Azərbaycanın daha bir cüdoçusu Özbəkistanın paytaxtı Daşkənddə keçirilən "Böyük Dəbilqə" turnirində finala vəsiqə qazanıb.
İdman.Biz xəbər verir ki, Ömər Rəcəbli (81 kq) bu raundadək irəliləyə bilib.
Bu gün tatamiyə çıxan Kamran Süleymanov (73 kq), Fidan Əlizadə (63 kq) və Südabə Ağayeva (70 kq) medal şanslarını itirib.
Qeyd edək ki, "Böyük Dəbilqə" martın 1-də başa çatacaq. Ötən gün Əhməd Yusifov qızıl, Balabəy Ağayev (hər ikisi 60 kq) gümüş medal qazanıb.
09:20
Bu gün Daşkənddə keçirilən "Böyük Dəbilqə" turnirində Azərbaycanın dörd cüdoçusu tatamiyə çıxacaq.
İdman.Biz xəbər verir ki, bu barədə Cüdo Federasiyası məlumat yayıb.
Bildirilib ki, kişilərin yarışında 73 kq çəki dərəcəsində 1/32 final mərhələsində Kamran Süleymanov yaponiyalı Şusuke Uçimura ilə üz-üzə gələcək. 81 kq-da isə 1/16 finalda Ömər Rəcəbli rumıniyalı Adrian Sulka ilə qarşılaşacaq.
Qadınların mübarizəsində 63 kq çəki dərəcəsində 1/16 finalda Fidan Əlizadə özbəkistanlı Sevinç İsokova ilə tatamiyə çıxacaq. 70 kq-da isə Südabə Ağayeva 1/16 final mərhələsində rusiyalı Kamila Badurova ilə qüvvəsini sınayacaq.
Qeyd edək ki, "Böyük Dəbilqə" martın 1-də başa çatacaq.