top
AVRO-2024: Çempionatın maraqlı faktları İdman.biz
16 iyul 2024, 00:01
- ↺ +

AVRO-2024: Çempionatın maraqlı faktları

Almaniyada keçirilən Avropa çempionatı bir çox hadisələrlə yadda qalıb.

İdman.biz AVRO-2024-ün maraqlı faktlarını təqdim edir.

İspaniyanın rekordu
İspaniya yığması Avropa çempionatları tarixində 7 oyunda qələbə qazanan ilk komanda olub. Komanda qrup mərhələsində 3, pley-offda isə 4 qarşılaşmada qələbə qazanıb.
İspanlar Avropa çempionatlarının qrup mərhələsində qol buraxmadan maksimum nəticə göstərən 2-ci yığma olublar. Bundan əvvəl AVRO-2020-də İtaliya bu uğura nail olmuşdu.

İngilislər 2 qələbə ilə finalda
İngiltərə millisi AVRO-2024-də əsas vaxtda 2 oyunda qələbə qazanıb. Komanda qrup mərhələsində Serbiyaya (1:0), yarımfinalda isə Niderlanda qalib gəlib (2:1). "Üç şir" həm qrupun, həm də pley-offun 2 görüşdə 90 dəqiqədə heç-heçəyə razı olub. AVRO-2020-də nəzərə alınarsa, İngiltərə ilk dəfə əsas vaxtda məğlubiyyət acısı yaşayıb. Komanda AVRO-2020-nin finalında penalti seriyasında uduzumuşdu.

Ən erkən və ən gec qollar
AVRO-2024-də turnirin tarixində ən erkən və ən gec qollar vurulub. Albaniyanın futbolçusu Nedim Bayrami İtaliya ilə qarşılaşmanın 23-cü saniyəsində fərqlənib. Ən gec qol da qrup mərhələsində vurulub. Macar Kevin Çobot Macarıstan – Şotlandiya matçının 99 dəqiqəsini 33-cü saniyəsində topu qapısından keçirib.

Qrup mərhələsində ilk
İlk dəfə Avropa çempionatlarında bütün komandalar qrup mərhələsini eyni xalla başa vurublar. E qrupunda Rumıniya, Belçika, Slovakiya və Ukrayna hərəyə 4 xal toplayıblar. Yekunda top fərqi nəzərə alınıb və ukraynalılar pley-offdan kənarda qalıblar.

İngiltərə və Sautqeyt
İngiltərə yığması turnirin tarixində ardıcıl iki finalda uduzan ilk komanda olub. Britaniyalılar AVRO-2020-də penaltilər seriyasında İtaliyaya, bu dəfə isə İspaniyaya 1:2 hesabı ilə uduzublar. İngilislərin baş məşqçisi Qaret Sautqeyt isə dalbabal 2-ci finalda məğlub olan ilk məşqçi kimi tarixə düşüb.

Son çempionların qısa yolu
Son Avropa çempionları ardıcıl 3-cü dəfə mübarizəni 1/8 finalda dayandırıblar. Almaniyada İsveçrə kubokun sahibi İtaliyanı evə vaxtından əvvəl göndərib. AVRO-2016-da İspaniya İtaliya ilə, AVRO-2020-də isə Portuqaliya Belçika ilə görüşlərdə eyni aqibəti yaşayıb. Maraqlıdır, 4 il sonra ispanların bu uğursuz seriyaya son qoya biləcəkmi?

