top
Avropa Oyunları onlara verilir İdman.biz
04 iyun 2024, 13:06
- ↺ +

Avropa Oyunları onlara verilir

İyunun 6-7-də Rumıniyanın paytaxtı Buxarestdə Avropa Olimpiya Komitəsinin Baş Assambleyası keçiriləcək.

İdman.biz xəbər verir ki, tədbirdə Avropanın idman liderləri ilə yanaşı, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax, AOK İcraiyyə Komitəsinin üzvləri, Milli Olimpiya Komitələri və Avropa federasiyalarının rəhbərləri də iştirak edəcək.

Baş Assambleya BOK prezidenti Bax, onun EOK həmkarı Spiros Kapralos və ötən ay EOK-un ilk baş direktoru təyin edilmiş Yan Lemanın çıxışlarını dinləyəcək. Forumdan əvvəl Kapralos bu görüşün Avropa idmanı üçün lazımi vaxtda keçirilməsinin vacibliyini vurğulayıb. "Olimpiada sürətlə yaxınlaşdıqca üzvlərimizi bir araya gətirmək fürsətindən məmnunuq. Mən Avropa Olimpiya ailəsinə müraciət etməyi səbirsizliklə gözləyirəm. Buxarestdə keçiriləcək Baş Assambleya AOK-a yaranan imkanlardan necə istifadə edəcəyimizlə bağlı müzakirə aparmağa verəcək. Qarşıdan gələn Yay və Qış Oyunları Avropada keçiriləcək, idman vasitəsilə dünyaya sülh və həmrəylik mesajı verəcək".

İyunun 6-da keçiriləcək qala şam yeməyində AOK 2023-cü ilin Avropa Oyunlarının ən yaxşı idmançılarına qurumun sabiq prezidenti Yanez Koçiyançiçiç adına təsis olunan yeni mükafatları təqdim edəcək. Öz idman növündə uğur qazanan və olimpiya dəyərlərini təcəssüm etdirən 14-18 yaş arası idmançı üçün təsis olunan Pyotr Nurovski adına Qış Mükafatının qalibinin də adı açıqlanacaq.

Təqdimatlardan əlavə, AOK üzvləri İstanbulun 2027-ci il Avropa Oyunlarına ev sahibliyi üçün müraciətinə səs verəcəklər.

Həmçinin 2025-ci ildə AOK tədbirləri, o cümlədən 14-18 yaşlı idmançılar üçün Qış və Yay Avropa Gənclər Olimpiya Festivalı və Avropa Kiçik Dövlət Oyunları haqqında yeniliklər olacaq. AOK Olimpiya Hərəkatında innovasiyalarda aparıcı rol oynamağa davam edir. Bunun üçün də Baş Assambleyada süni intellektin (AI) idman sənayesinin bütün sahələrinə necə təsir göstərə biləcəyinə dair sessiya daxil olacaq.

Kapralos Avropanın dünya idmanının mərkəzində olduğunu da vurğulayıb: "AOK Avropanın dünya idmanının liderlərindən biri kimi mühüm rolunu qəbul edir. Biz İstanbulun 2027-ci il Avropa Oyunları ilə bağlı planlarını bölüşməsini səbirsizliklə gözləyirik. Çünki bu şəhərin Avropanın ən böyük multi-idman tədbirinin standartını yüksəltmək üçün ideal məkan olacağına inanırıq".

Qeyd edək ki, Buxarestdə keçiriləcək Baş Assambleyadan əvvəl iyunun 5-də AOK İcraiyyə Komitəsinin iclası keçiriləcək.

Zəki Feyzullayev
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 18:59

Əbu-Dabidəki kütləvi dava üzrə hökm: Usman Nurməhəmmədova 6 ay həbs cəzası çəkildi

Futbol
Bu gün, 18:56

AFFA UEFA-ya Ermenistan-Kipr qarşılaşmasında separatçı rəmzlərinin nümayişinə görə etiraz məktubu göndərdi

Futbol
Bu gün, 18:54

Klopp: Milli komanda hazırlığından razıdır, Serbiyaya qarşı oyun üçün əla ab-hava var

Futbol
Bu gün, 18:45

PFL rəhbərliyi Çexiyada Dünya Liqaları Assosiasiyasının konfransında iştirak etdi

Futbol
Bu gün, 18:34

Buffon: Harri Keyn 'Qızıl top'u layiq qazanıb

Futbol
Bu gün, 18:29

Zidanın məyus olmasının səbəbi: müdafiədə problemlər

Futbol
Bu gün, 18:19

Ronaldinho 11 il sonra İtaliyada C Seriyası matçında çıxır

Futbol
Bu gün, 17:51

Portuqaliya 7 nömrə geyinərək Ronalduya hörmət göstərir

Futbol
Bu gün, 17:40

Roberto De Zerbi Premier Liqada Ayın Məşqçisi Adlanıb

Digər
Bu gün, 17:30

Ronaldo "Day 1s" serialının aktyoru və icraçı prodüseri olacağına dair çəkilişlərinə başladı

Futbol
Bu gün, 17:30

Azərbaycan milli yığması AVRO-2028-in seçmə mərhələsində 8 oyun keçirəcək

Basketbol
Bu gün, 17:29

ABŞ-lı basketbolçu Aubri Makalpayn "Naxçıvan" klubuna birləşib;

Futbol
Bu gün, 17:20

Fulham və digər Avropa klubları Betisin yarımmüdafiəçisi Rodriqo Rikelmeyə ciddi maraq göstərir

Futbol
Bu gün, 17:09

Asim Xudiyev UEFA Millətlər Liqasının Belarus-Albaniya oyunu üçün hakim-inspektor təyinatı alıb;

Futbol
Bu gün, 17:00

Qəbələ baş məşqçisi iki futbolçu transferini tələb edir

Qarabağ FK
Bu gün, 16:58

Almeyda Qarabağ'a geri dönüşü barədə öz hiss və ümidlərini paylaşdı

Cüdo
Bu gün, 16:42

Usman Nurməhəmmədova 6 ay həbs və 300 min dirhəm cərimə verildi

Futbol
Bu gün, 16:28

Toral Bayramovun Lixtenşteyn konfransındakı “qapıda da” sualına gülə-gülə cavab

Futbol
Bu gün, 16:20

Vinisius Junior 31,3 milyon avro ilə dünyada ən çox maaş alan braziliyalı futbolçudur

Boks
Bu gün, 16:12

Gürcüstan vətəndaşı olan azərbaycanlı boksçu Emil İsmayılov Yeniyetmələrin Olimpiya Oyunlarında qızıl medal qazandı

Futbol
Bu gün, 16:00

Samir Abasov: Qələbə olmazsa, milli komandadan danışmaq məcburiyyətində deyilik

Futbol
Bu gün, 15:56

Azərbaycan millisinin Lixtenşteynə qarşı vəzalması: Qrup birinciliyi üçün həlledici məqam

Futbol
Bu gün, 15:40

Manchester United və Manchester City, Chelsea müdafiəçisi Malo Gusto ilə maraqlanır

Futbol
Bu gün, 15:40

Kriştianu Ronaldu Türkiyəyə keçməyəcək, karyerasını Al‑Nəsr klubunda bitirəcək

Oxşar xəbərlər