top
Camal Feyziyevin Varşava Açıq Turnirindəki Gümüş Medalı: Qızıl Kimi Dəyərli Nəticə Idman.biz
18 mart 2026, 17:23
- ↺ +

Camal Feyziyevin Varşava Açıq Turnirindəki Gümüş Medalı: Qızıl Kimi Dəyərli Nəticə

"Fəxri kürsüyə qalxdığım üçün sevincliyəm".

Bu sözləri Polşanın paytaxtı Varşavada keçirilən böyüklər arasında Avropa Açıq Turnirində gümüş medal qazanan Azərbaycan cüdoçusu Camal Feyziyev deyib.

+100 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarışa qızıl medal hədəfi ilə yollandığını bildirib.

"Belçikanın Vise şəhərində təşkil olunan Beynəlxalq Açıq Turnirdə çempion olmuşdum. Lakin hazırda Ramazan ayıdır və əksər idmançılar oruc tutur. Bu səbəbdən gündə yalnız bir dəfə məşq edirik. Baş məşqçimizin məsləhətinə uyğun olaraq belə qərar qəbul olunub. Bütün çətinliklərə baxmayaraq hazırlığımızı davam etdiririk. Təbii ki, bu amillər yarış şəraitində müəyyən təsir göstərir və özüm də daxil olmaqla, bəzi idmançılar üçün əlavə çətinlik yaradır", - deyə o, AZƏRTAC-a açıqlamasında deyib.

C.Feyziyev qazandığı gümüş medalı yüksək qiymətləndirdiyini söyləyib: "Bu nəticəni qızıl medal kimi dəyərləndirirəm. Finalda yerli idmançı Qjeqoj Teresinski ilə qarşılaşdım. Görüş zamanı hakimlər tərəfindən iki vazari xalı verildi. Lakin qaydalara əsasən bu, yuko səviyyəsində epizodlar idi. Məşqçilərimiz də çıxışımı izləyirdilər və onların fikrincə, qərarlar ədalətli olmadı. Cüdoda etiraz imkanları məhduddur. Məşqçilərimizdən biri mövqeyini bildirmək istəsə də, hakimlər yekun qərarın dəyişməz olduğunu dedilər".

Cüdoçu turnirdəki çıxışını da dəyərləndirib: "Heç bir görüşdə ciddi çətinliyim olmadı. Bununla belə, müəyyən səhvlərim oldu və onların üzərində işləməliyəm. İki il əvvəl bu yarışda ilk görüşdə almaniyalı rəqibimə məğlub olmuşdum. Bu dəfə isə onu məğlub edərək revanş aldım".

O, ağır çəki dərəcəsində zədə riskinin yüksək olduğunu söyləyib: "Bu, cüdonun xüsusiyyətidir. Zədələr qaçılmazdır, ona görə də ağıllı şəkildə güləşmək vacibdir. Şükürlər olsun ki, indiyədək ciddi zədələrlə üzləşməmişəm".

Qeyd edək ki, Azərbaycan millisi iki gün davam edən turniri 3 medalla başa vurub. Camal Feyziyevdən başqa, Tofiq Məmmədov (66 kiloqram) və Elmar Qasımov (100 kiloqram) bürünc mükafata sahib çıxıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 02:30

Arda Gülər Çempionlar Liqasında iki asistlə Real Madridin PSV üzərində 5:1 hesablı qələbəsində pay götürdü

Futbol
Bu gün, 02:18

Okan Buruk "Çempionlar Liqasında" "Aston Villa" üzərində 1:0 hesablı qələbəni şərh etdi

Futbol
Bu gün, 01:56

Mançester Siti - Napoli Çempionlar Liqasında 2:2 heç-heçəyə imza atdı

Şahmat
Bu gün, 01:50

Şahmat üzrə dünya çempionatında Dommaraku–Sindarov matçının ilk partiyası heç-heçə ilə yekunlaşıb

Futbol
Bu gün, 01:46

"Qalatasaray"ın "Aston Villa"ya qarşı qələbəsində qollayan Deniz Gül əməliyyat olunacaq

Futbol
Bu gün, 01:40

Bayern rəsmisi Musialanın vəziyyəti barədə: "Ona vaxt verməli və oynamağına imkan yaratmalıyıq"

Futbol
Bu gün, 01:30

Mançester Yunayted qış transferində Brentfordun müdafiəçisi Natan Kollinsə diqqət yetirir

Futbol
Bu gün, 01:27

Jül Kunde "Sabah"la məşqdən əvvəl gecikərək Fliki narazı saldı

Futbol
Bu gün, 01:20

Bursaspor: Futbolçular üçün çətin klub, Vaqif Heydərli açıqladı

Futbol
Bu gün, 00:36

Dezire Duenin əvvəlki formasına qayıtması iki‑üç il çəkə bilər

Futbol
Bu gün, 00:32

Ronaldo 987-ci qolunu “Əl‑Nəsr”in “Əl‑Sədd”ə qələbəsində vurdu

Futbol
Bu gün, 00:20

Türam "İnter"i tərk edə bilər – Mançester Yunayted, Çelsi və PSJ maraqlanır

Futbol
Bu gün, 00:18

Əl-Nəsr

Futbol
Bu gün, 00:10

"Bayern" zədəli Keynin əvəzində Şupo-Motinqi almağı məqsədləyir

Futbol
Dünən, 23:56

Andrey Arşavin Bakıda Çempionlar Liqası matını izləmək üçün

Şahmat
Dünən, 23:56

Şahmat dünyasında Sindarov heç-heçə üçün tələsdi, Qukeş iki dəqiqə əlavə vaxt qazandı

Futbol
Dünən, 23:30

Ronaldu 987-ci qolunu vurub, 1000 qola yaxınlaşıb

Şahmat
Dünən, 23:28

Türk Şahmat Assosiasiyasının çempionatında Abasov fərqi artırdı, Beydullayeva liderliyə yüksəldi

Futbol
Dünən, 23:20

Barselonanın Azərbaycandakı rəsmi fan‑klubu matç üçün azarkeşləri topladı

Futbol
Dünən, 23:18

Barselona futbolçusu Jules Koundé Azərbaycan səfəri öncəsi PlayStation fotoşəkilini paylaşdı

Futbol
Dünən, 23:13

Kriştianu Ronaldu karyerasında 987-ci qolunu vurdu - 1000 qola 13 qol qaldı

Futbol
Dünən, 23:00

Elşad Manafov 8 ayda alman dilini öyrənərək digər futbolçulara nümunə oldu

Digər
Dünən, 22:59

Sərbəst dalış üzrə dünya rekordçusu Janin Qrasmeyer 33 yaşında vəfat edib

Futbol
Dünən, 22:57

Kriştianu Ronaldu Asiya Çempionlar Liqasında "Əl-Sədd"ə qarşı qol vuraraq karyera qollarının sayını 987-yə çatdırıb;

Oxşar xəbərlər