Belçikalı forvard Romelu Lukaku AVRO-2024-də qol hesabını ikinci oyunda da aça bilməyib.
İdman.biz xəbər verir ki, onun qapıdan keçirdiyi hər 3 top qeydə alınmayıb.
2-ci turda Rumıniya ilə görüşün 63-cü dəqiqəsində Romelu fərqlənsə də, hakim VAR-ın müdaxiləsindən sonra qolu ləğv edib. İlk turda Slovakiya (0:1) ilə qarşılaşmada isə Lukaku 2 dəfə topu qapıdan keçirsə də, ona sevinmək imkanı verilməyib.
Qeyd edək ki, Belçika qrup mərhələsinin son oyununda Ukrayna ilə qarşılaşacaq.
İdman.biz