top
Bakı Avropa antidopinq məsələləri üzrə mühüm tədbirə ev sahibliyi edəcək Idman.biz
27 avqust 2025, 16:52
- ↺ +

Bakı Avropa antidopinq məsələləri üzrə mühüm tədbirə ev sahibliyi edəcək

2026-cı il martın 18-19-da Azərbaycan Ümumdünya Antidopinq Agentliyinin (WADA) Avropa üzrə Regional Simpoziumuna ev sahibliyi edəcək.

İdman.biz xəbər verir ki, Bakıda təşkil olunacaq tədbir WADA-nın illik ənənəvi simpoziumunu əvəzləyəcək və dörd qitədə keçiriləcək regional tədbirlərin bir hissəsi olacaq.

Bakı simpoziumu Avropa regionunun antidopinq qurumlarını, hökumət nümayəndələrini, beynəlxalq idman təşkilatlarını, idmançıları və onların təmsilçilərini bir araya gətirəcək. Tədbirin əsas məqsədi 2027-ci ildən qüvvəyə minəcək yeni Ümumdünya Antidopinq Məcəlləsi və Beynəlxalq Standartların tətbiqi ilə bağlı regional çağırışları müzakirə etməkdir.

Tədbirdə Ümumdünya Antidopinq Məcəlləsi və Standartlara edilən dəyişikliklər barədə yeniliklər, milli antidopinq təşkilatlarının üzərinə düşən öhdəliklər və maraqlı tərəflərin birgə əməkdaşlığı diqqət mərkəzində olacaq. Həmçinin real təcrübələr əsasında təqdimatlar, interaktiv sessiyalar, idmançılar və hökumət nümayəndələrinin iştirakı ilə fikir mübadiləsi aparılacaq. Bununla yanaşı, maarifləndirmə, potensialın gücləndirilməsi və tərəfdaşlığın möhkəmləndirilməsi istiqamətində də müzakirələr nəzərdə tutulur.

Simpozium region ölkələri üçün bilik və təcrübə paylaşımı baxımından mühüm platforma olacaq. Ümumdünya Antidopinq Məcəlləsinin tətbiqinə dəstək proqramı çərçivəsində keçiriləcək tədbir Avropa regionunda antidopinq fəaliyyətinin gələcək inkişafına əhəmiyyətli töhfə verəcək.

Tədbirin proqramı və qeydiyyatla bağlı ətraflı məlumat yaxın aylarda açıqlanacaq.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:21

Karrager: Poçettino məşqçilik karyerasını xilas etmək üçün Mançester Yunaytedəə ehtiyac duyurdu

Digər
Bu gün, 11:20

ABŞ 2028-ci ildə Amerika Kubokuna ev sahibliyi edəcək

Futbol
Bu gün, 11:20

"Sautempton" baş məşqçi Tonda Ekertlə müqaviləni 2029-cu ilə qədər uzadıb

Futbol
Bu gün, 11:05

Timoteuş Puxaç: "Barselona" matçına 20 bilet almışam, hamısını özüm ödəmişəm

Futbol
Bu gün, 11:00

Şahdağ Qusar kapitanı: Çempionluq hədəfi

Futbol
Bu gün, 10:40

Rəşad Sadıqov: 'Zirə'yə qarşı kampaniya aparılır, qəribə hadisələr baş verir'

Futbol
Bu gün, 10:40

Bavariya: Harri Keyn uzun müddətə çıxamayacaq

Digər
Bu gün, 10:36

Dünya çempionatı: İki cüdoçumuz 1/8 finalda - YENİLƏNİR

Digər
Bu gün, 10:30

Telefon, hərəkətsizlik, artıq çəki: Məktəblilərin fiziki hazırlığı nə yerdədir?

Digər
Bu gün, 10:30

“Baku City Hospital” indi burada fəaliyyət göstərir - VİDEO+FOTOLAR

Futbol
Bu gün, 10:21

Röyal Nəcəfov: 'Xankəndi' üçün cari mövsüm keçid mərhələsidir, qış fasiləsində heyəti gücləndirəcəyik

Digər
Bu gün, 10:21

Yüksək və Birinci Liqalarının püşkü atıldı - İştirakçı komandalar

Futbol
Bu gün, 10:21

Milli ilə zədələnən Xaybullayevin vəziyyəti aydınlandı - "Sabah"ın heyətində ola bilər

Futbol
Bu gün, 10:21

Dünyanın ən çox qazanan 10 futbolçusu müəyyən edildi - Ronaldo birinci, Messi ikinci

Futbol
Bu gün, 10:21

Musa Qurbanovun hava limanında alış-veriş paketləri müzakirə mövzusuna çevrildi

Futbol
Bu gün, 10:21

Səbail baş məşqçi dəyişikliyinə hazırlaşır, Sumqayıt futbolçuları mükafatdan məhrum edilib, AFFA İK dekabrda toplanacaq

Futbol
Bu gün, 10:21

Kamerunlu futbolçu Neapoldan ayrılmaq niyyətində

Digər
Bu gün, 10:21

“Sabah” - “Barselona” matçına 74 ölkədən bilet aldılar - FOTO

Qarabağ FK
Bu gün, 10:21

Qurban Qurbanovdan Kadi Borgesə yeni xəbərdarlıq: Çəkini azald, aksi halda əsas heyətdə yerini itirəcək

Qarabağ FK
Bu gün, 10:21

Dəhşətli qəzadan sağ çıxan vitse-prezidentlə SƏMİMİ MÜSAHİBƏ

Futbol
Bu gün, 10:21

I Linqa: Şahdağ Qusarla Gəncəbasar arasında liderlik mübarizəsi

Futbol
Bu gün, 10:21

Nihad Əhmədzadə: Debüt Qələbəsində Daha Bir Qol İmkanı Olmalı Idi

Futbol
Bu gün, 10:21

Yozef Sabo: Malderadan heç nə alınmayacaq, Ukrayna yığmasının əsas namizədi Markeviçdir

Futbol
Bu gün, 10:21

Ronaldo 986‑cı qolu ilə Əl-Əhli üçün qələbə qazanıb

Oxşar xəbərlər