top
Dilqəm Seyidzadə: Kapoeyra, Azərbaycanda inkişaf, tarixi və uşaqlar üçün faydaları haqqında Idman.biz
11 may 2026, 11:59
- ↺ +

Dilqəm Seyidzadə: Kapoeyra, Azərbaycanda inkişaf, tarixi və uşaqlar üçün faydaları haqqında

Kapoeyra zəngin tarixə malik ən qeyri-adi döyüş sənəti növlərindən biridir. Azərbaycanda bu idman növü hələ ən populyar istiqamətlərdən sayılmasa da, sürətlə inkişaf edir və beynəlxalq arenada uğurlu nəticələr qazanır. Bu yaxınlarda Azərbaycan kapoeyraçıları Münhendə keçirilən "Bimba Open-2026" turnirindən üç medalla geri dönüblər.

İdman.Biz-ə müsahibə verən Azərbaycan kapoeyra millisinin baş məşqçisinin köməkçisi Dilqəm Seyidzadə bu idman növünün xüsusiyyətləri barədə danışıb.

– Kapoeyra digər döyüş sənəti növlərindən nə ilə fərqlənir?

– Kapoeyra XVI əsrdə yaranıb. Onu Braziliyaya afrikalı qullar gətiriblər və məhz orada bu gün tanıdığımız formada inkişaf edib. Bu döyüş sənətinin əsas xüsusiyyəti ondadır ki, burada rəqs elementləri də yer alır. Qullar çox ağır şəraitdə yaşayırdılar və həm müdafiə olunmaq, həm də qaçmaq üçün bir üsul yaratmaq istəyirdilər. Amma bunu elə etməli idilər ki, sahibləri onların niyyətindən şübhələnməsin. Buna görə də xüsusi taxta alətdə ifa olunan musiqidən istifadə edirdilər.

Məşqlər zamanı uzaqdan nəzarətçilər görünəndə hərəkətlər dərhal rəqsə çevrilirdi. Lazım gəldikdə isə yenidən döyüşə qayıdır, qaçmağa çalışırdılar. Daha sonra Braziliyada Mestre Bimbanın sayəsində kapoeyra rəsmi olaraq döyüş sənəti kimi tanındı. Bu istiqamət müxtəlif idman növlərinin elementlərini birləşdirir - məsələn, taekvondo və akrobatikanı. Hətta bəzən onu breyk-dansla da səhv salırlar. Amma yarışlarda əsas məqam məhz döyüşdür.

– Kapoeyra Azərbaycanda necə inkişaf edib?

– Kapoeyra Azərbaycana 90-cı illərdə gəlib. Təxminən 2000-ci illərin əvvəllərindən etibarən bu idman növü dövlət səviyyəsində tədricən tanınmağa başladı, daha sonra isə federasiya yaradıldı. Əvvəllər kapoeyra haqqında çox az adam məlumatlı idi, amma indi vəziyyət dəyişir. Biz müxtəlif tədbirlərdə iştirak edirik. Bu işdə Gənclər və İdman Nazirliyi, həmçinin Braziliya səfirliyi də bizə dəstək göstərir. Bu yaxınlarda nazirliyin dəstəyi ilə Almaniyada keçirilən turnirə yollandıq və oradan iki qızıl, bir bürünc medalla qayıtdıq.

Azərbaycanda ölkə çempionatları keçirilir və həmin yarışların nəticələrinə əsasən milli komanda formalaşdırılır. Ən güclü idmançılar beynəlxalq yarışlarda iştirak edir və mükafatçılar sırasına düşürlər. Hər qrupda həm oğlanlar, həm də qızlar məşq edirlər. Millidə çox güclü nəticələr göstərən 5-6 qız idmançı var. Məsələn, onlardan biri Mehriban Hacıbabayeva bu yaxınlarda "Bimba Open-2026" turnirində birinci yeri tutdu. O, həmçinin Avropa çempionu adına da sahib olub.

– Braziliyadan Azərbaycana mütəxəssislər gəlirmi?

Bəli, bizdə kapoeyranın "batizado" adlı bayramı keçirilir və bu tədbirə xarici qonaqlar dəvət olunur (bu, yeni başlayanların ilk kəmərlərini aldıqları təntənəli mərasimdir - red.). Məsələn, sonuncu dəfə bizə Dünya Kapoeyra Federasiyasının prezidenti gəlmişdi.

– Kapoeyranın uşaqlar üçün faydası nədir?

