top
I Linqa: Şahdağ Qusarla Gəncəbasar arasında liderlik mübarizəsi Sportinfo.az
Bu gün, 10:21
- ↺ +

I Linqa: Şahdağ Qusarla Gəncəbasar arasında liderlik mübarizəsi

I Liqanın 8-ci turunun mərkəzi qarşılaşması Binədə baş tutacaq.

Bölgə futbolunun iki iddialı təmsilçisi – "Şahdağ Qusar"la "Gəncəbasar" Binə qəsəbə stadionunda üz-üzə gələcək.

Komandalar arasındakı rəqabət barədə uzun-uzadı danışmağa ehtiyac yoxdur. Təkcə turnir cədvəlindəki vəziyyətə nəzər salmaq kifayətdir. 7 turdan sonra aktivində 18 xal olan "Şahdağ Qusar" hazırda liderdir. Gəncəlilər isə 16 xalla 2-ci pillədə qərarlaşıb.

Deməli, qarşılaşma liderlik kürsüsü baxımından xüsusi əhəmiyyət daşıyır.

Şimal təmsilçisi qələbə qazanacağı təqdirdə ən yaxın izləyicisi ilə xal fərqini 5-ə çatdıracaq. Üstəlik, bu həftə "Səbail" və MOİK-in öz aralarındakı görüşdə heç-heçə etməsi, hər iki komandanın xal itirməsi qusarlıların qələbə motivasiyasını daha da artırır.

Füzuli Məmmədovun yetirmələri 3 xala sevinəcəyi halda həm "Gəncəbasar"la fərqi artıracaq, çempionluq yolundakı digər rəqiblərindən bir qədər də uzaqlaşacaqlar.

Yox, əgər "Gəncəbasar" qalib gəlsə, o zaman liderlik kürsüsünü gəncəlilər ələ keçirəcək və çempionluq yolunda kifayət qədər ciddi addım atmış olacaq.

Komandaların heyətinə nəzər saldıqda fərqli mənzərə diqqət çəkir. "Şahdağ Qusar" təcrübəsi ilə seçilir. Komandanın sükanı arxasında illərin təcrübəsi Füzuli Məmmədov dayanır. Heyətdə Məqsəd İsayev, Ürfan İsmayılov, Vüqar Həsənov kimi təcrübəli futbolçular da yer alıb.

"Gəncəbasar" isə əsasən mübarizliyi, fiziki hazırlığı və fərdi keyfiyyətləri ilə seçilən yerli və əcnəbi gənclərdən təşkil olunub. Bu baxımdan qarşılaşmanı təcrübəlilərlə gənclərin dueli kimi də xarakterizə etmək olar.

Əlbəttə, məşqçilərin qarşıdurması da maraq doğurmaya bilməz. Füzuli Məmmədovla Elhad Nəzirinin taktiki mübarizəsinin necə nəticələnəcəyi görüşün taleyinə təsirsiz ötüşməyəcək. Görək, gənc mütəxəssis öz taktiki bacarığı ilə təcrübəli həmkarına qarşı nə dərəcədə uğurlu ola biləcək?

Bütün hallarda bu qarşılaşmada qazanılacaq qələbə hər iki komanda üçün çempionluq mübarizəsində ciddi əhəmiyyət daşıyır. Qalibiyyətə sevinən tərəf yalnız turnir cədvəlində üstünlük əldə etməyəcək, həm də növbəti oyunlar öncəsi özünəinamını artıracaq.

Noyabrın 20-də Binə qəsəbə stadionunda keçiriləcək "Şahdağ Qusar" – "Gəncəbasar" qarşılaşması saat 14:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Ticket Store Neftchi Qarabag FK
Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 10:21

Röyal Nəcəfov: 'Xankəndi' üçün cari mövsüm keçid mərhələsidir, qış fasiləsində heyəti gücləndirəcəyik

Digər
Bu gün, 10:21

Yüksək və Birinci Liqalarının püşkü atıldı - İştirakçı komandalar

Futbol
Bu gün, 10:21

Milli ilə zədələnən Xaybullayevin vəziyyəti aydınlandı - "Sabah"ın heyətində ola bilər

Futbol
Bu gün, 10:21

Dünyanın ən çox qazanan 10 futbolçusu müəyyən edildi - Ronaldo birinci, Messi ikinci

Futbol
Bu gün, 10:21

Musa Qurbanovun hava limanında alış-veriş paketləri müzakirə mövzusuna çevrildi

Futbol
Bu gün, 10:21

Səbail baş məşqçi dəyişikliyinə hazırlaşır, Sumqayıt futbolçuları mükafatdan məhrum edilib, AFFA İK dekabrda toplanacaq

Futbol
Bu gün, 10:21

Kamerunlu futbolçu Neapoldan ayrılmaq niyyətində

Qarabağ FK
Bu gün, 10:21

Qurban Qurbanovdan Kadi Borgesə yeni xəbərdarlıq: Çəkini azald, aksi halda əsas heyətdə yerini itirəcək

Qarabağ FK
Bu gün, 10:21

Dəhşətli qəzadan sağ çıxan vitse-prezidentlə SƏMİMİ MÜSAHİBƏ

Futbol
Bu gün, 10:21

Nihad Əhmədzadə: Debüt Qələbəsində Daha Bir Qol İmkanı Olmalı Idi

Futbol
Bu gün, 10:21

Yozef Sabo: Malderadan heç nə alınmayacaq, Ukrayna yığmasının əsas namizədi Markeviçdir

Futbol
Bu gün, 10:21

Ronaldo 986‑cı qolu ilə Əl-Əhli üçün qələbə qazanıb

Futbol
Bu gün, 10:21

Vernidub "Neftçi"nin futbolçularına sərt nizam-intizam mesajı verdi

Futbol
Bu gün, 10:21

Brayton Paskal Qrosu ilə 2028-ə qədər müqavilə uzatdı

Qarabağ FK
Bu gün, 10:21

Premyer Liqada "Sabah"ın "Qarabağ"la müqayisəsi niyə əsassızdır və onlara nə gözləyir?

Futbol
Bu gün, 10:21

Çelsi yarımmüdafiəçisi Romeo Lavia Aston Villa transferi ilə maraqlanmır

Futbol
Bu gün, 10:21

Misli Premyer Liqa XII turu: Şamaxı - Turan Tovuz və Şəfa - Qəbələ oyunları

Futbol
Bu gün, 10:21

Rodri Real'dan Barcelona'ya necə köçdü

Digər
Bu gün, 10:21

"Sabah"ın futbolçusu ata oldu

Digər
Bu gün, 10:21

Qusar şəhər stadionu bir ilə hazır olmayacaq - RƏSMİ

Qarabağ FK
Bu gün, 10:21

Qazaxıstandan gələn məşqçilər “Qarabağ”da

Futbol
Bu gün, 10:21

Harri Keyn ciddi topuğu zədəsi ilə bir neçə ay sahədən uzaq qalacaq

Qarabağ FK
Bu gün, 10:21

Sabah klubundan çıxan, performans verə bilməyən qapıçı ilə anlaşdılar

Oxşar xəbərlər