top
U-23 Avropa Çempionatında Azərbaycan Cüdoçularının Uğurlu Çıxışı Report.az
03 noyabr 2025, 15:34
- +

U-23 Avropa Çempionatında Azərbaycan Cüdoçularının Uğurlu Çıxışı

Azərbaycan cüdoçuları Moldovanın paytaxtı Kişineuda keçirilən U-23 Avropa çempionatında gözəl çıxış ediblər.

Bunu "Report"a açıqlamasında kişilərdən ibarət yığmanın böyük məşqçisi Elxan Məmmədov deyib.

O, Avropa çempionatının ciddi yarış olduğunu söyləyib:

"Həqiqətən cüdo millimiz Avropa çempionatında gözəl çıxış etdi. Bu, sıradan turnir deyil, ildə bir dəfə keçirilir və bütün Avropa ölkələri ciddi hazırlaşır. Yarışda altı - 60, 66, 81, 90, 100 və daha ağır çəki dərəcələrində təmsil olunduq. Dörd çəki dərəcəsində medal qazandıq".

Mütəxəssis bəzi cüdoçuları fərqləndirib:

"Sevindirici məqam Kənan Nəsibovla bağlıdır. Azərbaycan cüdo tarixində Kənan kimi cüdoçular azdır. O, bizim üçün tapıntıdır. Çünki Uşanqi Kokauridən sonra ağır çəki dərəcəsində kimin yarışacağı düşündürücü idi. Bu üzdən Kənanın gəlişi bizim üçün sevindirici haldır. Gəncdir, gələcəyi var, karyerası hələ irəlidədir. Bundan əlavə, İslam Rəhimovdan əvvəllər də yarışlarda medal gözləyirdik, amma uğursuzluq olurdu. Həmişə zədələri səbəbindən Avropa və dünya çempionatlarında tam gücü ilə iştirak edə bilmir, psixoloji cəhətdən də hazır olmurdu. Şükürlər olsun, üç ildən sonra toparlandı, sağaldı və xarakter göstərdi. Finalda məğlub durumda olmasına baxmayaraq, toparlandı və niderlandlı rəqibi üzərində qələbə qazandı. Onun da uğuru bizi çox sevindirdi. Ömər Rəcəbli ötən il Avropa çempionatında üçüncü olmuşdu, bu dəfə gümüş medal qazandı. Gələcəyi irəlidədir, ondan da gözləntilərimiz çoxdur. Rəqabət olduqca, cüdoda inkişaf da görəcəyik. Növbəti çempionatlarda baş məşqçi Riçard Trautmanın qərarına əsasən bəzi cüdoçular böyüklərdən ibarət komandaya dəvət ala bilər. Ömərlə Kənan demək olar böyüklərdən ibarət komandada iştirak edirlər. İslam Rəhimov da bu səviyyəyə yaxınlaşdı. İnanıram ki, onu böyük arenalarda görəcəyik".

Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatını 2 qızıl, 1 gümüş və 1 bürünc olmaqla ümumilikdə 4 medalla tamamlayıb və ümumi komanda hesabında həm də kişilər arasında birinci yeri tutub. Kənan Nəsibov (+100 kq) və İslam Rəhimov (66 kq) Avropa çempionu olub. Ömər Rəcəbli (81 kq) gümüş, Aslan Kotsoyev (90 kq) isə bürünc medal qazanıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:21

Nottingem Forest Bayeri məğlub edib

Futbol
Bu gün, 01:15

Real Madrid Deportivo La Korumasını yoldaşlıq oyununda məğlub edib

Futbol
Bu gün, 01:03

PSJ UEFA Superkubokunu qazandı

Futbol
Bu gün, 00:55

PSJ ardıcıl ikinci dəfə UEFA Superkubokunu qazanıb

Futbol
Bu gün, 00:31

"Barselona"nın oyunçusu uğurla əməliyyatdan keçib

Futbol
Bu gün, 00:22

PSJ - "Aston Villa" matçında hesab dəyişib

Futbol
Bu gün, 00:09

Arsenal yenidən Ezri Konsa ilə maraqlanır

Futbol
Dünən, 23:38

UEFA Konfrans Liqasında “Rapid” və “Kopenhagen” növbəti mərhələyə adlayıblar

Futbol
Dünən, 23:22

PSJ - "Aston Villa" UEFA Superkuboku matçında hesab açılıb

Futbol
Dünən, 23:17

Masazır stadionu önündəki insidentə görə cinayət işi açıldı

Futbol
Dünən, 23:13

Duşan Vlahoviç “Beşiktaş”la müqavilə imzalayıb

Güləş
Dünən, 22:55

U-15 Azərbaycan qızlardan ibarət milli komandası Qazaxıstanda məğlub olub

Güləş
Dünən, 22:55

Azərbaycan U-15 qızlar milli komandası Qazaxıstanda ilk matçında məğlub olub

Basketbol
Dünən, 22:38

“Los Anceles Leykers” basketbol komandası yenidən sahibi dəyişir

Futbol
Dünən, 22:25

„İmişli“ Ayxan Abbaszadə ilə müqavilə imzalayıb

Basketbol
Dünən, 22:20

Amerikalı forvard Kervin Volt „LANDAU Lions” klubuna qoşuldu

Futbol
Dünən, 21:48

Kalvin Filips “Şeffild Yunayted”ə icarəyə gedib

Futbol
Dünən, 21:15

Ayxan Abbaszadə „İmişli“yə keçib

Futbol
Dünən, 21:00

İngiltərə çempionu "Lester Siti" futbol klubu satışa çıxarılıb

Cüdo
Dünən, 20:57

Hidayət Heydərov və Nizami İmranov Olimpiya Təlim Düşərgəsində

Futbol
Dünən, 20:44

Romelu Lukaku “Fənərbağça”ya transfer olunub

Futbol
Dünən, 20:09

Xavi Niderland milli komandasına baş çavuş olaraq təyin oluna bilər

Güləş
Dünən, 19:58

Dünya çempionatında iştirak edəcək yeniyetmə cüdoçularla görüş keçirilib

Futbol
Dünən, 19:37

Depay “Korintians”dan ayrılıb, klubu cəzalandıracağına söz verib

Oxşar xəbərlər