– Bu idman növü onurğa üçün çox faydalıdır. Biz bədənin hər iki tərəfini eyni səviyyədə inkişaf etdirməyə çalışırıq ki, skolioz kimi problemlərin qarşısı alınsın. Bundan başqa, hər uşağa fərdi yanaşırıq. Xarakterlərini nəzərə alırıq: kiməsə daha yumşaq münasibət lazımdırsa, digərinə daha ciddi motivasiya vermək tələb olunur.

Kapoeyra uşağın sosial baxımdan açılmasına da kömək edir. Mən özüm də uşaqlıqda çox qapalı insan idim, amma bu idman növü sayəsində daha ünsiyyətcil oldum. Burada musiqinin rolu çox böyükdür. Bəzi musiqiləri səsgücləndirici ilə səsləndiririk, bəzilərini isə özümüz ifa edirik. Kapoeyranı "aşe" anlayışı çox yaxşı ifadə edir. Bu anlayış Afrika mənşəlidir və insanlarda, musiqidə, hərəkətdə hiss olunan daxili güc və mənəvi enerjini ifadə edir.

İnsan bu atmosferə düşəndə stressdən uzaqlaşır, özünü daha rahat ifadə etməyə başlayır. Bunu valideynlər də hiss edirlər. Bəzən onlar da məşqlərə qoşulurlar və bunun üçün xüsusi qruplarımız fəaliyyət göstərir. Düşünürəm ki, insanları kapoeyraya cəlb edən əsas amil də məhz bu enerjidir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:14

Braziliyada 36 yaşlı futbolçu Bismark Vinisius silahlı hücuma məruz qalıb və öldürüldü

Qarabağ FK
Bu gün, 11:00

Turan Tovuz: 10,000 manatlı mükafat, tələskənlik və gələcək uğur üçün dərs

Basketbol
Bu gün, 10:58

Lebron Ceymsin evində şübhəli şəxs oğlu kimi təqdim oldu

Digər
Bu gün, 10:49

Bakıda Zəfər Kuboku çərçivəsində 14 kateqoriyalı yorğa yarışları keçirildi

Güləş
Bu gün, 10:40

İki qızıl medalla Azərbaycan üzgüçüləri Macarıstan Kubokunda qələbə qazandı

Futbol
Bu gün, 10:34

“Sabah” və “Şamaxı” Zəfər turunu yekunlaşdıracaq

Digər
Bu gün, 10:29

Azərbaycan kayakçılarının və kanoeçilerin Batumda beynəlxalq super sprintdə mükafatlar qazanması

Futbol
Bu gün, 10:25

Qubadlıda futbolun zafər sevincinə təsiri: Döyüşçü Araz Balayevin xatirələri

Futbol
Bu gün, 10:12

Manchester United 40 ildən sonra antirekordunu təkrarladı

Futbol
Bu gün, 10:06

Lionel Messi, MLS-in müntəzəm mövsümündə 26 qol vuraraq Qızıl buts mükafatını qazandı

Futbol
Bu gün, 10:00

Eşqin Əhmədov: Milliyə dəvət və debut gözləntiləri

Boks
Bu gün, 09:56

Şara Bullet və Adesanya 5 dekabrda Səudiyyə Ərəbistanında UFC Fight Night-də görüşəcək

Digər
Bu gün, 09:45

Trump, UFC prezidenti Dana White-a Ağ Evdə yüksək vəzifə təklif etdi

Futbol
Bu gün, 09:33

İmişli və Sumqayıt Yevlaxda son oyununda xallıq fərqini görəcək

Futbol
Bu gün, 09:30

Nadir Nəbiyev AFFA baş katibi ilə dörd rayonda futbol infrastrukturu yoxladı

Boks
Bu gün, 09:27

İstanbulda Murad Əliyev qazanan boksçusu fanlar tərəfindən hücum edildi

Minifutbol
Bu gün, 09:22

Azərbaycan futzal milli komandası Latviya ilə qarşılaşacaq: ilk qalibiyyət üçün mübarizə

Futbol
Bu gün, 09:16

Avropada 28 futbol mübarizəsi: Barselona, Liverpul, Yuventus və digər böyük klublar

Futbol
Bu gün, 09:08

Valverde: 62%-i uzaqdan qollar vurur

Futbol
Bu gün, 09:00

Bayquşlar Şamaxını qarşılaşacaqlar

Futbol
Bu gün, 08:40

UEFA, Arsen Vengeri FIFA prezidenti namizədi olaraq dəstəkləmək istəyir

Futbol
Bu gün, 08:20

İmişli Sumqayıtı qonaq edir

Futbol
Bu gün, 08:03

Çalhanoğlu “İnter”də müqaviləsinin uzadılmasını şərt kimi təqdim etdi

Futbol
Bu gün, 08:00

Boka Xuniors Argentina liqasının 2026-cı il çempionu oldu

Oxşar xəbərlər