top
İki qızıl və bir gümüş medal qazanan güləşçilərimiz Bakıda təntənəli qarşılanıblar - FOTO/VİDEO Idman.biz
28 oktyabr 2026, 19:28
- ↺ +

İki qızıl və bir gümüş medal qazanan güləşçilərimiz Bakıda təntənəli qarşılanıblar - FOTO/VİDEO

Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında uğur qazanan Azərbaycanın yunan-Roma güləşi üzrə milli komandası Vətənə qayıdıb.

İdman.Biz xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda iki qızıl və bir gümüş medal qazanaraq komanda hesabında ikinci yeri tutan yığmamızın təntənəli qarşılanma mərasimi keçirilib.

Millinin böyük məşqçisi Nurəddin Rəcəbov nəticəni tarixi uğur kimi qiymətləndirib:

"Bu dünya çempionatı çox güclü keçdi. Qızıl medallarımızı tarixi nəticə saymaq olar. Eldəniz Əzizli beşqat dünya çempionu oldu və Sənan Süleymanov olimpiya çəkisində 15 ildən sonra ölkəmizə DÇ-də qızıl medal qazandırdı. Qarşıdan gələn Olimpiya Oyunlarına ümidimiz daha da artdı. Çünki biz idmançıları bu yarışlarda görüb, tam hiss edirik ki, onlar nəyə qadirdir. Bəzi səhvlər var. Medallarımız daha çox ola bilərdi. Bəzi görüşlərdə tələskənliklər oldu. Bu səhvləri aradan qaldıra bilərik. Dünyada ikinci yerə çıxmaq həqiqətən qürurvericidir. Azərbaycan Güləş Federasiyası, Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsinə təşəkkürümü bildirirəm. İlboyu təlim-məşq toplantılarıyla və vitaminlərlə təmin olunduq. Bu medallarda əziyyəti olan valideynlərə və bütün məşqçilərə təşəkkür edirəm".

Beşinci dəfə dünya çempionu olan Eldəniz Əzizli (55 kq) komandanın uğurundan sevinc duyduğunu bildirib:

"Həqiqətən çox sevincliyik, xüsusi hisslər keçiririk. Sevincli olmağımızın səbəbi tək özümüz üçün yox, həm də komanda üçündür. Dünya ikincisi olmağımız Azərbaycan idmanı üçün böyük nəticədir. Bizi qarşıda daha mötəbər yarışlar gözləyir. Müəyyən səhvlərimiz var. Onları düzəldib, yeni ildən yarışlara start verərək daha uğurlu nəticələr qazanmağa çalışacağıq".

77 kq çəki dərəcəsində dünya çempionu olan Sənan Süleymanov üçüncü finalında nəhayət qızıl medal qazanmasından danışıb:

"Dünya çempionatında üçüncü dəfə finalda güləşdim. Həmişə bu kəmərin arzusunda olmuşam, dünya çempionu olmaq istəmişəm. İki dəfə finalda məğlub olmuşam, amma bu dəfə doğrudan da çox yaxşı hazırlaşmışdım və şükürlər olsun ki, bu dəfə istəyimə nail oldum, dünya çempionu oldum. Dünya çempionatında zəif rəqib yoxdur, hər biri ciddi rəqibdir. Dünya çempionatına getməmişdən bir müddət əvvəl rəqiblər bəlli olur. Təlim-məşq toplanışlarında bütün rəqibləri analiz edirik. Rəqiblərimə qarşı yaxşı hazırlaşmışdım. Allaha şükür ki, nəticə istədiyim kimi alındı".