9 yığmadan çox qol vursalar da...
Çexiya qrupda keçirdiyi hər 3 oyunda 1 qol vurub. Cəmi 1 xal toplayan və sonuncu yeri tutan çexlər bu mərhələdə 9 yığmadan daha çox topa imza atıblar. Bu azmış kimi pley-offdan kənərda qalan Çexiya yığması C qrupunda yer alan bütün komandalardan çox qol vurublar. İngiltərə, Danimarka və Sloveniya 3 oyunda 2 dəfə fərqlənməklə 1/8 finala yüksəlib.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 13:20

Cim Retkliffinin xərcləri azaltma tədbirləri "Mançester Yunayted" veteranlarının narazılığına səbəb olub

Futbol
Bu gün, 13:19

Mançester Yunayted Brentforddan Kollinzi və Fulhamdan Bassini almağa və başqa

Futbol
Bu gün, 13:16

Levandovskinin Skorupskinin çağırılmaması barədə iddiaları rədd etməsi və Koxalskinin Polşa millisinə davət edilməsi

Futbol
Bu gün, 13:01

Özbəkistan nümayəndə heyəti DÇ-2027 öncəsi “Neftçi”nin akademiyasında olub

Qarabağ FK
Bu gün, 13:00

Ramin Musayev: "Dambrauskasin bu qədər güclü mütəxəssis olduğunu gözləmirdim"

Güləş
Bu gün, 12:48

Mikayıl Cabbarov dünya çempionatı və gənclər Olimpiya oyunları uğur qazanan güləşçilərlə görüşdü

Voleybol
Bu gün, 12:43

"Ordu"nun baş məşqçisi Cavid Süleymanov: CEV Çelenc Kubokundakı qələbə bizi arxayınlaşdırmamalıdır;

Futbol
Bu gün, 12:40

Mənbə: Manuel Noyerin karyerası bu mövsümün sonunda başa çata bilər

Futbol
Bu gün, 12:39

AFFA İntizam Komitəsi: İki İcraçıyı Hakimə Təhqir üçün Cəzalandırdı

Futbol
Bu gün, 12:33

Vaqif Sadıqov U-17 yığmasının Almaniyanı 0:7 hesabıyla uduzmasının səbəblərini izah etdi

Futbol
Bu gün, 12:21

«Zirə»nin milli fasilədən sonra «İmişli»yə qarşı ilk matçı noyabrın 20-də olacaq

Futbol
Bu gün, 12:20

Manchester United futbolçuları təyyarədə münaqişədə düşdülər

Futbol
Bu gün, 12:10

Zidane: Mbappe zədə səbəbindən Fransa millisinin İtaliya ilə oyununu buraxacaq

Digər
Bu gün, 12:09

Yuliya Kərimova: "Qrup mərhələsinə yüksəlmək Azərbaycanın qadın voleybolu üçün mühüm hadisədir"

Futbol
Bu gün, 12:00

“Neftçi” Seneqalli ilə yollarını ayırmağa hazırlaşıyor

Qarabağ FK
Bu gün, 11:58

Neftçi sabiq kapitanı Iqor Mitreski: Liderliyi tam sonuna qədər qorumaq vacibdir

Cüdo
Bu gün, 11:44

Bakıda region cüdoçularının təlim‑məşq toplanışı başladı

Gimnastika
Bu gün, 11:31

Azərbaycan gimnastları 32-ci Dünya Yaş Qrupları yarışı finalına çatdı

Voleybol
Bu gün, 11:28

Sportinq, Xilasediciyə məğlub olaraq Portuqaliyada məyusluqla qarşılandı

Futbol
Bu gün, 11:20

La Liqada son 10 mövsümdə bu qədər qol vurulmayıb

Voleybol
Bu gün, 11:13

‘Xilasedici’ baş məşqçisi: Yeni hədəflər üçün mübarizə davam edir

Gimnastika
Bu gün, 11:07

Ömər Qasımlı və Muhamməd Həsənli Çində dünya yaş qrupları gimnastikada finala vesiqə qazandı

Basketbol
Bu gün, 11:00

Gəncə, FIBA Avropa Kuboku üçün Türkiyə klubuna qarşı döyüşəcək

Futbol
Bu gün, 10:58

Hansi Flik, Rafael Nadal və Rodri Barselona'da xüsusi mükafat alacaq

Oxşar xəbərlər