İtaliyanın "Milan" futbol klubu "Nottingem Forest"in vingeri Omari Hatçinsonun transferini elan edib.
İdman.Biz xəbər verir ki, 22 yaşlı futbolçu 2026/27 mövsümünün sonunadək icarə əsasında "rossoneri"nin şərəfini qoruyacaq.
Hatçinson yeni komandasında 20 nömrəli formanı geyinəcək.
"Milan" oyunçunun icarəsi üçün 4 milyon avro ödəyəcək. Müqavilədə futbolçunu daha sonra 40 milyon avroya satın almaq opsiyası da nəzərdə tutulub.
Yamayka millisinin futbolçusu 2025-ci ilin yayında "İpsviç"dən "Nottingem Forest"ə keçmişdi. O, daha əvvəl "Çelsi"yə məxsus olub, həmçinin London "Arsenal"ının sistemində çıxış edib.