top
U-23 Avropa çempionatında 9 medal qazanan Azərbaycan ağırlıqqaldıran seçməsini hava limanında təntənəli qarşılama mərasimi təşkil olundu Idman.biz
Bu gün, 21:50
- ↺ +

U-23 Avropa çempionatında 9 medal qazanan Azərbaycan ağırlıqqaldıran seçməsini hava limanında təntənəli qarşılama mərasimi təşkil olundu

Albaniyanın Dürres şəhərində keçirilən U-23 və gənclər arasında Avropa birinciliyində doqquz medal qazanan Azərbaycan ağırlıqqaldıranları Vətənə qayıdıblar.

İdman.Biz xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında idmançılarımız üçün təntənəli qarşılanma mərasimi təşkil olunub. Medalçılar və yığmanın baş məşqçisi media nümayəndələrinin suallarını cavablandırıblar.

Azərbaycan millisinin baş məşqçisi Sərdar Həsənov yarışda iştirak edən hər üç idmançının medal qazanmasını yüksək qiymətləndirib:

"Bura qədər gəldiyiniz üçün hər birinizə minnətdarlığımı bildirirəm. Yadınızdadırsa, ötən yarışda da deyilmişdi ki, bizim üçün kəmiyyət deyil, keyfiyyət əsasdır. Albaniyada keçirilən yarışda biz bunu bir daha sübut etdik. Üç idmançı ilə getdik və hər biri medallar qazandı. Təbii ki, belə yarışda daha çox idmançı ilə təmsil olunmaq istəyirik. Amma məşqçilər heyəti olaraq işimizi real nəticələrə əsasən qururuq. Yığma komandamızın qapısı hər kəsə açıqdır. Bu gün kim fiziki və psixoloji cəhətdən hazırdırsa, ona şans verilir. Qarşıda bizi lisenziya xarakterli yarışlar gözləyir. Hazırlıqlarımız plan üzrə gedir".

Avropa birinciliyinin mükafatçısı Rahilə Hüseynzadə uğurunu Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr edib:

"Bu qələbəmi Vətən müharibəsində canından keçən şəhidlərimizin əziz xatirəsinə həsr edirəm. Əsl qələbəni bizə onlar qazandırdı. Yarış müddətində federasiyamızın prezidenti Kamran Nəbizadə və vitse-prezident Firdovsi Umudov da Albaniyada idi. Onlar da bildirdilər ki, belə əlamətdar tarixdə Vətənə qələbə ilə qayıtmaq üçün əlimizdən gələni etməliyik. Çox şükür, belə də oldu. Üstəlik, Azərbaycan ağırlıqqaldırma tarixində U-23 kateqoriyasında mükafat qazanan ilk yerli idmançı olduğum üçün sevincliyəm".

Digər medalçı Fuad Həsənov uğurun arxasında ciddi hazırlıq prosesinin dayandığını vurğulayıb:

"Əvvəlcə onu deyim ki, yarışa yüksək səviyyədə hazırlaşmışdıq. Bu uğurun təməlində bizə yaradılan şərait və məşqçilərimizin gərgin əməyi dayanır. Çalışdım ki, hər yanaşmanı uğurla tamamlayım. Yüz faizlik nəticə göstərmək bəzən çətin olur. Minimum hədəfimiz yarışdan medal gətirmək idi və sevinirəm ki, bunu bacardıq".

Avropa birinciliyinin mükafatçısı Qasım İsmayılov isə gələcək hədəflərindən danışıb:

"Yarışa üç nəfər yollanmışdıq və hər birimiz mükafat qazanmağı bacardıq. Təbii ki, daha yaxşı ola bilərdi. Bizim idmanda hər kiloqram önəm kəsb edir. Çıxışımı rəqiblərə görə yox, öz gücümüzə görə qiymətləndirməyə çalışıram. Çünki yarışdan-yarışa rəqiblər dəyişə bilir. Çalışıram ki, özümə aid nəticələri artan templə yeniləyim. Məqsədimiz odur ki, böyüklərin də yarışında ölkəmizi layiqincə təmsil edək".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 22:58

İqor Ponomaryov “Sabah”ın “Borussiya”ya məğlubiyyətini şərh etdi

Futbol
Bu gün, 22:55

Arsenal, Barcelona müdafiəçisi Xavi Espartı alqı‑satqıya təklif edir

Digər
Bu gün, 22:35

Ançelotti: Fransadakı iğtişaşlar Lilldə mağazaları dağıtdı

Futbol
Bu gün, 22:19

Flik, Rodrinin PSJ qarşılaşmasında ehtiyatda qalmasının səbəbini izah etdi

Basketbol
Bu gün, 22:09

NBA 2026/2027 mövsümündə 125 əcnəbi basketbolçu çıxış edəcək, Fransa Kanada hərfini keçib

Futbol
Bu gün, 21:58

Entoni Teylor Türkiyə Futbol Federasiyasının Mərkəzi Hakimlər Komitəsinin sədri ola bilər

Voleybol
Bu gün, 21:50

Ziya Rəcəbov: “Qadın voleybolçularımız CEV Çempionlar Liqasında Mladostu 3:0 məğlub etdi və təcrübə öz sözünü dedi”

Futbol
Bu gün, 21:39

Mingəçevir futbol klubunda maliyyə böhranı: oyunçular maaş borcuna görə məşqləri boykot edir

Digər
Bu gün, 21:33

“Turan”ın voleybolçusu: “Qələbəyə sevinsək də, arxayınlaşmamalıyıq”

Voleybol
Bu gün, 21:31

Həsən Zeynalov: Turanın 3:0 qələbəsi və CEV Çempionlar Liqasında gələcək hədəfləri

Futbol
Bu gün, 21:26

David Alaba "Udineze"də ikinci oyunda baldır əzələsindən zədələndi

Voleybol
Bu gün, 21:19

Turan baş məşqçisinin CEV Çempionlar Liqasında Mladostu məğlub etməsi: fürsətimiz hələ bitmədi

Futbol
Bu gün, 21:14

İngiltərə klubları Roma 60 milyonluq müdafiəçini ələ keçirmək üçün yarışır

Voleybol
Bu gün, 21:02

Ayşən Əbdüləzimova: İlk oyun, ilk qələbə – əsas məqsədimiz qələbə idi

Digər
Bu gün, 20:57

“Liverpul”da ciddi itki

Digər
Bu gün, 20:51

Konate “El-Klasiko” öncəsi “Real Madrid”in qələbə şərtini açıqladı

Futbol
Bu gün, 20:36

Van Deyk, Liverpoolun 123 milyon funtlu transferini yüksək qiymətləndirir

Futbol
Bu gün, 20:07

Real Madrid Arsenal müdafiəçisini 100 milyon avrodan çox təkliflə almağa hazırdır

Futbol
Bu gün, 20:01

Jota Oliveyra: "Mövsümün ən yaxşı qolunu vurdu"

Futbol
Bu gün, 19:50

Renat Dadaşovun budunun ön əzələsində yırtıq aşkar edildi, təxminən bir ay müalicə, noyabr oyunlarını qaçırma riski

Futbol
Bu gün, 19:46

Mbappé 'Onze d'Or' mükafatını qazanıb – 'Qızıl Top' üçün kimlər də mükafat alıb?

Digər
Bu gün, 19:38

“Real Madrid”in sabiq futbolçusu yenidən zədələndi

Digər
Bu gün, 19:28

“Qalatasaray” UEFA-ya müraciət edib

Oxşar xəbərlər