top
Böyük Dəbilqə: Azərbaycan cüdoçuları Əbu-Dabi turnirinin ilk günündə Idman.biz
28 noyabr 2025, 17:58
- +

"Böyük Dəbilqə": Azərbaycan cüdoçuları Əbu-Dabi turnirinin ilk günündə

Azərbaycan cüdoçuları Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən "Böyük Dəbilqə" turnirinin ilk gününü mükafatsız başa vurublar.

İdman.Biz xəbər verir ki, milli üzvlərindən Əhməd Yusifov, Balabəy Ağayev (hər ikisi 60 kq), həmçinin Ruslan Paşayev və Rəşad Yelkiyev (hər ikisi 66 kq) fəxri kürsüdən kənarda qalıblar.

Ən yaxşı nəticəyə bürünc medal uğrunda görüşdə Salih Yıldıza (Türkiyə) uduzaraq beşinci olan Ə.Yusifov imza atıb.

Qeyd edək ki, turnirə noyabrın 30-da yekun vurulacaq.

16:08

Əbu-Dabidə keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turnirində Azərbaycan idmançılarının növbəti görüşləri başa çatıb.

İdman.Biz xəbər verir ki, 66 kq çəki dərəcəsində çıxış edən Rəşad Yelkiyev 1/8 final mərhələsində braziliyalı Villian Limaya vaza-ari (qızıl xal) ilə uduzaraq turnirdə mübarizəsini dayandırıb.

60 kq-da mübarizə aparan Əhməd Yusifov isə daha uğurlu çıxış edib. O, 1/4 finalda Belçika cüdoçusu Yorre Verstraeteni vaza-ari xalı ilə məğlub edərək yarımfinala yüksəlib.

Yarımfinalda Ə.Yusifov Rusiya təmsilçisi Ayub Bliyevlə qarşılaşıb və məğlub olub. Bununla da idmançımız bürünc medal uğrunda görüşə çıxmaq hüququ qazanıb.

12:36

Əbu-Dabidə keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turnirində Azərbaycan idmançıları - Ruslan Paşayev və Balabəy Ağayev mübarizəni dayandırıblar.

İdman.Biz xəbər verir ki, 66 kq çəki dərəcəsində çıxış edən Ruslan Paşayev 1/8 finalda İspaniya təmsilçisi Adrian Nieto Çinarroya hansoku-make (rəqibin qayda pozuntusuna görə avtomatik məğlub elan edilməsi) ilə uduzaraq yarışdan kənarlaşıb.

Eyni mərhələdə 60 kq çəki dərəcəsində Balabəy Ağayev də ilk qarşılaşmada Türkiyə idmançısı Salih Yıldıza yuko xalı (rəqibə qarşı üstünlük qazandığı xal) ilə məğlub olub və mübarizəni erkən dayandırıb.

Qeyd edək ki, sözügedən turnirdə daha iki cüdoçumuz Rəşad Yelkiyev və Əhməd Yusifov mübarizəni davam etdirirlər.

11:15

Əbu-Dabidə keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turnirində idmançımız qələbə qazanıb.

İdman.Biz xəbər verir ki, 66 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan cüdoçusu Ruslan Paşayev 1/16 final mərhələsində BƏƏ təmsilçisi Hamad Matlaeini üstələyib.

O, osaekomi-vaza texnikası ilə (rəqibi xalça üzərində arxası üstə saxlayaraq nəzarətdə tutmaqla qalib gəlmək texnikası) qalib gələrək növbəti raunda yüksəlib.

11:04

Bu gün Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə "Böyük Dəbilqə" turniri start götürəcək.

İdman.Biz xəbər verir ki, ilk yarış günündə iki çəki dərəcəsində dörd cüdoçumuz tatamiyə çıxacaq.

60 kq, 1/8 final

Əhməd Yusifov - Çanad Fetsko / Seunqbom Çon cütünün qalibi ilə;

Balabəy Ağayev - Marton Andrasi / Salih Yıldız cütünün qalibi ilə;

66 kq, 1/16 final

Ruslan Paşayev - Hamad Matlaei;

Rəşad Yelkiyev - Denis Vieru / Alessio De Luka.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 18:43

İliman Ndiaye “Əl-Hilal”a keçməkdən imtina edib

Futbol
Bu gün, 18:26

Tottenhem 2026/27 mövsümü üçün yeni formasını təqdim edib

Qolf
Bu gün, 18:09

Qolf meydançasında ildırım zərbəsi - VİDEO

Futbol
Bu gün, 17:40

Nottingem Forestə 40 milyonluq transfer

Futbol
Bu gün, 17:30

„Qalatasaray“ Barış Alper Yılmazın transferinə görə 41 milyon avro təklifini rədd edib

Futbol
Bu gün, 17:18

„Hall Siti“ Nobel Mendi ilə müqavilə bağlayıb

Basketbol
Bu gün, 17:06

“Sabah” basketbol klubu litvalı forvard Mindauqas Suşinskası transfer edib

Basketbol
Bu gün, 16:51

“Neftçi” millisimizin aparıcı basketbolçusunu heyətinə qatdı

Futbol
Bu gün, 16:40

Xankəndi FK yeni loqosunu təqdim edir

Futbol
Bu gün, 16:34

Kristian Romero həyat yoldaşına sərt müdaxilə edib

Futbol
Bu gün, 16:20

Konfrans Liqasında III təsnifat mərhələsinin cavab oyunları

Futbol
Bu gün, 16:07

„Kəpəz“ Rəşad Əzizlini transfer edib

Futbol
Bu gün, 16:02

"Xankəndi" FK yeni mövsümdə Birinci Liqada iştirak edəcək

Futbol
Bu gün, 16:00

Avropa Liqası III təsnifat mərhələsinin cavab oyunları başlayır

Qarabağ FK
Bu gün, 15:48

“Dinamo” Bakıda “Qarabağ”a məğlub olacaq” - Ukrayna millisinin sabiq baş məşqçisi

Futbol
Bu gün, 15:32

"Barselona" Lautaro Martinesin transferinə maraq göstərmir

Futbol
Bu gün, 15:00

"Sabah" - "Orhus" oyunu üçün biletlər tükənib

Futbol
Bu gün, 14:53

„Karvan“ hücum xəttinə yeni futbolçu transfer edib

Futbol
Bu gün, 14:45

"Sabah" - "Orhus" oyunu büdcətini satdı

Futbol
Bu gün, 14:40

Tottenhemdən İnterə: Spens üçün 40 milyon avro təklif

Futbol
Bu gün, 14:20

Fənərbağça Romelu Lukakonu transfer edəcək

Futbol
Bu gün, 14:13

PSJ qapı xəttində Yaponiya milli qapıçısını transfer edib

Futbol
Bu gün, 14:00

"Barselona"nın yarımmüdafiəçisi 6 ay futbol oynaya bilməyəcək

Futbol
Bu gün, 13:41

Ağadadaş Salyanski “Araz-Naxçıvan”a keçmə səbəbini açıqlayıb

Oxşar xəbərlər