top
Azərbaycan cüdoçuları Tuncay Şamil və Aslan Kotsoyev intizam səbəbindən yarışdan kənarlaşdırılıb Idman.biz
03 sentyabr 2025, 14:17
- +

Azərbaycan cüdoçuları Tuncay Şamil və Aslan Kotsoyev intizam səbəbindən yarışdan kənarlaşdırılıb

Cüdo üzrə gənc oğlanlardan ibarət milli komandanın Avropa Kubokunda iştirak üçün Şimali Makedoniya Respublikasına səfəri ərəfəsində milli komandanın üzvləri Tuncay Şamil və Aslan Kotsoyev arasında insident baş verib.

İdman.biz Azərbaycan Cüdo Federasiyasına (ACF) istinadən xəbər verir ki, nəticədə, hər iki idmançı yarışdan kənarlaşdırılıb və məsələ federasiyanın Nizam-İntizam Komitəsində araşdırılıb.

Komitə idmançılarla görüşlər keçirib, onların yazılı izahatlarını və mövcud faktları (səs yazılarını) nəzərdən keçirib. Eyni zamanda idmançıların indiyə qədər nümayiş etdirdikləri davranışları və aldıqları cəzaları, həmçinin milli komanda rəhbərliyinin təkliflərini qiymətləndirib.

Komitə Tuncay Şamilin Beynəlxalq Cüdo Federasiyasının Etik Kodeksinə, Azərbaycan Cüdo Federasiyasının Etika Məcəlləsinə və ümumilikdə cüdo dəyərlərinə zidd hərəkətləri səbəbindən Azərbaycan Milli Komandasının tərkibindən müddətsiz uzaqlaşdırılması, milli komandanın tərkibində beynəlxalq yarış və təlim-məşq toplanışlarında iştirakına qadağa qoyulması barədə qərar verib.

Qeyd edək ki, bundan əvvəl də Tuncay Şamil dəfələrlə daxili qaydaları pozub, beynəlxalq və yerli yarışlardan kənarlaşdırılıb.
İdmançının əxlaqı, səbri və intizamı yüksək önəm kəsb edir və idman potensialı bu dəyərlərin üzərində formalaşır. ACF gələcəkdə də öz əsas prinsiplərinə və cüdonun şərəf kodeksinə sadiq qalacağını vurğulayıb.

İdman.biz

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:44

"Fənərbağçanın 28.7 milyard TL borcu var."

Futbol
Bu gün, 12:43

Filip Ozobiç: "Asan qələbə gözləmirdik, vacib 3 xal qazandıq" - MÜSAHİBƏ

Futbol
Bu gün, 12:30

Reşford tarixin ən yaxşı futbolçularını açıqladı

Cüdo
Bu gün, 12:28

Sumqayıtda U-17 cüdoçular arasında Abşeron-Xızı region birinciliyi başlayıb: 219 idmançı mübarizə aparır

Şahmat
Bu gün, 12:13

"Vüqar Həşimov" klubu Avropa Kubokunda medal qazanmaq üçün "Novı Bor"u məğlub etməlidir

Futbol
Bu gün, 12:04

Ronaldu çıxış etdiyi klubu təbrik etdi - FOTO

Futbol
Bu gün, 12:00

Kamilo Duran: "Sona qədər mübarizə aparacağıq"

Olimpiada
Bu gün, 12:00

Azərbaycan paralimpiyaçıları Aktau türkdilli dövlətlər arası boccia turnirində iştirak edəcək

Futbol
Bu gün, 11:58

Qvardiola Barselonanın prestijli rayonunda yeni dəbdəbəli ev alıb

Futbol
Bu gün, 11:43

Region Liqası II tur: Oyunların təqvimi - CƏDVƏL

Futbol
Bu gün, 11:30

Kriştiano Ronaldo "Əl-Nəsr"i 70 illik yubileyi münasibətilə təbrik etdi

Basketbol
Bu gün, 11:13

Azərbaycan Basketbol Liqasında IV turun daha iki oyunu bu gün keçiriləcək

Futbol
Bu gün, 11:13

Artyom Dovbik "Roma"dan ayrılmağı planlaşdırır

Futbol
Bu gün, 11:00

U-21 millimizə görə AFFA cərimələnəcək

Digər
Bu gün, 10:58

Zaqatalada məktəblilər idman zalı olmadığına görə bədən tərbiyyəsi dərslərini açıq havada keçirirlər

Boks
Bu gün, 10:43

U-15 Avropa çempionatında daha 3 boksçumuz finala yüksəldi, 5 boksçumuz medal üçün yarışacaq

Basketbol
Bu gün, 10:30

ABL: Bu gün "Sərhədçi" - "Naxçıvan" və "Neftçi" - "Abşeron Lions" oyunları keçiriləcək

Futbol
Bu gün, 10:28

"Trabzonspor" Taras Mixavkonu transfer etmək niyyətindədir

Futbol
Bu gün, 10:24

"İnter" Niko Pasa görə "Komo"ya 58 milyon avro təklif edəcək

Futbol
Bu gün, 10:13

"İmişli" klubu doğma stadionuna qayıdış üçün danışıqları davam etdirir

Futbol
Bu gün, 10:00

Mahir Emreli "Kayzerslautern"dən ayrılmağa hazırlaşır

Futbol
Bu gün, 10:00

Neymar Messi və Suareslə bir komandada oynamaq xəyalları qurur

Futbol
Bu gün, 09:58

Lionel Messi MLS-in müntəzəm mövsümünün bombardiri olaraq "Qızıl buts"u qazanıb

Futbol
Bu gün, 09:47

"Zirə" "Sumqayıt"la qarşılaşacaq

Oxşar xəbərlər