top
Luis Enrike: “Səhər saat dörddə işi tərk etmək istəmişdim, amma davam etdim” Idman.biz
Bu gün, 09:08
- ↺ +

Luis Enrike: “Səhər saat dörddə işi tərk etmək istəmişdim, amma davam etdim”

PSJ-nin baş məşqçisi Luis Enrike məşqçilik karyerasına necə başladığını və ilk vaxtlar üzləşdiyi çətinlikləri xatırlayıb.

İdman.Biz xəbər verir ki, ispaniyalı mütəxəssis Betevé telekanalının "Tocats per Lucho" sənədli filmində futbolçu karyerasını bitirdikdən sonra məşqçi olmaq niyyətində olmadığını etiraf edib.

"Heç vaxt məşqçi olmağı düşünməmişdim. Futbolçu olduğum vaxt da belə bir istəyim yox idi. Pep Qvardiola, Serxi Barxuan və digər komanda yoldaşlarımla söhbət edərkən qərara gəldik ki, məşqçilik kurslarına yazılaq. İki il yarımdan sonra lisenziyalarımız olacaqdı. Amma düzünü desəm, məşqçi olmaq fikrim yox idi", - deyə Enrike bildirib.

55 yaşlı mütəxəssis 2008-ci ildə "Barselona B" komandasına rəhbərlik etməyə başladığı dövrdə ciddi çətinliklərlə üzləşdiyini də açıqlayıb.

"Böyük həvəslə başladıq, amma hər şey bizim üçün yeni və naməlum idi. Mövsümöncəsi hazırlıq zamanı az qala hər şeyi yarımçıq qoyacaqdım. Futbolçu olanda hər şeyə nəzarət edə bilirdim. Məşqçi kimi isə heç nəyə nəzarət edə bilmədiyimi hiss edirdim".

Enrike həmin günlərdə yaşadığı gərginliyi də xatırlayıb:

"Yadımdadır, bir gecə saat dörd radələrində az qala nəfəs almaqda çətinlik çəkirdim. Həyat yoldaşıma dedim ki, səhər saat səkkizdə gedib hər şeyi dayandıracağam. Qoy bu işi başqası görsün. Amma səhər saat səkkizdə fikrimi dəyişdim və davam etmək qərarına gəldim".

İspaniyalı mütəxəssis məşqçilik karyerasının ilk illərində təcrübəsizlikdən çoxlu səhvlərə yol verdiyini də etiraf edib. O, məşqçilik baxımından ən çox Lui van Qaldan nümunə götürdüyünü bildirib.

Qeyd edək ki, Luis Enrike 2008-2011-ci illərdə "Barselona B"ni çalışdırıb. Daha sonra "Roma", "Selta", "Barselona", İspaniya millisi və PSJ-də fəaliyyət göstərib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 09:29

Birinci Liqa: Xankəndi, Karvan-Yevlaxı 8-ci turda qəbul edəcək

Futbol
Bu gün, 09:20

Ueston Makkenni Juventusdan ayrılmaq istəmədiyini bəyan etdi

Voleybol
Bu gün, 09:16

Ordu Bakıda Norveç klubunu qarşılayaq: CEV Çelenc Kuboku 1/32 finali

Voleybol
Bu gün, 09:00

Xilasedici komandası CEV Çempionlar Liqasında bu gün oyun keçirir

Futbol
Bu gün, 09:00

Kristiano Ronaldo Yaxın Şərqdə “İlin Ən Yaxşı Futbolçusu” səsverməsində liderdir

Qarabağ FK
Bu gün, 08:40

Aleksey Kaşuk: Ukrayna milli komandasında debut – Ömrümün sonuna kimi xatırlayacağım günlər

Futbol
Bu gün, 08:12

“Bavariya”nın yarımmüdafiəçisi Camal Musiala iki aylıq fasilədən sonra yenidən oyun sahəsinə qayıdacaq

Futbol
Bu gün, 08:00

Milan və Qalatasaray Bruno Fernandesi azad agent statusunda qoşulmaqla maraqlanır

Futbol
Bu gün, 07:14

Luis Suárez, Messi və Neymarın “Qızıl Buts” mükafatını qazanmasında rolu

Futbol
Bu gün, 06:13

Rüdiger: Mourinyo ilə 33 yaşımda nəhayət yollarımız kəsişdi

Tennis
Bu gün, 05:04

Karlos Alkaras rəqibini məğlub edərək yarımfinala yüksəldi

Cüdo
Bu gün, 04:12

Həbib Nurməhəmmədov 200 milyon dollarlıq təklifə rədd cavabı verdi

Futbol
Bu gün, 03:07

“Arsenal” İspaniya milli futbolçusu Martin Subimendi üçün 70 milyon avroluq yeni transfer qiyməti təyin etdi

Futbol
Bu gün, 02:01

Vensan Kompani ciddi sağlamlıq problemlərindən sonra “Bavariya”nın baş məşqçisi vəzifəsinə qayıdır

Cüdo
Bu gün, 01:42

Altı Azərbaycanlı cüdoçumuz bu gün dünya çempionatında döyüşə başlayır

Basketbol
Bu gün, 01:23

Prievidza basketbolçuları Bakıda azarkeş dəstəyindən razı qaldılar

Futbol
Bu gün, 01:08

Mudrik: Dopinq Qalması Səbəbində UAF‑i ittiham edir

Cüdo
Bu gün, 00:48

EJU: Azərbaycan cüdoçuları dünya çempionatına hazır

Futbol
Bu gün, 00:42

“Neftçi” müdafiəçisinin yeni mövsüm hədəfi: minimum 10‑12 assist

Futbol
Bu gün, 00:31

Arsen Vengerin təklif etdiyi yeni ofsayd qaydasının 108 oyunda uğursuzluğu

Cüdo
Bu gün, 00:12

Amin Quliyev Cakarta şəhərində Qran-Prei kəməri uğrunda döyüşəcək

Futbol
Dünən, 23:39

Messinin anası oğlunun Argentina milli komandasında varisini Niko Pas ilə təyin etdi

Futbol
Dünən, 23:24

Jorje Jezuş: Ronaldu xatırlayaraq, Portuqaliya milli futbolunun gələcəyi

Oxşar xəbərlər