top
Holand yoxdursa, problem də yoxdur - Foden “Mançester Siti”nin yeni qolçusuna çevrilə bilər Idman.biz
21 oktyabr 2026, 07:13
- ↺ +

Holand yoxdursa, problem də yoxdur - Foden “Mançester Siti”nin yeni qolçusuna çevrilə bilər

"Mançester Siti"nin futbolçusu Fil Foden Çempionlar Liqasının əsas mərhələsində AEK-ə qarşı keçirilən və komandasının 5:1 hesablı qələbəsi ilə başa çatan görüşün əsas qəhrəmanı olub.

İdman.Biz BBC-yə istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi üç qol və bir məhsuldar ötürmə ilə yadda qalaraq matçın ən yaxşı oyunçusu seçilib. Bununla da o, Çempionlar Liqasında bir oyunda het-trik edən və məhsuldar ötürmə verən üçüncü ingiltərəli futbolçu olub. Daha əvvəl bunu Ueyn Runi (2004) və Rahim Sterlinq (2019) bacarıblar.

Fodenin çıxışı Erlinq Holandın yoxluğunda xüsusi əhəmiyyət daşıyıb. Əvvəlki matçda ayağından zərbə alan norveçli hücumçu AEK-lə görüşdə meydana çıxmayıb. Baş məşqçi Enzo Mareska isə Fodeni oyun ərzində "yalançı doqquzluq" mövqeyində sınayıb və bu qərar özünü doğruldub.

"Bu oyundan böyük zövq aldım. Hücumçuyam və qol vurmağa, komandama kömək etməyə davam etməliyəm. Bu, özüməinam baxımından çox vacibdir. Ən yaxşı formama qayıdıram, amma hələ qarşıda uzun yol var", - deyə Foden "TNT Sports"a açıqlamasında bildirib.

"Mançester Siti"nin sabiq müdafiəçisi Joleon Leskott hesab edir ki, Foden Holandın alternativinə çevrilə bilər:

"Onun oyunu möhtəşəm idi, zərbələri isə son dərəcə dəqiq idi. Düşünürəm ki, Foden məşqçini inandırdı: Holand hər hansı səbəbdən oynaya bilməsə, doqquz nömrə mövqeyində çıxış etməli olan futbolçu məhz odur".

Mareska da yetirməsinin çıxışından razı qalıb:

"Filin oyunundan çox razıyam. İlk gündən onu İngiltərənin ən yaxşı futbolçularından biri hesab etdiyimi demişəm. Son iki ildə müxtəlif səbəblərdən problemlər yaşasa da, onun komandamıza böyük kömək edəcəyini bilirik".

Qeyd edək ki, Foden son iki mövsümdə əvvəlki məhsuldarlığını göstərə bilməyib. O, ötən mövsümü klub və milli komanda səviyyəsində ardıcıl 31 oyunda qol vurmadan başa vurub. Bununla belə, iyulda "Mançester Siti" ilə yeni dördillik müqavilə imzalayıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 11:53

Yeni futsal mövsümünün loqosu təqdim edildi

Futbol
Bu gün, 11:40

Xankəndi İliqası VIII turunda ev sahasında ilk oyunu

Minifutbol
Bu gün, 11:25

Futsal üzrə Azərbaycan Yüksək Liqasında 10 Komanda Mübarizə Aparacaq

Futbol
Bu gün, 11:24

Messi'nin anası Niko Pas'a "oğlunun varisi" demiş

Futbol
Bu gün, 11:20

Sao Xoao de Ver klubunda iki aylıq maaş böhranı

Futbol
Bu gün, 11:14

PSJ, Markinyosla 2029-ədək yeni müqavilə təklif edir

Digər
Bu gün, 11:04

Yeni Futsal Mükəmməllik Müsabiqəsində 10 Komanda Rəqabət Aparacaq

Futbol
Bu gün, 11:00

Neftçi, Qəbələ futbolçusu Eşqin Əhmədovu transfer etməyi planlaşdırır

Futbol
Bu gün, 10:54

İtalyan klub Empoli itlə müqavilə imzaladı

Digər
Bu gün, 10:54

131 idmançı AZERFIT layihəsi çərçivəsində monitorinqdən keçdi

Futbol
Bu gün, 10:51

Azərbaycan minifutbol milli komandası Avropa reytinqində ikinci sırada

Futbol
Bu gün, 10:38

Səbail futbol akademiyasının direktoru Mirbağır İsayev istifa etdi

Futbol
Bu gün, 10:23

Xviça Kvaratsxeliya, GQ France jurnalının ilin adamı elan edilməsinə münasibət bildirib

Futbol
Bu gün, 10:20

Xviça Kvaratsxelia 2026-cı ilin "İlin adamı" seçildi

Futbol
Bu gün, 10:04

Marşal Adaları milli komandası FIFA-ya üzv olmaq üçün təlim planlaşdırır;

Qarabağ FK
Bu gün, 10:00

“Taofik İsmailin 1 milyon avroluq transferi Polşada müzakirə olunur”

Basketbol
Bu gün, 09:53

Gəncə Basketbol Klubu Baş Məşqçisi 78:79 Məğlubiyyətini Açıqladı

Futbol
Bu gün, 09:40

Fransa klubu Opendanı icarədən qaytarır

Futbol
Bu gün, 09:37

Ueyn Runi: 'İntihar etməyi düşündüm' – psixoloji çətinlikləri açıq şəkildə izlədi

Futbol
Bu gün, 09:29

Birinci Liqa: Xankəndi, Karvan-Yevlaxı 8-ci turda qəbul edəcək

Futbol
Bu gün, 09:20

Ueston Makkenni Juventusdan ayrılmaq istəmədiyini bəyan etdi

Voleybol
Bu gün, 09:16

Ordu Bakıda Norveç klubunu qarşılayaq: CEV Çelenc Kuboku 1/32 finali

Futbol
Bu gün, 09:08

Luis Enrike: “Səhər saat dörddə işi tərk etmək istəmişdim, amma davam etdim”

Voleybol
Bu gün, 09:00

Xilasedici komandası CEV Çempionlar Liqasında bu gün oyun keçirir

Oxşar xəbərlər