top
Bakı-Xankəndi veloyürüşünün ikinci mərhələsinin qalibi qazaxıstanlı Yevgeniy Fedorov oldu - YENİLƏNİR + FOTO Idman.biz
11 may 2026, 13:18
- ↺ +

"Bakı-Xankəndi" veloyürüşünün ikinci mərhələsinin qalibi qazaxıstanlı Yevgeniy Fedorov oldu - YENİLƏNİR + FOTO

Azərbaycanda start verilən "Bakı-Xankəndi" beynəlxalq veloyürüşünün ikinci mərhələsinin qalibləri müəyyənləşib.

İdman.Biz xəbər verir ki, "Sea Breeze"dən start götürən ikinci etapın qalibi qazaxıstanlı idmançı Yevgeniy Fedorov olub. İkinci yeri isə isveçrəli idmançı Aleksandre Balmer tutub.

İdmançılar yürüş zamanı Şamaxıdan keçiblər və İsmayıllıya qədər 193,3 km məsafə qət ediblər.

Qeyd edək ki, yarışın ilk mərhələsində Çinin "Li-Ninq Star" komandasının belaruslu üzvü Aleksey Şnirko finiş xəttini birinci keçib.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda iştirak edir. Beş mərhələdən ibarət turnirin mükafat fondu 50 min avrodan çoxdur. Yarışa mayın 14-də yekun vurulacaq.

Turnirin final mərhələsi Xankəndi şəhərində təşkil olunacaq.

08:36

Bu gün "Bakı-Xankəndi" Azərbaycan velosiped yarışının ikinci mərhələsinə start verilib.

İdman.Biz xəbər verir ki, ikinci etapda velosipedçilər "Sea Breeze"dən start götürərək Şamaxıdan keçəcək və İsmayıllıya qədər 193,3 km məsafə qət edəcəklər.

İkinci yarış günü daha çətin profili ilə seçilməklə, 3 dağ yoxuşu və 2 sprint təsnifatını özündə birləşdirir.

Qeyd edək ki, yarışın ilk mərhələsində Çinin "Li-Ninq Star" komandasının belaruslu üzvü Aleksey Şnirko finiş xəttini birinci keçib.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda iştirak edir. Beş mərhələdən ibarət turnirin mükafat fondu 50 min avrodan çoxdur. Yarışa mayın 14-də yekun vurulacaq.

Turnirin final mərhələsi Xankəndi şəhərində təşkil olunacaq.

Xatırladaq ki, yarışın əsas məqsədi Azərbaycanda velosiped idmanının inkişafına töhfə vermək, ölkənin beynəlxalq idman tədbirlərinə uğurla ev sahibliyi etdiyini nümayiş etdirmək, həmçinin işğaldan azad edilmiş ərazilərə diqqəti artırmaqdır.

Araz Xəlilli

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:14

Braziliyada 36 yaşlı futbolçu Bismark Vinisius silahlı hücuma məruz qalıb və öldürüldü

Qarabağ FK
Bu gün, 11:00

Turan Tovuz: 10,000 manatlı mükafat, tələskənlik və gələcək uğur üçün dərs

Basketbol
Bu gün, 10:58

Lebron Ceymsin evində şübhəli şəxs oğlu kimi təqdim oldu

Digər
Bu gün, 10:49

Bakıda Zəfər Kuboku çərçivəsində 14 kateqoriyalı yorğa yarışları keçirildi

Güləş
Bu gün, 10:40

İki qızıl medalla Azərbaycan üzgüçüləri Macarıstan Kubokunda qələbə qazandı

Futbol
Bu gün, 10:34

“Sabah” və “Şamaxı” Zəfər turunu yekunlaşdıracaq

Digər
Bu gün, 10:29

Azərbaycan kayakçılarının və kanoeçilerin Batumda beynəlxalq super sprintdə mükafatlar qazanması

Futbol
Bu gün, 10:25

Qubadlıda futbolun zafər sevincinə təsiri: Döyüşçü Araz Balayevin xatirələri

Futbol
Bu gün, 10:12

Manchester United 40 ildən sonra antirekordunu təkrarladı

Futbol
Bu gün, 10:06

Lionel Messi, MLS-in müntəzəm mövsümündə 26 qol vuraraq Qızıl buts mükafatını qazandı

Futbol
Bu gün, 10:00

Eşqin Əhmədov: Milliyə dəvət və debut gözləntiləri

Boks
Bu gün, 09:56

Şara Bullet və Adesanya 5 dekabrda Səudiyyə Ərəbistanında UFC Fight Night-də görüşəcək

Digər
Bu gün, 09:45

Trump, UFC prezidenti Dana White-a Ağ Evdə yüksək vəzifə təklif etdi

Futbol
Bu gün, 09:33

İmişli və Sumqayıt Yevlaxda son oyununda xallıq fərqini görəcək

Futbol
Bu gün, 09:30

Nadir Nəbiyev AFFA baş katibi ilə dörd rayonda futbol infrastrukturu yoxladı

Boks
Bu gün, 09:27

İstanbulda Murad Əliyev qazanan boksçusu fanlar tərəfindən hücum edildi

Minifutbol
Bu gün, 09:22

Azərbaycan futzal milli komandası Latviya ilə qarşılaşacaq: ilk qalibiyyət üçün mübarizə

Futbol
Bu gün, 09:16

Avropada 28 futbol mübarizəsi: Barselona, Liverpul, Yuventus və digər böyük klublar

Futbol
Bu gün, 09:08

Valverde: 62%-i uzaqdan qollar vurur

Futbol
Bu gün, 09:00

Bayquşlar Şamaxını qarşılaşacaqlar

Futbol
Bu gün, 08:40

UEFA, Arsen Vengeri FIFA prezidenti namizədi olaraq dəstəkləmək istəyir

Futbol
Bu gün, 08:20

İmişli Sumqayıtı qonaq edir

Futbol
Bu gün, 08:03

Çalhanoğlu “İnter”də müqaviləsinin uzadılmasını şərt kimi təqdim etdi

Futbol
Bu gün, 08:00

Boka Xuniors Argentina liqasının 2026-cı il çempionu oldu

Oxşar xəbərlər