top
Azərbaycan Basketbol Federasiyasının rəsmisi: “Böyük ehtimalla Çempionlar Kubokuna qatılacağıq” Report.az
19 dekabr 2024, 13:22
- ↺ +

Azərbaycan Basketbol Federasiyasının rəsmisi: “Böyük ehtimalla Çempionlar Kubokuna qatılacağıq”

Böyük ehtimalla Çempionlar Kubokuna qatılacağıq.

Bunu "Report"a açıqlamasında Azərbaycan Basketbol Federasiyasının (ABF) baş katibi Vüqar Əzimov FIBA-nın yeni təsis etdiyi 3x3 basketbol üzrə Çempionlar Kubokuna qatılmaq perspektivi ilə bağlı danışarkən deyib.

Qurum rəsmisi böyük ehtimalla bu yarışda iştirak edəcəklərini söyləyib:

"Çempionlar Kuboku barədə daha dolğun məlumat yanvarın əvvəllərində olacaq. 2025-ci ilin mayında isə Bakıda Dünya Kubokunun seçmə mərhələsi keçiriləcək. Çox önəmli turnirdir. Ciddi yanaşırıq deyə, bütün diqqətimizi bura yönəltmişik. Artıq üçüncü ildir ki, bu yarışda iştirak edirik. Böyük ehtimalla Çempionlar Kubokuna qatılacağıq. Ancaq bu, sonranın işidir. Həmçinin fevralda kişilərdən ibarət millimizin Kosovo və İrlandiyaya qarşı matçları var. Qadınlardan ibarət yığmanın da oyunları var. Söhbət basketbol komandalarımızdan gedir. Hazırda iştirak edəcəyimiz yarışlar bunlardır".

O, Bakıda keçiriləcək Dünya Kubokunda qadınlardan ibarət milliyə daha böyük ümidlər bəslədiklərini vurğulayıb:

"Həm kişilərdən, həm də qadınlardan ibarət millimiz yayda keçiriləcək seçmə mərhələ oyunlarına ən güclü heyətlə qatılacaqlar. Bu yarışın qalibi iyulda Monqolustanda keçiriləcək dünya çempionatına vəsiqə qazanacaq. Azərbaycan tarixində ilk dəfədir ki, Dünya Kubokunun seçmə mərhələsi Bakıda keçiriləcək. Bildiyiniz kimi, Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol komandası Parisdə keçirilən Yay Olimpiya Oyunlarında iştirak etdi. Amma indiyə qədər dünya çempionatında heç bir Azərbaycan komandası olmayıb. Əlbəttə, xüsusilə qadınlardan ibarət yığmaya ümidlərimiz böyükdür. Çünki onların təcrübəsi kişilərə nisbətən daha çoxdur".

Qeyd edək ki, Azərbaycan 3x3 basketbol üzrə Dünya Kubokunun seçmə mərhələ oyunlarına ilk dəfə ev sahibliyi edəcək. 2025-ci il mayın 24-25-də Bakıda baş tutacaq qarşılaşmalarda həm kişi, həm də qadınlardan ibarət 6 komanda mübarizə aparacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 15:08

Nəriman Axundzadə: Errumspor’da daha çox forma şansı qazanacağam;

Futbol
Bu gün, 15:00

Zəfər Günü münasibətilə Kəpəzin kollektivi ilə şəhid övladları buluşdu

Futbol
Bu gün, 14:45

Ronaldo Portuqaliya milli komandasından bəhs edərək karyerasını başa vurduğunu elan edib

Futbol
Bu gün, 14:44

Kreşianu Ronaldo Milli Komandanı Tərk Edir: ‘Yolum Bitti’

Qarabağ FK
Bu gün, 14:41

Anatoli Ponomaryov: Azərbaycanlı futbolçuların Avropaya transferi çətindir

Futbol
Bu gün, 14:40

Mançester Yunayted Liverpoolun hücumçusunu hədəfləyir

Futbol
Bu gün, 14:36

Kriştianu Ronaldo Portuqaliya millətində karyerasını bitirdi

Futbol
Bu gün, 14:18

Kəpəz futbolçusu Viktor Stina Moldova milli komandası üçün dəvət aldı

Futbol
Bu gün, 14:01

Braziliyada 20 yaşlılar arasında baş verən kütləvi davadan sonra 53 nəfərə qırmızı vərəqə verildi

Futbol
Bu gün, 14:01

Yurgen Klopp Niklas Fülkruqu Almaniya millisinə çağırmaqla planlaşdırır

Futbol
Bu gün, 14:00

Vikinq, “Sabah”ı 4:1-ə məğlub etdi

Futbol
Bu gün, 13:52

Barselona Hans-Diter Flikin rəhbərliyi altında son 100 ilin rekordunu qıraraq 15 rəsmi matçda 60 qol vuran göstəriciyə imza atıb

Futbol
Bu gün, 13:42

Fabreqas PSJ ilə qarşılaşmağı düşündüyündə yatmaqdan çəkindirir

Minifutbol
Bu gün, 13:34

Azərbaycan futzalı Çexiya ilə 2028 Dünya Çempionatının əsas mərhələsində qalib gəlmək üçün həyəcanlanır

Futbol
Bu gün, 13:31

Elhad Naziri: Gəncəbasarın futbolçularının büdcəsi 22 min manat

Futbol
Bu gün, 12:53

Elvin Yunuszadə: Türkiyədə Futbol Mühiti Tamamilə Fərqlidir

Futbol
Bu gün, 12:40

Milan 2028-ci ildən Adidas ilə 10 mövsümlük yeni müqavilə imzalayaraq 500 milyon avrodan artıq qazanar

Basketbol
Bu gün, 12:38

Ceyhun Həsənli Şəki Basketbol Komandasının Baş Məşqçisi Təyin Olundu

Futbol
Bu gün, 12:38

Forest Green Rovers klubunun soyunub‑geyim otağını tropik bağa çevirməsi

Futbol
Bu gün, 12:34

Harri Keyn Bayern ilə müqaviləsini 2029-cu ilə qədər uzatdı

Digər
Bu gün, 12:07

Basketbol millimizin oyunlarına biletlər satışa çıxarıldı

Digər
Bu gün, 12:00

“Sabah”ı penalti ilə üz-üzə qoyan futbolçu: “Məyusuq”

Futbol
Bu gün, 11:54

Ronaldinyo Batumidə lüks mənzil alıb

Futbol
Bu gün, 11:46

Komo 9-1 Lens məğlubiyyəti: Çempionlar Liqasının rekord qələbəsi

Oxşar xəbərlər