top
Badmintonçularımız Novı Saddan 4 medalla qayıdır İdman.biz
23 iyun 2024, 11:03
- ↺ +

Badmintonçularımız Novı Saddan 4 medalla qayıdır

Novı Sad şəhərində yeniyetmə badmintonçular "Serbian Youth International 2024" turniri keçirilib.

İdman.biz xəbər verir ki, Azərbaycan millisi yarışda 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb.

9 yaşadək bamdintonçu qızların şəxsi yarışında Mələk Təhməzli qrup mərhələsini 2 qələbə ilə başa vuraraq uğurlu seriyanın davamını yarımfinalda da gətirib. Həlledici görüşdə 3 setin yekununda Kipr badmintonçusuna qalib gələn Mələk Təhməzli qızıl medal qazanıb.

Ömər Teymurlu 13 yaşadək oğlan bamdintonçuların şəxsi mübarizəsində finala kimi irəliləyib. Bu kateqoriyada 4 qələbə qazanan Ömər finalda macar rəqibinə uduzaraq gümüş medala yiyələnib.

13 yaşadək oğlan badmintonçuların qoşa yarışında da gümüş medal Azərbaycan təmsilçilərinin hesabına yazılıb. Mübarizəyə 1/8 finaldan başlayan Ömər Mehdi-Ömər Teymurlu tandemi ardıcıl 3 qələbə sayəsində finala yüksəlib. Bamdintonçularımız qızıl medalın bir addımlığında Macarıstan badmintonçularına uduzaraq bu kateqoriya üzrə yekun sıralamada ikinci sırada qərarlaşıb.

İsmayıl Qarayev və Həsən Məmmədov isə 11 yaşadək oğlan badmintonçuların qoşa yarışında bürünc medal qazanıb.

Qeyd edək ki, il ərzində mütəmadi olaraq bir neçə beynəlxalq turnirdə iştirak edən yeniyetmə badmintonçularımız 2022-ci ildən ənənəvi olaraq keçirilən "Serbian Youth International" turnirinə geniş heyətlə qatılır. 2 il öncə turnirdə bürünc medal qazanan yeniyetmə badmintonçularımız, 2023-cü ildə "Serbian Youth International" turnirində 1 gümüş və 2 bürünc medalla fərqlənib.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:11

Manchester United-un Andersona təklifi istehza ilə qarşılandı

Futbol
Bu gün, 04:02

İspaniya millisi Çexiyanı məğlub edərək məğlubiyyətsizlik seriyasını 43 matça çatdırdı

Futbol
Bu gün, 03:12

Sergen Yalçın: “Belçikaya iki məşqlə çıxmağımız yetərli olmadı, daha çox hazırlıq vaxtına ehtiyacımız var”

Olimpiada
Bu gün, 02:03

Abbas Hüseynov Dakar-2026 Yay Olimpiya Oyunlarında qılıncoynatma sabre üzrə mübarizəyə çıxır

Futbol
Bu gün, 01:34

Zədə səbəbindən Azərbaycan millisinə qoşulamayan Lorenzo Mezzotero zal məşqlərinə qatıldı

Futbol
Bu gün, 01:03

Ayxan Abbasov Lorenzo Mezzotero’nun milli komandadakı gələcəyini izah etdi

Futbol
Bu gün, 00:47

Özbəkistan Rusiya ilə 3:2 məğlubiyyət, ‘Sabah’ın futbolçusu son dəqiqədə iştirak etdi

Futbol
Bu gün, 00:22

Messi üçüncü dəfə Lendon Donovan mükafatına namizəd, Qrizmann isə ilk dəfə namizəd

Futbol
Bu gün, 00:03

De Bruyne: "Arda Gülərin oyununa bütün məsuliyyəti verdik"

Digər
Dünən, 23:47

Yaponiyanın Miyadzaki şəhərində 14 noyabrda triatlon Dünya Kuboku mərhələsi baş tutacaq

Şahmat
Dünən, 23:33

Şahmatçılarımız Avropa çempionatında qızıl, gümüş və bürünc medalları qazandı

Futbol
Dünən, 23:26

Andorra qapıçısı Xesus Ovono’nun futbola qayıdışı qərarı özünə bağlıdır

Futbol
Dünən, 23:11

Harri Keyn İngiltərə millisində 36 illik Şilton rekordunu qırmağa hazırlaşır

Basketbol
Dünən, 22:55

İki həftəlik fasilədən sonra əsl gücümüzü göstərəcəyik

Futbol
Dünən, 22:35

Argentina Millisinin Baş Məşqçisi Lionel Scaloni 2030-cu İlədək Müqaviləni Uzatdı;

Şahmat
Dünən, 22:27

Vüqar Rəsulovun Prezident Kubokundan şəxsi səbəblərlə imtina edəcəyi təsdiq olundu

Futbol
Dünən, 22:25

Gəncə Avropa Kuboku C qrupunda Türkiyə klubu 'Esenler Erokspor' ilə uduzdu

Futbol
Dünən, 22:17

Lixtenşteynə qalib gəlməklə qrup lideri olacağıq

Futbol
Dünən, 22:13

Xalilu Fadiqa Bakı U-15 Dünya Kuboku və Festivalına dair fikirlərini paylaşdı

Futbol
Dünən, 22:03

Milan Ramuşun transferi 86 milyon avroya qədər gələ bilər

Futbol
Dünən, 21:50

Ayxan Abbasov: Azərbaycan futbolçuları hazırkı mərhələdə yaxşı formadadır;

Boks
Dünən, 21:41

Macarıstan Boks Federasiyası Abdullayevin üstünlüklərini vurğuladı

Futbol
Dünən, 21:39

Toral Bayramov: "Səfərdə Lixtenşteyn yığmasına qalib gəlməyimizi istəyirik"

Futbol
Dünən, 21:32

PSJ, Arda Güleri'ni yüksək maaşla cəlb etməyi planlaşdırır

Oxşar xəbərlər