top
AMADA-nın təşkilatçılığı ilə dəyirmi masa keçirilib Report.az
18 dekabr 2024, 14:52
- ↺ +

AMADA-nın təşkilatçılığı ilə dəyirmi masa keçirilib

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təşkilatçılığı ilə "Strateji tərəfdaşlıq: Qlobal antidopinq təşəbbüslərinin inkişafı üçün əməkdaşlıq" mövzusunda dəyirmi masa keçirilib.

"Report" xəbər verir ki, tədbirdə hökumət rəsmiləri, hüquq-mühafizə orqanlarının nümayəndələri, Ümumdünya Antidopinq Agentliyinin, Beynəlxalq Test Agentliyinin, müxtəlif ölkələrin antidopinq təşkilatlarının rəhbərləri və beynəlxalq ekspertlər iştirak ediblər.

Dəyirmi masada çıxış edən gənclər və idman naziri Fərid Qayıbov tədbirin əhəmiyyətini yüksək qiymətləndirərək bildirib ki, antidopinq sahəsində səylər çox önəmlidir:

"Bildiyiniz kimi, idmanda dopinqə qarşı Beynəlxalq Konvensiyaya Tərəf Ölkələrin 9-cu Konfransının (COP9) növbəti Bürosunun vitse-prezidentiyəm. Bir neçə gün əvvəl Estoniyada növbəti görüşüm oldu. Görüşdə ölkələrin antidopinq siyasətinə necə dəstək ola biləcəyi, bəzi ölkələrin qanunlara dəyişiklik etməsinin önəmi kimi mövzular müzakirə olunub. Dopinqlə mübarizə sahəsində geniş istiqamətli müzakirələrə ehtiyac duyulur. Azərbaycan beynəlxalq antidopinq siyasətini həmişə dəstəkləyir və Ümumdünya Antidopinq Agentliyi ilə həmrəylik nümayiş etdirir. İnanıram ki, dəyirmi masada maraqlı təkliflər və ideyalar ortaya çıxacaq və bu istiqamətdə əməkdaşlıq müzakirə olunacaq".

AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə antidopinq sisteminin inkişaf etdirilməsində əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, bu istiqamətdə daha yaxşı və maraqlı təşəbbüslərin olduğunu diqqətə çatdırıb. AMADA rəhbəri qeyd edib ki, bugünkü dəyirmi masada həmin təşəbbüslər bölüşüləcək, fikir mübadiləsi aparılacaq, eləcə də təhsilin antidopinq sahəsində ən önəmli faktor olduğunu nəzərə alaraq, beynəlxalq təhsil mərkəzinin yaradılması da tədbirin əsas mövzularından biri kimi müzakirə ediləcək.

Dəyirmi masada həmçinin antidopinqdə təhqiqat, testlərin gücləndirilməsi, təmiz idmana nail olmaq üçün təhsil və maarifləndirmənin inkişafı, asılılıqdan uzaq gələcək üçün tərəfdaşlıq və əməkdaşlığın inkişafı barədə fikir mübadiləsi aparılıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Gimnastika
Bu gün, 15:40

Xüsusi Olimpiya çərçivəsində Zəfər Gününə həsr olunmuş bədii gimnastika yarışı

Futbol
Bu gün, 15:30

Barcelona Bakıdakı “Sabah” ilə matça ciddi itkilərlə çıxa bilər

Qarabağ FK
Bu gün, 15:08

Nəriman Axundzadə: Errumspor’da daha çox forma şansı qazanacağam;

Futbol
Bu gün, 15:00

Zəfər Günü münasibətilə Kəpəzin kollektivi ilə şəhid övladları buluşdu

Futbol
Bu gün, 14:45

Ronaldo Portuqaliya milli komandasından bəhs edərək karyerasını başa vurduğunu elan edib

Futbol
Bu gün, 14:44

Kreşianu Ronaldo Milli Komandanı Tərk Edir: ‘Yolum Bitti’

Qarabağ FK
Bu gün, 14:41

Anatoli Ponomaryov: Azərbaycanlı futbolçuların Avropaya transferi çətindir

Futbol
Bu gün, 14:40

Mançester Yunayted Liverpoolun hücumçusunu hədəfləyir

Futbol
Bu gün, 14:36

Kriştianu Ronaldo Portuqaliya millətində karyerasını bitirdi

Futbol
Bu gün, 14:18

Kəpəz futbolçusu Viktor Stina Moldova milli komandası üçün dəvət aldı

Futbol
Bu gün, 14:01

Braziliyada 20 yaşlılar arasında baş verən kütləvi davadan sonra 53 nəfərə qırmızı vərəqə verildi

Futbol
Bu gün, 14:01

Yurgen Klopp Niklas Fülkruqu Almaniya millisinə çağırmaqla planlaşdırır

Futbol
Bu gün, 14:00

Vikinq, “Sabah”ı 4:1-ə məğlub etdi

Futbol
Bu gün, 13:52

Barselona Hans-Diter Flikin rəhbərliyi altında son 100 ilin rekordunu qıraraq 15 rəsmi matçda 60 qol vuran göstəriciyə imza atıb

Futbol
Bu gün, 13:42

Fabreqas PSJ ilə qarşılaşmağı düşündüyündə yatmaqdan çəkindirir

Minifutbol
Bu gün, 13:34

Azərbaycan futzalı Çexiya ilə 2028 Dünya Çempionatının əsas mərhələsində qalib gəlmək üçün həyəcanlanır

Futbol
Bu gün, 13:31

Elhad Naziri: Gəncəbasarın futbolçularının büdcəsi 22 min manat

Futbol
Bu gün, 12:53

Elvin Yunuszadə: Türkiyədə Futbol Mühiti Tamamilə Fərqlidir

Futbol
Bu gün, 12:40

Milan 2028-ci ildən Adidas ilə 10 mövsümlük yeni müqavilə imzalayaraq 500 milyon avrodan artıq qazanar

Basketbol
Bu gün, 12:38

Ceyhun Həsənli Şəki Basketbol Komandasının Baş Məşqçisi Təyin Olundu

Futbol
Bu gün, 12:38

Forest Green Rovers klubunun soyunub‑geyim otağını tropik bağa çevirməsi

Futbol
Bu gün, 12:34

Harri Keyn Bayern ilə müqaviləsini 2029-cu ilə qədər uzatdı

Digər
Bu gün, 12:07

Basketbol millimizin oyunlarına biletlər satışa çıxarıldı

Digər
Bu gün, 12:00

“Sabah”ı penalti ilə üz-üzə qoyan futbolçu: “Məyusuq”

Oxşar xəbərlər