"Arsenal"ın qapıçısı David Raya gələcəkdə karyerasını La Liqada davam etdirmək istədiyini bildirib.
İdman.Biz "Marca"ya istinadən xəbər verir ki, ispaniyalı qolkiper hazırda London klubunda xoşbəxt olsa da, vətənində oynamaq arzusunu gizlətməyib.
"La Liqada özümü sınamaq istərdim. Hazırda burada çox xoşbəxtəm, amma gələcəkdə mütləq İspaniyada oynamaq istəyirəm. Düşünürəm ki, La Liqa çox rəqabətli çempionatdır. Ola bilsin, nə vaxtsa İspaniya klubunda çıxış edim. Mən ispaniyalıyam və təbii ki, orada oynamaq istəyirəm", – deyə Raya bildirib.
Qeyd edək ki, 16 yaşında İngiltərəyə köçərək "Blekbern"in gənclər komandasına qoşulan qapıçı 2024-cü ildən "Arsenal"da çıxış edir.