top
Federasiya rəsmisi Azərbaycan idmançılarının Dünya Kubokundakı çıxışını dəyərləndirib Report.az
14 yanvar 2025, 13:54
- ↺ +

Federasiya rəsmisi Azərbaycan idmançılarının Dünya Kubokundakı çıxışını dəyərləndirib

Qış İdman Növləri Federasiyasının baş katibi Günel Bədəlova Azərbaycan idmançılarının "Şahdağ"da keçirilən xizək alpinizmi üzrə Dünya Kubokundakı çıxışını dəyərləndirib.

O, "Report"a açıqlamasında yarışda uğurlu nəticə qazanılmamasını idmançıların təcrübəsiz olması ilə izah edib.

Federasiya rəsmisi turnirə qatılan Azərbaycan təmsilçilərinin sıfırdan başladıqlarını vurğulayıb:

"Bu idman növünə cəmi iki ildir başlamışıq. Həmçinin idmançılarımız da yenidirlər. Milli azərbaycanlılardan ibarətdir. Komandaya əlavə idmançılar da cəlb edirik. Hər biri, demək olar ki, sıfırdan başlayıb. Bu idman növü ilə 20-25 il məşğul olan idmançılarla yarışmaq belə onlar üçün böyük nailiyyətdir. Məsələn, Seyid Sədrəddinov vertikal yarışda vaxt baxımından daha yaxşı nəticə göstərdi. Hər bir idman növünün inkişafı üçün vaxt tələb olunur".

O, idmançılardan yüksək nəticə gözləmədiklərini söyləyib:

"İdmançılarımız Andorrada keçiriləcək təlim-məşq toplanışına hazırlaşırlar. Başqa yarışlara da qatılacaqlar. Təbii ki, uşaqlardan yüksək nəticə gözləyə bilməzdik. Digər tərəfdən, öz evində yarışanda həyəcan daha çox olur. Çünki məsuliyyət və hər kəsin səndən gözləntiləri böyükdür. Buna baxmayaraq, uşaqlar öz üzərlərində çalışırlar və daha yaxşı nəticələr qazanacaqlarına inanırıq".

G.Bədəlova komandaya yeni idmançıların cəlb olunması ilə bağlı seçimlərin davam etdiyini nəzərə çatdırıb:

"Hər il sentyabrda seçimlər aparırıq. Bundan əlavə, yayda "Şahdağ"da qaçış yarışları təşkil edirik. Qalib gələn uşaqları seçirik. Qusarla yanaşı, Qəbələdə də təlim-məşq toplanışı təşkil etməyi və bu rayonda da bu idman növünün inkişafı üçün təməl qoymağı planlaşdırırıq. Seçim turları davam edir. Hazırda iki - A və B komandamız var. B komandası bu il seçilmiş uşaqlardan ibarətdir. Yeni komandadır, üç nəfərdən ibarətdir. Amma yeni idmançıların cəlb olunması istiqamətində axtarışdayıq".

Qeyd edək ki, xizək alpinizmi üzrə Dünya Kuboku yanvarın 10-13-ü aralığında "Şahdağ" Turizm Mərkəzində keçirilib. Yarışda Azərbaycanı Nəzrin Qəribova və Seyid Sədrəddinov təmsil edib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 10:40

Anastasios Duvikas, Yunan hücumçusu, Çempionlar Liqasının bombardlilər siyahısında liderdir

Cüdo
Bu gün, 10:32

Bakı şəhərində U-17 cüdo birinciliyi 9-10 noyabr tarixində keçiriləcək

Digər
Bu gün, 10:28

Fərid Qayıbov Monako'da Avropa Şurasının iclasında çıxış etdi

Formula 1
Bu gün, 10:13

Alan Cons, 1980-ci il Formula-1 dünya çempionu, 80 yaşında vəfat etdi

Qarabağ FK
Bu gün, 10:00

“Neftçi” Braziliya hücumçusunu transfer etdi, “Qarabağ” yenidən Portuqaliya klubuna müraciət edir

Futbol
Bu gün, 09:49

Sabah Kapitanı Stas Pokatilov: UEFA Çempionlar Liqasında Ən Çox Qurtarış Edən İkinci Qapıçıdır

Qarabağ FK
Bu gün, 09:45

Riçard Almeyda Azərbaycana qayıtdı: Emosional paylaşımı ilə həsrətini izah etdi

Digər
Bu gün, 09:40

Kanada Rus millətinin gənclər dünyə çempionatına qatılmamasına qərar verdi

Futbol
Bu gün, 09:38

Yeddinci turun son dörd oyunu bu gün

Voleybol
Bu gün, 09:35

DH Volley Azərbaycan komandası CEV Çelenk Kubokunda növbəti oyununa çıxacaq

Basketbol
Bu gün, 09:31

LANDAU Lionsun məğlubiyyəti sonrası Erhan Toker səbəbləri açıqladı

Basketbol
Bu gün, 09:25

Murad Dikmen: Ev oyunlarını qələbə ilə bitirmək əsas məqsəddir

Futbol
Bu gün, 09:20

Devid Bekhem Manchester United'ı almağa çalışan konsorsiumun rəhbəri ola bilər

Voleybol
Bu gün, 09:13

DH Volley Azərbaycan komandası 1/32 finalında Danimarka ilə qarşılaşacaq

Futbol
Bu gün, 09:00

UEFA Avropa Liqası Dördüncü Turda 17 Oyun, Milan, Yuventus və Beşiktaş İştirak Edir

Qarabağ FK
Bu gün, 09:00

"Qarabağ"dan ayrıldı, 3 ildən sonra Kabo-Verde milli komandası tərəfindən dəvət alıb

Futbol
Bu gün, 08:50

UEFA Konfrans Liqası: Üçüncü turda 18 oyun – Trabzonspor, Ayaks, Monako və digərləri

Futbol
Bu gün, 08:40

Braziliya U‑20 matçında 54 qırmızı vərəqə və hakimin həyatı təhlükədə

Futbol
Bu gün, 08:20

ÇL: Qalatasarayın futbolçusu “həftənin oyunçusu” namizədi

Futbol
Bu gün, 08:06

“Nyukasl” klubunun futbolçuları baş məşqçinin taktik tələblərini anlamırlar

Futbol
Bu gün, 08:00

Kostanayda Tobolun oyunçusuna silahlı hücum

Futbol
Bu gün, 07:14

"Aston Villa" Unai Emery-ə yeni müqavilə təklif edir

Futbol
Bu gün, 06:13

Nikolas Pas Çempionlar Liqasının ən məhsuldar futbolçusu oldu

Futbol
Bu gün, 05:11

Erlinq Holand UEFA Çempionlar Liqasında 62-ci qolunu vurdu, Raulun rekorduna yaxınlaşır

Oxşar xəbərlər