, "Rakov" Polşa çempionatında 6 xalla sonuncu - 18-ci pillədə qərarlaşıb.