63 kq-da gümüş medal qazanan Nihat Məmmədli isə finaldakı məğlubiyyətinə baxmayaraq, növbəti yarışlarda dünya çempionu olmaq məqsədindən əl çəkməyəcəyini vurğulayıb:

"Özümə inanırdım. Məqsədim ikinci dəfə dünya çempionu olmaq idi. Final görüşünə də yaxşı başlamışdım. Sevimli fəndimi işlətdim. Amma daha sonra olanlar bir az planlarımı pozdu. Əks-fəndə düşdüm. Daha sonra rəqib xalda önə keçdi və məğlub oldum. Ruhdan düşmürəm. Yenidən eyni məqsədlə yoluma davam edəcəyəm".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:00

Elvin Yunuszadə: Qışın gedişatı hələ müəyyən edilməmişdir

Digər
Bu gün, 10:55

UFC, Fransa döyüşçüsü Manon Fioro'nu dopinq testi nəticəsində 3 aylıq disqvalifikasiyaya cəlb etdi

Futbol
Bu gün, 10:47

Yuri Vernidub “Neftçi” Futbol Akademiyasının heyəti ilə görüşü

Futbol
Bu gün, 10:40

Alman mütəxəssisi Polşa millisini baş məşqçisi ola bilər

Digər
Bu gün, 10:39

Qazaxda 25 idman növünü əhatə edən idman festivalı keçirildi

Futbol
Bu gün, 10:20

FIFA keçmiş prezidenti Sepp Blatter, Canni İnfantinonun namizədliyini məhdudiyyətə görə qeyri-qanuni sayır

Qarabağ FK
Bu gün, 10:10

“‘Kəpəz’lə ‘Qarabağ’ matçının təyinatları açıqlanıb”

Futbol
Bu gün, 10:10

Mudrik: “Çelsi”yə transferdən əvvəl “Arsenal”da çıxış etmək arzusundaydım

Qarabağ FK
Bu gün, 10:00

Türkiyə klubları “Qarabağ”ın futbolçusu Marko Yankoviçə marağını itirmir

Futbol
Bu gün, 09:53

Sumqayıt – Sabah: Misli Premyer Liqası 12-ci turu

Futbol
Bu gün, 09:40

Tibo Kurtua Real-da 2028-ə qədər qalan müqavilə uzadılıb

Futbol
Bu gün, 09:38

Ever Baneqa 37 yaşında peşəkar futbol karyerasını başa vurdu

Futbol
Bu gün, 09:29

Kostas Tsimikas yayda Liverpuldan ayrılaraq La Liqa klubuna keçə bilər;

Futbol
Bu gün, 09:24

Sabiq Braziliya futbolçusu Gabi Morais narkotik pullarının yuyulmasında həbs edildi

Futbol
Bu gün, 09:20

Alman klubu 60 milyon avro təklifi ilə Inter’in 20 yaşlı müdafiəçisi Finn Yelçin

Futbol
Bu gün, 09:08

Harri Keyn ikinci Qızıl Top üçün hədəfləri: daha çox kubok qazanmaq istəyir

Futbol
Bu gün, 09:00

Sumqayıt Sabah qarşısında Mehdi Huseynzadə arenasında oynayacaq

Futbol
Bu gün, 08:40

Li Kan İn xaricdə 2026-cı ilin ən yaxşı Asiyalı futbolçusu, “Traktor”un qapıçısı Əlirza Beyranvənd isə Asiyanın ən yaxşı futbolçusu seçildi

Futbol
Bu gün, 08:20

İmişli 12-ci turda Zirəni ev stadionunda qəbul edir

Futbol
Bu gün, 08:12

"Barselona" Lisandro Martinezın transferinə maraq göstərmədi: Deku və Flik rədd etdi

Futbol
Bu gün, 08:00

Blekpul klubu doğum günündə baş məşqçi Ian Evatti vəzifəsindən çıxardı

Futbol
Bu gün, 07:11

İnterin müdafiəçi transferi üçün 60 milyon avroluq qiymət tələb olunur

Futbol
Bu gün, 06:13

Real Madrid Chema Andresi geri gətirməyi düşünür

Futbol
Bu gün, 05:07

Poçettino “Old Trafford”da “Country Roads” mahnısını əlamət kimi qəbul etdi

Oxşar xəbərlər