top
Baş katib: Azərbaycanda keçiriləcək dünya çempionatında sumoçularımızın qızıl medallar qazanacaqlarına inanırıq Report.az
13 yanvar 2025, 13:40
- ↺ +

Baş katib: "Azərbaycanda keçiriləcək dünya çempionatında sumoçularımızın qızıl medallar qazanacaqlarına inanırıq"

Azərbaycanda keçiriləcək mundialda sumoçularımızın qızıl medallar qazanacaqlarına inanırıq.

Bunu "Report"a açıqlamasında Azərbaycan Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasının baş katibi Elşad Kərimov 2026-cı ildə ölkədə baş tutacaq sumo üzrə dünya çempionatı ilə bağlı danışarkən deyib.

Qurum rəsmisi yarışın harada keçiriləcəyinin hələ müəyyənləşmədiyini bildirib:

"Beynəlxalq Sumo Federesiyasının İdarə Heyətinin Polşada keçirilən iclasında namizəd ölkələrin təqdimatı olmuşdu. Sonuncu dəfə Azərbaycan və Brazilya arasında mübarizədə səs çoxluğu ilə ölkəmiz qalib gəldi. Çempionat 2026-cı ilin sentyabrında təşkil olunacaq. Hazırlıqlara gələn aydan start veriləcək. Yarışın harada keçiriləcəyinə gəlincə, bununla bağlı danışıqlar gedir və qərar qəbul olunduqdan sonra ictimaiyyətə açıqlanacaq".

O, dünya çempionatında Azərbaycanın neçə idmançı ilə təmsil olunacağı barədə sualı da cavablandırıb:

"Dünya çempionatında iştirak edəcək idmançılar bu il ərzində müxtəlif beynəlxalq və yerli turnirlərdə qeydə alınacaq nəticələrə əsasən müəyyənləşəcək. Neçə idmançı ilə təmsil olunacağımız haqda indidən proqnoz vermək çətindir. İndiyə qədər sumo üzrə dünya çempionumuz olmayıb. Azərbaycanda keçiriləcək mundialda sumoçularımızın qızıl medallar qazanacaqlarına inanırıq. Dünya çempionatına qədər isə sumoçuların müxtəlif təlim-məşq toplanışlarında, yerli və beynəlxalq yarışlarda iştirakı gözlənilir".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 17:35

Rəvan Abbaszadə K-1 üzrə dünya çempionu oldu: Azərbaycan bayrağı ilə qeyd etdi, İDMAN.BİZ-ə müsahibə verdi

Futbol
Bu gün, 17:20

Bavariya direktoru Haaland transferini müzakirə etməyəcəklər

Basketbol
Bu gün, 17:19

U-14 basketbol millimiz Serbiyada təlim-məşq toplanışına qatılacaq

Futbol
Bu gün, 17:15

Liverpul Vircil van Deyk ilə 1 illik yeni müqavilə imzalamağı nəzərdən keçirir

Futbol
Bu gün, 17:00

Hakman “qara siyahı”da: Məşqçi Kurban Berdiyev Turan Tovuzun müdafiəçisinə etimadını itirdi

Futbol
Bu gün, 16:59

Rüfət Abbasov: «Neftçi» 90 illik yubileyində çempionluq hədəfləyir, liderliyə yüksəlmək bize psixoloji üstünlük verir

Futbol
Bu gün, 16:50

Neftçi Palms Sports Mərkəzində bərpa məşqini keçir

Futbol
Bu gün, 16:40

Fənərbağça futbolçusu Vedat Muriqi La Liqada transferi üçün maraq doğurub

Futbol
Bu gün, 16:29

Azərbaycan II Liqası: Ağdaş Küren-Arazla heç-heçə etdi, Difai Hypersi məğlub etdi

Futbol
Bu gün, 16:29

İngiltərə Premyer Liqasının üç klubu Morqan Qibbs-Uaytı izləyir

Futbol
Bu gün, 16:20

Stanislav Çerçesov “Axmat” klubundan çıxmağa hazırlaşır

Futbol
Bu gün, 16:15

Uşaq futbolunun inkişafında durğunluq qarşısı alınmalıdır – Vəli Qasımov

Futbol
Bu gün, 16:13

Cristiano Ronaldun Özbəkistana səfəri ləğv edildi

Güləş
Bu gün, 15:58

Kayl Deyk: "Arseniy Djioyev ilə dünyalar finalında gərgin anlar yaşanıb, məşqçim də təşvişə gəldi"

Voleybol
Bu gün, 15:46

Azərbaycanın 16 yaşadək oğlan və qız voleybol milliləri EEVZA Avropa çempionatının təsnifat mərhələsində iştirak edəcək

Olimpiada
Bu gün, 15:39

Avropa çempionu Siara Macian toyundan bir neçə həftə sonra vəfat etdi

Digər
Bu gün, 15:30

Gənclər və İdman Nazirliyinin 'Üzməyi öyrənək' layihəsi 8-ci dəfə təşkil olunacaq

Cüdo
Bu gün, 15:27

Balabəy Ağayev Dünya Cüdo Reytinqində Əhməd Yusifovun Əvəzinə Lider olmuşdur

Olimpiada
Bu gün, 15:20

Avstraliyanın Kvinslendində 3 metr uzunluğunda timsah 2032-ci Olimpiya ərazidə aşkar edildi

Basketbol
Bu gün, 15:14

ABF rəhbəri Azərbaycan basketbol klublarının Avropa Kubokundakı şanslarını qiymətləndirdi

Futbol
Bu gün, 15:00

Fənərbaxçanın yeni baş məşqçisi Sergio Konseysao ilə ortaq məxrəcə gəldi

Futbol
Bu gün, 14:59

“Real Madrid”in braziliyalı hücumçusu Vinisius Junior həm karyerasında, həm də şəxsi həyatında problemlərlə üzləşir

Futbol
Bu gün, 14:40

Tibo Kurtua "Real"ın tarixində ən çox matça çıxan 3-cü qapıçı olub

Minifutbol
Bu gün, 14:30

Araz-Naxçıvan: UEFA Çempionlar Liqasında uğursuzluq, Sadıqov rəqiblərin gücü haqqında

Oxşar xəbərlər