top
Azərbaycanın cüdo millilərinin məşqçi heyəti gücləndirilib Report.az
24 yanvar 2025, 09:33
- ↺ +

Azərbaycanın cüdo millilərinin məşqçi heyəti gücləndirilib

Azərbaycanın cüdo millilərinin məşqçi heyəti gücləndirilib.

"Report" Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidmətinə istnadən xəbər verir ki, yeni Olimpiya tsikli ərəfəsində yığmaların bütün yaş kateqoriyalarında işini beynəlxalq standartlara uyğunlaşdırmaq və aşkarlanmış istedadların elit idmançı səviyyəsinə effektiv şəkildə keçidini təmin etmək məqsədilə məşqçilər heyətində bir sıra dəyişikliklər edilməsi barədə qərar qəbul olunub.

ACF-in icraçı vitse-prezidenti Rəşad Rəsullu yeni məşqçi təyinatlarını şərh edərkən bildirib ki, bu dəyişikliklər qurumun qlobal səviyyədə rəqabət apara biləcək elit cüdo komandasının formalaşdırılması istiqamətində atdığı mühüm addımdır:

"Cəlb edilən yeni əcnəbi mütəxəssislərin hər biri fərqli cüdo məktəbini təmsil edir və bununla da ən yaxşı təcrübələrdən istifadə imkanlarımız genişlənir. Bu, eyni zamanda yerli məşqçilərin özlərini inkişaf etdirmələri üçün münbit şərait yaradır. Əminik ki, daha da gücləndirilmiş məşqçi heyətimiz federasiyanın qarşısına qoyduğu məqsədlərə çatmaqda öz dəyərli töhfələrini verəcəklər".

Qeyd edək ki, kişilərdən ibarət milli komandanın baş məşqçisi Riçard Trautman yığmaların bütün yaş qrupları üzrə fəaliyyətinin təşkilinə və koordinasiyasına nəzarət edəcək performans direktoru vəzifəsinə təyin edilib. O, eyni zamanda kişilərdən ibarət milli komandanın baş məşqçisi kimi fəaliyyətini də davam etdirəcək. Elxan Məmmədov kişilərdən ibarət millinin böyük məşqçisi vəzifəsinə təyin edilib. Buna qədər o, gənclərdən ibarət yığmanın baş məşqçisi kimi çalışıb.

Həmçinin indiyə qədər Polşa, Avstriya və Belçika milli komandalarında baş məşqçi və böyük məşqçi kimi çalışmış Robert Kravçik də kişilərdən ibarət yığmanın böyük məşqçisi kimi fəaliyyət göstərəcək. 2013-cü ildən məşqçilik edən R.Kravçikin yetirmələri Olimpiya Oyunları, Avropa Oyunları və çempionatlarının dəfələrlə mükafatçıları olublar.

Gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi vəzifəsi isə indiyə qədər yeniyetmə oğlanlardan ibarət millinin baş məşqçisi olmuş Rüstəm Alimliyə həvalə edilib. Yeniyetmə oğlanlardan ibarət yığmanın baş məşqçisi isə indiyə qədər bu komandada məşqçi kimi çalışan Emin İskəndərov təyin edilib.

Gənc və yeniyetmə oğlanlardan ibarət milli komandaların texniki və taktiki hazırlığının müasir standartlara uyğun təmin edilməsi üçün Kotaro Sasaki bu komandalarda məşqçi kimi fəaliyyət göstərəcək. Yaponiyanın məhşur "Tokai" Universitetinin məzunu olan K.Sasaki 2016-cı ildən etibarən Yaponiya və Avropada bir sıra klublarda məşqçi kimi çalışmaqla yanaşı, müəyyən müddət Polşa Cüdo Federasiyasında yeniyetmələrdən ibarət komandanın əsas məşqçisi, həmçinin Olimpiya heyəti üzrə və gənclərdən ibarət yığmanın köməkçi məşqçisi kimi fəaliyyət göstərib. K.Sasakinin yetirmələri böyüklər və gənclər arasında dünya çempionatlarının mükafatçıları olublar.

Qadınlardan ibarət milli komandanın baş məşqçisi Rəşad Məmmədovla qarşılıqlı razılaşma əsasında əməkdaşlığa son verilib. Federasiya ona göstərdiyi xidmətlərə görə təşəkkür edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.

Qadınlardan ibarət yığmanın baş məşqçisi vəzifəsinə Amina Abdullatif təyin edilib. 2006-cı ildən etibarən məşqçilik təcrübəsi olan A.Abdullatif daha əvvəl Fransanın gənc və yeniyetmələrdən ibarət milli komandalarının məşqçisi vəzifəsində çalışıb, son illərdə isə Fransanın Milli İdman İnstitutunda cüdo şöbəsinin rəhbəri kimi fəaliyyət göstərib. Onun yetirmələri böyüklər, gənclər və yeniyetmələr arasında dünya və Avropa çempionatlarının mükafatçıları olublar.

Saşa Herkenrat-Vimar isə qadınlardan ibarət milli komandanın məşqçisi vəzifəsinə təyin edilib. 2016-cı ildən məşqçilik edən mütəxəssisin yetirmələri dəfələrlə beynəlxalq yarışların, o cümlədən Avropa çempionatının mükafatçısı olublar.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 08:20

ÇL: Qalatasarayın futbolçusu “həftənin oyunçusu” namizədi

Futbol
Bu gün, 08:06

“Nyukasl” klubunun futbolçuları baş məşqçinin taktik tələblərini anlamırlar

Futbol
Bu gün, 08:00

Kostanayda Tobolun oyunçusuna silahlı hücum

Futbol
Bu gün, 07:14

"Aston Villa" Unai Emery-ə yeni müqavilə təklif edir

Futbol
Bu gün, 06:13

Nikolas Pas Çempionlar Liqasının ən məhsuldar futbolçusu oldu

Futbol
Bu gün, 05:11

Erlinq Holand UEFA Çempionlar Liqasında 62-ci qolunu vurdu, Raulun rekorduna yaxınlaşır

Futbol
Bu gün, 04:12

"Komo" Çempionlar Liqasının səfər oyununda 55 illik rekordunu təkrarladı

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Oxşar xəbərlər