top
Südabə Ağayeva İslam Həmrəyliyi Oyunlarındakı Qələbəsi və Buzovnadakı İdman Potensialı Haqqında Idman.biz
13 noyabr 2025, 12:09
- +

Südabə Ağayeva İslam Həmrəyliyi Oyunlarındakı Qələbəsi və Buzovnadakı İdman Potensialı Haqqında

O, idmanın cüdo növündə həm fərdi, həm də komanda yarışlarında qalib gələrək VI İslam Həmrəyliyi Oyunlarında nümunəvi nəticə göstərdi.

İdman.Biz Südabə Ağayeva ilə müsahibəni oxucularına təqdim edir.

-Şəxsi yarışlarda qalib gələ biləcəyinizə nə vaxt inandınız?

- Qazaxıstanın Aktau şəhərində keçirilən Açıq Asiya Turnirində çempion olduqdan sonra özümə inamım daha da gücləndi və hiss edirdim ki, İslam Oyunlarında da çempion olacağam və elə də oldu. Məşqçilərim və şəxsi müəllimlərim mənə inanır, dəstək olurdular. Mən də onların inamını doğrultdum.

-Qələbədən sonra sizi ilk kim təbrik etdi?

İlk olaraq komanda yoldaşlarım, müəllimlərim və ailəm təbrik etdi.

-Doğulduğumuz və hazırda yaşadığınız Buzovnada sizdən başqa belə yüksək nəticə göstərən idmançılar var?

Bəli, qəsəbəmizdə istedadlı idmançılar çoxdur. Mən bu uğurla gənclərə nümunə olmaq istəyirəm ki, Buzovnadan da çempionlar yetişə bilər.

-Cüdoya gəlməyə hazırlaşanda "qız hara, cüdo hara?" fikrini eşidirdinizmi? Bəs evdə necə, sizə dəstək oldular, yoxsa əksinə?

Xeyr, belə sözlər eşitməmişəm. Əksinə, hamı mənə dəstək olub, fəxr edib. İdman yoluna başlayanda məni cüdoya atam yazdırıb və hər zaman böyük dəstək verib.

-Komanda yarışlarında finalda hamı sizi dəstəkləyirdi, amma əvvəl məğlub olurdunuz. Möhtəşəm geridönüşə sizi nə motivasiya etdi?

Komanda yarışının ab-havası fərqlidir - burada təkcə özün üçün yox, komanda yoldaşların və ölkən üçün vuruşursan. Biz bir-birimizə söz verdik ki, qalib gəlməliyik, himnimizi səsləndirib bayrağımızı ucaldaq. Baş məşqçimiz Amina Abdellatifin motivasiyaedici sözləri finalda yadıma düşdü və bu, geri dönüşümə güc verdi.

Vüqar Vüqarlı, Ər-Riyad şəhəri.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 21:15

Ayxan Abbaszadə „İmişli“yə keçib

Futbol
Bu gün, 21:00

İngiltərə çempionu "Lester Siti" futbol klubu satışa çıxarılıb

Cüdo
Bu gün, 20:57

Hidayət Heydərov və Nizami İmranov Olimpiya Təlim Düşərgəsində

Futbol
Bu gün, 20:44

Romelu Lukaku “Fənərbağça”ya transfer olunub

Futbol
Bu gün, 20:09

Xavi Niderland milli komandasına baş çavuş olaraq təyin oluna bilər

Güləş
Bu gün, 19:58

Dünya çempionatında iştirak edəcək yeniyetmə cüdoçularla görüş keçirilib

Futbol
Bu gün, 19:37

Depay “Korintians”dan ayrılıb, klubu cəzalandıracağına söz verib

Basketbol
Bu gün, 19:20

„Sabah“ klubuna yeni transfer

Futbol
Bu gün, 18:59

„Qalatasaray“ Transfer Qiymətini Öyrəndi

Futbol
Bu gün, 18:29

Konfrans Liqasında cavab oyunları

Digər
Bu gün, 18:27

Yeniyetmələr arası bədii üzgüçülük üzrə dünya çempionatı Budapeştdə start götürüb

Futbol
Bu gün, 18:14

"Dinamo" Kiyev "Qarabağ" matçından əvvəl Bakıda məşq keçirib

Futbol
Bu gün, 18:00

“Sumqayıt”ın stadion problemi həll olunur: “Qarabağ”la oyunadək hazır olacaqlar

Futbol
Bu gün, 17:58

Qalatasaray Arsenalın iki futbolçusu ilə maraqlanır

Qarabağ FK
Bu gün, 17:29

"Qarabağ"a qarşı gərgin matç gözləyir" - "Dinamo"nun baş məşqçisi

Futbol
Bu gün, 17:20

İnter İngiltərəli futbolçu üçün təklif göndərib

Futbol
Bu gün, 17:11

Şəfa" brazil hücumçu ilə müqavilə bağlayıb

Futbol
Bu gün, 17:07

Latsio "İnter"in yarımmüdafiəçisi ilə müqaviləyə çatıb

Cüdo
Bu gün, 16:18

Azərbaycan cüdoçuları Niderlandda Olimpiya Təlim Düşərgəsində

Futbol
Bu gün, 16:00

Coşqun Diniyevə “Qəbələ” və Türkiyə I Liqasından təklif var

Futbol
Bu gün, 15:40

Mançester Siti argentinalı qapıçı ilə müqavilə bağladı

Futbol
Bu gün, 15:18

Azərbaycanlı futbol məşqçiləri üçün UEFA B kateqoriyalı kurslar keçirilir

Futbol
Bu gün, 15:11

Futbolçu avtobusunda 86 kilo narkotik aşkarlanıb

Futbol
Bu gün, 15:06

Mançester Siti Xoakin Seysi transfer etməyə hazırdır

Oxşar xəbərlər